Siyasət

Prezident İlham Əliyev Yaponiya İmperatorunu təbrik edib

22 Dekabr 2017 18:12

Azərbaycan Prezidenti İlham Əliyev Yaponiyanın İmperatoru Akihitoya təbrik məktubu göndərib.

Deputat: Azərbaycanın Qüdslə bağlı mövqeyi müstəqil xarici siyasətin ifadəsidir

22 Dekabr 2017 17:25

Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə hörmətlə yanaşan dövlətdir və bu nöqteyi-nəzərdən Qüds məsələsində də eyni yanaşma tərzini ortaya qoyur. Bunu Milli Məclisin deputatı Elman Nəsirov deyib.

İlham Əliyev Çilinin yeni Prezidentini təbrik edib

22 Dekabr 2017 17:23

Azərbaycan Prezident İlham Əliyev Çili Respublikasının yeni seçilmiş Prezidenti Sebastian Pinyeraya təbrik məktubu ünvanlayıb.

Bakının BMT-də Qüds qərarı: təzyiqlərə baxmayaraq...

22 Dekabr 2017 17:17

Kənardan müxtəlif təzyiq cəhdlərinə baxmayaraq, Azərbaycan prinsipial siyasətinə və beynəlxalq hüquq normalarına riayət edərək Qüdsün İsrailin paytaxtı kimi tanınması təşəbbüsünün əleyhinə səs verdi.

BMT Baş Assambleyası Trampın Qüds qərarını rədd etdi

22 Dekabr 2017 16:53

BMT Baş Assambleyasında keçirilən səsvermə zamanı ABŞ Prezidenti Donald Trampın Qüdsün statusu ilə bağlı qərarı 128 lehinə, 9 əleyhinə, 35 bitərəf olmaqla rədd edilib.

Keçməz, Ramis Yunus, keçməz… Azər Həsrət yazır

22 Dekabr 2017 16:51

"Biz Azərbaycanda demokratiyanın təməlli şəkildə oturuşması üçün illərimizi verdik, verməyə də davam edirik. Dövlətimiz yenidir. Yeni münasibətlər sistemində yaşayırıq. Əlbəttə, əyər-əskiyimiz də yox deyil.

İlham Əliyev – uğurlu lider, düşünülmüş strategiya

22 Dekabr 2017 16:12

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın istər daxili, istərsə də xarici siyasətində əldə edilən hər bir uğur Ulu Öndər Heydər Əliyevin zəkasının təcəssümü, onun irsən qoyub getdiyi milli tərəqqi ideyalarının təzahürüdür. Cənab İlham Əliyevin 2003-cü ildə prezidentlik fəaliyyətinə başlaması Azərbaycanın tərəqqi və inkişaf yolu ilə irəliləməsində yeni mərhələ olmuşdur.

"İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin 48-ci kitabı çapdan çıxıb

22 Dekabr 2017 15:22

"Əsrlər boyu Azərbaycan sivilizasiyaların qovuşduğu bir məkan olmuşdur və bu gün həm Şərqlə, həm Qərblə əməkdaşlıq siyasətimiz də, düşünürəm ki, xalqımızın çoxəsrlik adət-ənənələrinin və ölkəmizin coğrafi yerləşməsinin nəticəsidir. Bu siyasəti həyata keçirmək bizim üçün çətin deyildir. Əgər sizin öz mövqeyiniz varsa, müstəqil siyasət yürüdürsünüzsə və əgər siz etibarlı tərəfdaşsınızsa xarici siyasət təşəbbüslərini həyata keçirmək asan olur.

Hikmət Hacıyev: “XİN rəhbərlərinin görüşü ölkələr arasındakı münasibətlərə xüsusi impuls verir”

22 Dekabr 2017 14:54

“Regional əməkdaşlığın üçtərəfli formatı Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biridir. Azərbaycan-İran-Türkiyə formatının inkişafı 2011-ci ildə XİN rəhbərlərinin Urmiya şəhərindəki görüşü ilə başladı”. “Olaylar” xəbər verir ki, bu fikirləri Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Moscow-Baku portalına XİN başçıları - Elmar Məmmədyarov, Mevlüt Çavuşoğlu və Məhəmməd Cavad Zərifin Bakı görüşündən danışarkən deyib.

Prezident Şimali Qafqaz respublikalarından olan bir qrup müsəlman din xadimlərini qəbul edib

22 Dekabr 2017 14:22

Prezident İlham Əliyev dekabrın 22-də Rusiya Federasiyasının Şimali Qafqaz respublikalarından olan bir qrup müsəlman din xadimindən ibarət nümayəndə heyətini qəbul edib. 

Dövlətçilik əleyhinə fəaliyyət göstərən “istimai-siyasi fəallar”

22 Dekabr 2017 14:02

Artıq bir neçə ildir ki, müxtəlif adlar altında Avropaya mühacirət edərək orada özünü ictimai-siyasifəal kimi təqdim edən “soydaşlarımız”ın ölkəmizi qoca qitədə gözdən salmaq, onun imicinə xələl gətirmək kimi “fəaliyyətlərinə şahidlik edirik. Azərbaycana qarşı sanki düşmənlərimiz qədər qənim kəsilən bu kimi şəxslər elə öz antiAzərbaycan fəaliyyətlərini də demək olar ki, erməni lobbisinin maliyyə dəstəyi ilə reallaşdırırlar. Son vaxtlar isı müşahidə etdiyimiz mənzərə ondan ibarətdir ki, yağışdan sonra çoxalan göbələklər kimi dövlətçilik, millətçilik, milli  maraqlar əleyhinə fəaliyyət göstərən “soydaşlarımız”ın sayı xeyli artıb. Hazırda artan bu “hərəkətlilik” isə qarşıdan gələn prezident seçkiləri ilə əılaqədardır. Çünki bir qayda olaraq bu və ya digər seçkilər, xüsusilə də prezident seçkiləri ərəfəsində Azərbaycana qarşı bu kimi hücumların sayı və əhatə dairəsi artır.

Qənirə Paşayeva Qaziantepdə Qarabağdan danışıb

22 Dekabr 2017 13:47

Millət vəkili Q.Paşayeva Qaziantep valisi,Türk Ocakları, QHT-lə görüşdə Qarabağdan danışıb və çağırış edib. Konfranslar vermək üçün qardaş Türkiyənin Qaziantep vilayətində səfərdə olan millət vəkili Q.Paşayeva Qaziantep valisi Ali Yerlikaya, tanınmış QHT rəhbərləri, gənclər və qadın təşkilatları görüşüb. “Olaylar” xəbər verir ki, Qaziantep valisi Ali Yerlikaya ilə görüşdə millət vəkili Q.Paşayeva Azərbaycan, Qarabağ problemi, Xocalı soyqırımı həqiqətləri, Azərbaycan-Türkiyə birliyinin güclənməsinin önəmi barədə gənclərə yönəlik konfransların və tədbirlərin artmasının vacibliyini vurğulayıb və bu istiqamətdə təkliflərlə çıxış edib.

Azərbaycanın xarici siyasətinin uğurları davam edir

22 Dekabr 2017 13:44

Bu günlərdə “Avropa Qonşuluq Siyasəti çərçivəsində Avropa İttifaqı – Azərbaycan münasibətlərinə dair hesabat” üzrə Avropa Xarici Fəaliyyət Xidməti və Avropa Komissiyasının Birgə İşçi Sənədi dərc olunub. Sənədlə bağlı Avropa Komissiyasının verdiyi açıqlamada qurumla ölkəmizin münasibətlərinin inkişafı istiqamətindəki müsbət məqamlar, habelə Avropa İttifaqının yüksək vəzifəli rəsmilərinin açıqlamaları öz əksini tapıb.

ISESCO baş direktoru: “Dünyanın super gücləri Qarabağ probleminin həllində maraqlı deyil”

22 Dekabr 2017 13:35

Dünyanın super gücləri Dağlıq Qarabağ probleminin həllində maraqlı deyil.  Bunu ISESCO baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri deyib. Onun sözlərinə görə, BMT tərəfindən Dağlıq Qarabağ münaqişəsinə dair 4 qətnamə qəbul edilsə də, heç birinə əməl edilmir: "Qətnamələrdə də qeyd edilib ki, təcavüzkar Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, qeyd-şərtsiz çıxmalıdır".

Dağlıq Qarabağ probleminin siyasi yolla həlli mümkündürmü?

22 Dekabr 2017 13:34

2017-ci il də başa çatmaq üzrədir, lakin 26 ildən bəri davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla həlli mümkün olmayıb. Çox təəssüf ki, müasir gərgin benəlxalq şəraitdə, separatizm və milli münaqişlərəin tüğyan etdiyi bir vaxtda dünyanın güc mərkəzləri sözün əsil mənasında gücsüz qalıblar.