Tarixi keçmişimizi təbliğ etmək üçün daha bir fürsət

Azərbaycan Prezidenti İlham Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” sərəncamı ölkə ictimaiyyəti tərəfindən müsbət dəyərləndirilir. Ona görə ki, tarixdə müxtəlif soyqırım hadisələri baş verib və bu soyqırım hadisələri “Genosid cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında” Konvensiyanın təsnifatına, əhatə dairəsi və həyata keçirilmə formasına görə bütün dünya ölkələri tərəfindən qəbul olunur.

"Azərbaycanlıların soyqırımının 100 illiyi haqqında" sərəncam tarixi önəm kəsb edir

Azərbaycan Prezidenti İlham Əliyevin "1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında" sərəncamı ölkə ictimaiyyəti tərəfindən müsbət dəyərləndirilir. Ona görə ki, tarixdə müxtəlif soyqırım hadisələri baş verib və bu soyqırım hadisələri "Genosid cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında" Konvensiyanın təsnifatına, əhatə dairəsi və həyata keçirilmə formasına görə bütün dünya ölkələri tərəfindən qəbul olunur. Bəşəriyyət bir millətin məhz etnik mənsubiyyəti səbəbindən nifrət əsasında tamamilə yer üzündən silinməsi kimi faktlara hər zaman kəskin etirazını bildirir. Lakin bəzi hallarda həqiqi soyqırımı xarakteri daşımayan, yalnız siyasi-geostrateji maraqlara söykənən hadisələri də genosid adı altında təqdim etmək cəhdlərinə rast gəlinir. Uydurma "erməni soyqırımı" kimi. Hər il dünya erməniləri 24 aprel tarixində bütün sivil cəmiyyətlərin diqqətini 1915-ci ildə Osmanlı imperiyası ərazisində baş verən proseslərə yönəltməyə və Türkiyənin əleyhinə olan qüvvələrə satqıncasına xidmət göstərən erməni təşkilatlarının bağlanması faktlarını genosid kimi təqdim etməyə səy göstərirlər. Ancaq istər tarixi arxivlər, istərsə də bugünkü proseslər erməni tərəfinin iddialarının əsassız olduğunu sübuta yetirir. Dövlət başçısının sərəncamında qeyd olunur ki, erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik "Böyük Ermənistan" ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 100 il bundan əvvəl - 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Həmin günlərdə Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirmiş, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçirmişlər. Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti ermənilərin törətdikləri ağır cinayətlərin araşdırılması üçün Fövqəladə İstintaq Komissiyası yaratmış, komissiyanın üzə çıxardığı həqiqətlərin xalqın yaddaşında hifz edilməsi və dünya ictimaiyyətinə çatdırılması üçün bir sıra tədbirlər görmüşdür. Lakin Xalq Cümhuriyyətinin süqutundan sonra bu proses dayandırılmış, baş verənlərin sona qədər təhqiq edilməsinin və ona müvafiq siyasi-hüquqi qiymət verilməsinin qarşısı alınmışdır. Yalnız 80 il sonra - 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilmiş və 31 mart "Azərbaycanlıların Soyqırımı Günü" elan edilmişdir. Ötən 20 il ərzində aparılmış araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanmış, Quba şəhərində kütləvi məzarlıq aşkar olunmuşdur. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübut etmişdir. Sərəncama əsasən erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Azərbaycan Prezidenti Administrasiyası 1918-ci il azərbaycanlıların soyqırımının yüzüncü ildönümünə həsr olunmuş tədbirlər planının hazırlanıb həyata keçiriəcək. AMEA-nın Tarix İnstitunun direktoru, Milli Məclisin Yaqub Mahmudov deyib ki, prezident İlham Əliyevin "1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında" Sərəncamı tarixi önəm kəsb edir. Y.Mahmudov bildirib ki, ermənilər 1918-ci ildə Azərbacanda tək azərbaycanlılara yox, bütövlükdə insanlığa qarşı dəhşətli cinayətlər törədiblər. Onun sözlərinə görə, daşnak dəstələri Bakının bütün müsəlman məhəllələrinə hücum edərək, kiçikli-böyüklü silahsız əhalini məhv ediblər: "Dövlət başçısının sərəncamında qeyd olunduğu kimi, ötən 20 il ərzində aparılmış araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanmış, Quba şəhərində kütləvi məzarlıq aşkar olunub. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübut edib. Ümumiyyətlə, heç bir dövrdə insanları bu cür qəddarcasına və amansız metodlarla öldürməyiblər. Azərbaycanda törədilən soyqırımları haqda ayrı-ayrı kitablar nəşr olunub. Ermənilər Cənubi Qafqaza köçürülüb, indiki Ermənistan dövlətinin ərazisi tarixi Azərbaycan torpaqlarıdır. 1918-ci ilin mart ayından etibarən erməni millətçiləri tərəfindən dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilib, insanlar diri-diri yandırılıb, nadir tarixi abidələr, xəstəxanalar, məktəblər, məscidlər dağıdılıb. Tarixinə sahib çıxmayan xalqlar məhvə məhkumdur. Bizim heç kimə qarşı ərazi iddialarımız yoxdur. Biz öz tariximizə sahib çıxmaq istəyirik. Dövlət başçısının sərəncamı tariximizə sahib çıxmaq və bu tarixi dünya ictimaiyyətinə çatdırmaq baxımından böyük əhəmiyyət kəsb edir". Xatırladaq ki, bir neçə il bundan əvvəl ermənilər də qondarma "soyqırımlarının 100 illiyi"ni qeyd ediblər. Məsələ orasındadır ki, bizim xatirəsini ehtiramla anacağımız soyqırım ermənilərin əsassız iddialarından mahiyyət etibarilə tamamilə fərqlənir. Biz həqiqətə, tarixi sübut və dəlillərə əsaslanaraq bu tarixi anırıq. Ermənilər isə saxtakarlıq etməklə diqqəti özlərinə cəlb edirlər. Bu baxımdan sözügedən sərəncamdan irəli gələn tələblərə yerinə yetirilməsi tarixi keçmişimizin daha yaxşı öyrənilməsinə və erməni saxtakarlıqlarının ortaya çıxmasına təkan verəcək.

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31