Siyasət

“Rusiya yaxşı başa düşür ki, Ermənistanla danışıq metodlarını dəyişməlidir”

26 Dekabr 2017 13:04

Bu gün Moskvada MDB dövlət başçılarının qeyri-rəsmi görüşü keçiriləcək. Sammitdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edəcək. Nəzərə alsaq ki, sammitə Ermənistan prezidenti Serj Sarkisyan və Rusiya prezidenti Vladimir Putin də qatılacaq, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı danışıqlar aparıla bilərmi?

"Meksika millət vəkilləri Ermənistan tərəfindən manipulyasiya olunub"

26 Dekabr 2017 12:08

Ermənistanın Meksikadakı səfiri Ara Ayvazyan meksikalı millət vəkillərini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə cəlb edərək, onları siyasi xal qazanmaq üçün öz məkrli oyunlarında istifadə etmək məqsədilə işğal olunmuş Azərbaycan ərazilərinə aparıblar.

Asim Mollazadə: “Hüququn aliliyi işləməyəndə problem həll olmur”

26 Dekabr 2017 12:01

“Ümumiyyətlə, Suriyada, İraqda, Yəməndə baş verən münaqişələrin bir çox səbəbləri var. Ən əsas səbəb isə bəzi qüvvələrin bu bölgəyə nəzarəti əldə etmək iddiasıdır. Münaqişələrdə bilavasitə iştirak edən qüvvələr də məsələnin maraqlı tərəfinin təsmilçiləridir”. Bunu  millət vəkili Asim Mollazadə deyib.

Diaspor təşkilatından "The Financial Times”-a etiraz

26 Dekabr 2017 11:46

Dünya Azərbaycanlıları Assambleyası "The Financial Times” (FT) nəşrində "Avropa Şurası insan haqlarından imtina edir?” başlıqlı məqalə ilə bağlı qəzet rəhbərliyinə etiraz məktubu ünvanlayıb.

Ermənilər 132 dəfə atəşkəsi pozub

26 Dekabr 2017 11:45

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 132 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kəndində və adsız yüksəkliklərdə, İcevan rayonunun Ayqeovit kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qaymaqlı, Fərəhli, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Çinari kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi və Qaralar kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Zakir Həsənov cəbhə xəttində

26 Dekabr 2017 11:44

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti düşmənlə qarşıdurma xəttindəki mövqelərdə döyüş növbəsi çəkən əsgərlərlə görüşüb. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, əməliyyat şəraiti barədə məruzə edildikdən sonra Müdafiə naziri səngərlərdə hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığı, sosial-məişət şəraiti ilə maraqlanıb. Daha sonra  general-polkovnik Z.Həsənov ön xətdə xidmət edən hərbçilər üçün yeni inşa edilən əsgər yataqxanasının açılışında iştirak edib və burada yaradılan şəraitlə tanış olub.

Prezident İlham Əliyev Qida Təhlükəsizliyi Agentliyinə sədr təyin edib

25 Dekabr 2017 18:27

Prezident İlham Əliyev Qida Təhlükəsizliyi Agentliyinə sədr təyin edib. Məlumata görə, dövlət başçısının müvafiq sərəncamına uyğun olaraq, Qoşqar İlahi oğlu Təhməzli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri təyin edilib.

Rafael İsaxanyan Ermənistan-Azərbaycan Sülh Platformasının həmsədrliyindən və üzvlüyündən çıxarılıb

25 Dekabr 2017 17:59

Artur Ağacanovun Vətəndaş Sülh Platformasının İdarə Heyətinin həmsədri seçilib Bu gün Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının İdarə Heyətinin iclası keçirilib. Sülh Platformasının mətbuat xidmətindən verilən məlumata görə, Vətəndaş Sülh Platformasının Nizamnaməsinin 6.9.4-cü bəndinə uyğun olaraq keçirilən iclasda qurumun həmsədri Rövşən Rzayev gündəlikdə olan məsələləri təqdim  edib.

Prezident İlham Əliyev dünya azərbaycanlılarını Həmrəylik Günü münasibəti ilə təbrik edib

25 Dekabr 2017 17:50

Azərbaycan prezidenti İlham Əliyev dünya azərbaycanlılarını 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədar təbrik edib. Məlumata görə, dövlət başçısının təbrikində deyilir: “Əziz həmvətənlər! Hörmətli soydaşlar! Milli birlik və Vətənə məhəbbət kimi nəcib duyğuları təcəssüm etdirən 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində hər birinizi ürəkdən salamlayır və ən xoş arzularımı çatdırıram. Qəlbi həmişə doğma yurda sevgi hissi ilə döyünən bütün soydaşlarımızın milli-mənəvi dəyərlərə bağlılığı və Azərbaycanla əlaqələrinin daha da möhkəmləndirilməsi daim dövlətimizin diqqət mərkəzindədir. Ümummilli lider Heydər Əliyevin irəli sürdüyü azərbaycançılıq məfkurəsinə əsaslanan ardıcıl tədbirlər xaricdə yaşayan həmvətənlərimizin daha sıx birliyinin təşəkkül tapmasına təkan verib, ölkəmizin dünya dövlətləri ilə qarşılıqlı faydalı münasibətlərinin inkişafında diaspor təşkilatlarının rolunu xeyli gücləndirib.

Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

25 Dekabr 2017 17:46

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Prezident İlham Əliyev: Xaricdə yaşayan həmvətənlərimiz milli maraqlarımızın müdafiəsi naminə azərbaycançılıq ideyası ətrafında sıx birləşməlidirlər

25 Dekabr 2017 17:41

Milli birlik və Vətənə məhəbbət kimi nəcib duyğuları təcəssüm etdirən 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində hər birinizi ürəkdən salamlayır və ən xoş arzularımı çatdırıram.

Moskvada MDB dövlət başçılarının qeyri-rəsmi görüşü keçiriləcək

25 Dekabr 2017 17:38

Dekabrın 26-da Moskvada MDB dövlət başçılarının qeyri-rəsmi görüşü keçiriləcək. Görüş 2017-ci ildə Rusiyanın bu quruma sədrliyinin yekunlarına həsr olunacaq.

Beynəlxalq terrorla mübarizə: İŞİD və erməni terroru

25 Dekabr 2017 17:03

MDB ölkələri ərazisində terror təhlükəsinin artması barədə Rusiya rəhbərliyi fikirlər bildirib. Dekabrın 19-20-də Moskvada MDB-yə üzv ölkələrin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərlərinin toplantısında da bu məsələ əsas müzakirə mövzusu olub.

“Çoxları gözləməzdi ki, 2016-cı ilin aprelində Qarabağda döyüş olacaq”

25 Dekabr 2017 16:22

“2016-cı ilin aprel döyüşlərindən sonra gözlənti var idi ki, bəlkə böyük dövlətlər Ermənistana təzyiq və ya təsir edib Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması prosesini sürətləndirə bilərlər. Lakin bu gözləntilər özünü doğrultmadı”.