Siyasət

Prezident İlham Əliyev Fərhad Bədəlbəyliyə “İstiqlal” ordeni təqdim edib

25 Dekabr 2017 15:42

Prezident İlham Əliyev dekabrın 25-də xalq artisti, görkəmli pianoçu Fərhad Bədəlbəyliyə “İstiqlal” ordenini təqdim edib. Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Ermənistana məxsus PUA məhv edildi

25 Dekabr 2017 15:39

Ermənistana məxsus pilotsuz uçuş aparatı (PUA) məhv edilib. Bu barədə  Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Hulusi Akar: "Türkiyə Silahlı Qüvvələri adından qardaş Azərbaycana minnətdaram"

25 Dekabr 2017 15:08

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı Hulusi Akar Sarıqamış hərəkatının 103 illiyinə həsr olunmuş tədbirdə Azərbaycana minnətdarlığını bildirib.  H.Akar qeyd edib: "Sarıqamış hərəkatından sonra Nargin adasında (indiki Böyük Zirə adası - red.) məcburi saxlanılan türk əsgərlərə göstərilən qardaş münasibəti və yardımı unutmadıq. Bu, hələ o zaman bizim bir millət, iki dövlət olduğumuzu təsdiq edən amillərdən biri idi".

Azərbaycanın İslam həmrəyliyinə verdiyi töhvə

25 Dekabr 2017 14:10

BMT Baş Assambleyasının ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımasına dair qərarının qəbuledilməz olması barədə qətnaməsi dünyanın supergüclərinin söz savaşına çıxmasına səbəb olub. Xatırladaq ki, ABŞ prezidenti Donald Trampın ölkəsinin BMT TŞ-in qətnaməsini dəstəkləyəcək dövlətlərə maliyyə yardımını dayandıracağını bəyan etmişi belə sözügedən qərarın qəbuluna təsir edə bilmədi.

Gələn il Azərbaycanla ABŞ arasında siyasi əlaqələrin inkişafı baxımından əhəmiyyətli il ola bilər

25 Dekabr 2017 13:46

ABŞ prezidenti Donald Trampın Milli Təhlükəsizlik Strategiyası dünyada rəsmən soyuq müharibənin elan edilməsidir. Həmin Milli təhlükəsizlik strategiyasında ABŞ-ın əsas rəqibləri Rusiya və Çin, terrorizmi yayan və dünyaya təhlükə kimi İran və Şimali Koreya göstərilib.

Prezidentin ətrafında sıx birləşən xalqımız əmindir ki,....

25 Dekabr 2017 13:20

Cəmiyyətin inkişafında liderlərin rolu hər zaman həyati əhəmiyyət kəsb edib. Əsl liderlər bütün məsuliyyəti öz üzərinə götürmək, başqa insanların davranışlarına təsir etmək, konkret hədəflərə doğru irəliləmək və öz arxasında komandanı aparmaq qabiliyyətinə malik şəxslərdir.

Prezident: “Azərbaycan-Rusiya ticarət dövriyyəsinin artırılması üçün əlavə tədbirlər görülməlidir” -  YENİLƏNİB

25 Dekabr 2017 13:03

Azərbaycan prezidenti İlham Əliyev Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Oreşkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Məlumata görə, qonaq dövlət başçısını ad günü münasibətlə təbrik edərək ona Azərbaycan xalqının rifahı naminə fəaliyyətində uğurlar arzulayıb.

"İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin yubiley nəşri – 50-ci kitabı çapdan çıxıb

25 Dekabr 2017 13:02

2008-ci ilin dekabr ayından başlayaraq nəşr olunan “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyi dövlətimizin uğurlu daxili və xarici siyasətini, ölkəmizin sosial-iqtisadi həyatının müxtəlif sahələrini, beynəlxalq aləmdə mövqeyini, bir sözlə, ən yeni tariximizi əks etdirən və bununla da fəaliyyət istiqamətlərimizi müəyyənləşdirən dəyərli kitablardır.

Monqolustan prezidenti İlham Əliyevə zəng etdi

25 Dekabr 2017 12:43

Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa dekabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Xaltmaaqiyn Battulqa dövlətimizin başçısını ad günü münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.

Deputat: “Xairici dairələr böyük qazanc əldə etmək istəyir”

25 Dekabr 2017 12:32

“Çox təəssüf ki, bu gün də Suriyada, İraqda, Yəməndə qanlı qırğınlar davam etdirilir, günahsız insanlar qətlə yetirilir, iqtisadiyyat dağıdılır, ölkələrdə xaos yaradılır”. Bunu millət vəkili Azər Badamov deyib.

Əli Əhmədov: "Azərbaycan üzərinə götürüdüyü öhdəlikləri yerinə yetirir"

25 Dekabr 2017 12:30

“2015-ci ildə BMT tərəfindən dünyada əsaslı dəyişikliklər etmək üçün 2016–2030-cu illəri əhatə edən qlobal layihə hazırlanıb. Azərbaycan da bu layihəyə qoşulub. Layihənin əsas məqsədi dünyada sosial-iqtisadi cəhətdən, eyni zamanda ətraf mühitin yaxşılaşdırılması və digər istiqamətlərdə köklü dəyişiklik etməkdir”. Bunu Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri, baş nazirin müavini Əli Əhmədov Milli Məclisdə “Dayanıqlı İnkişaf Məqsədlərinə Nail olunmasında parlamentin rolu” adlı konfransda açılış nitqi ilə çıxış edərkən deyib.

Azər Həsrət: “Suriya, İraq silah tacirləri üçün uyğun bir bazardır”

25 Dekabr 2017 12:29

“Ümumiyyətlə, Suriya, İraqda baş verən münaqişələrin tezliklə həll olunacağı haqqında proqnoz vermək çətindir. Çünki bunlar elə münaqişələrdir ki, görüntüdə başqa, məğzində isə tamam başqa məqamları əks etdirir”. Bunu  siyasi şərhçi Azər Həsrət deyib.

Vitse-spiker: “Dağlıq Qarabağ problemi ilə bağlı birgə addımlar atılmır”

25 Dekabr 2017 12:21

“Böyük dövlətlər dünyada problemlərin həlli ilə bağlı ortaq məxrəcə gələ bilmirlər. Onların birgə gördüyü iş sadəcə birgə bəyanatla bitir”. “Olaylar”ın məlumatına görə, bunu Milli Məclisdə keçirilən “Dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında parlamentin rolu” mövzusunda konfransda Milli Məclis sədrinin I müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.

Erməni lobbisinin rusiyalı tarixçini cinayət məsuliyyətinə cəlb etmək cəhdi növbəti dəfə uğursuzluğa uğrayıb

25 Dekabr 2017 12:16

Rusiyada erməni lobbisinin tarixçi-alim Oleq Kuznetsovu yazdığı "XX əsrdə transmilli erməni terrorunun tarixi" adlı monoqrafiyasına görə cinayət məsuliyyətinə cəlb etmək cəhdləri növbəti dəfə uğursuzluğa uğrayıb. Məlumata görə, Rusiya Daxili İşlər Nazirliyinin Tula vilayəti üzrə Ekstremizmə qarşı Mübarizə Mərkəzi rusiyalı tarixçinin müəllifi olduğu məlum monoqrafiya ilə bağlı qərarını açıqlayıb.