Siyasət
Ermənistanın müxtəlif strukturlar arasında körpü rolu oynamaq niyyəti puç oldu- Mübariz Əhmədoğlu
“Ermənistanın müxtəlif dövlətlər və qurumlar arasında körpü olmaq ideyası açıq şəkildə rədd edilir”. Bunu deyən Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin (SİTM) sədri Mübariz Əhmədoğlunun sözlərinə görə, bu istiqamətdə xeyli arqumentlər toplaşıb: “Həmin arqumentləri birbaşa və dolayısı olmaqla iki qrupa ayırmaq olar. Birinci qrup Avropa İttifaqının və Yaponiya təmsilçilərinin mövqeyidir.
Patriarx Kirill Mehriban Əliyevaya Müqəddəs Mələksima Knyaginya Olqa ordenini təqdim edib
Moskvada Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni təqdim olunub. Məlumata görə, Xilasedici İsa Məsih məbədində keçirilən mərasimdə ordeni M. Əliyevaya Moskva və bütün Rusiyanın Patriarxı Kirill təqdim edib.
Prezident DSMF-nin gələn il üzrə büdcəsini təsdiqləyib
Azərbaycan prezidenti İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanındaDövlət Sosial Müdafiə Fondunun (DSMF) 2018-ci il büdcəsi haqqında qanunu təsdiqləyib.
Azərbaycanda yaşayış minimumu artırıldı
Prezident İlham Əliyev "Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 906-VQ nömrəli Qanununun tətbiqi barədə sərəncam imzalayıb.
Azərbaycanda ehtiyac meyarı artırıldı
Prezident İlham Əliyev "Azərbaycanda 2018-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanunu təsdiq edib. Qanuna əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2018-ci il üçün ehtiyac meyarının həddi 130 manat məbləğində təsdiq edilir.
“Qərarı Azərbaycanla qəbul etmək lazımdır, Azərbaycana qarşı deyil”
ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında böyük rola malikdir, Rusiya və Fransanın bu nizamlamadakı rolu xüsusilə mühümdür. Bu sözləri Ermənistanın “Aravot” qəzetinə müsahibəsində Almaniya Bundestaqının ermənipərəst üzvü, erməni-alman forumunun rəhbəri Albert Vayler deyib.
XİN rusiyalı fotoqrafın adını “qara siyahı”dan çıxarıb
Rusiyalı fotoqraf və bloqer Vladimir Kezlinqin adı “Arzuolunmaz şəxslər siyahısı”ndan çıxarılıb. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilir ki, fotoqraf Azərbaycanın Sankt-Peterburq şəhərindəki Baş Konsulluğuna məktubla müraciət edərək, adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş edib.
Ermənistanın iqtisaddiyyatı çöküb
Ermənistanın Mütəşəkkil Cinayətkarlıqla Baş Mübarizə İdarəsinin insan alveriylə mübarizə şöbəsinin rəisi Vaçe Ovsepyan statistika açıqlayıb. Statistikaya əsasən kişiləri Rusiyaya, qadınları Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinə üz tuturlar. Bu sözləri açıqlamasında millət vəkili Sahib Alıyev deyib.
Aydın Mirzəzadə: “Sammitdə Dağlıq Qarabağ məsələsi də qaldırılacaq”
“Moskvada keçiriləcək Müstəqil Dövlətlər Birliyinin (MDB) dövlət başçılarının qeyri-rəsmi görüşündə hesab edirəm ki, ilk növbədə 2017-ci ilə siyasi qiymət veriləcək”. Bunu millət vəkili Aydın Mirzəzadə deyib.
Kanada Azərbaycan vətəndaşlarının yarıdan çoxuna viza verməyib
1995-2016-cı illərdə 169 Azərbaycan vətəndaşı Kanadadan deportasiya edilib. Bunu cavab olaraq Kanadanın Sərhəd Xidmətləri Agentliyindən bildiriblər. Məlumata görə, son 21 ildə bu ölkədən Azərbaycan vətəndaşlarının çıxarılması faktları ən çox 2002-ci ildə qeydə alınıb. Həmin il 17 nəfər Kanadadan deportasiya edilib. 2016-cı ildə isə 8 nəfər ölkədən çıxarılıb.
Uğurlu xarici siyasət ölkəmizin dünya miqyasındakı nüfuzunu xeyli artırıb
Başa çatmaqda olan 2017-ci ili Azərbaycan üçün uğurlu il hesab etmək olar. Xüsusən, xarici siyasət sahəsində əldə edilən naliyyətlər ölkəmizin beynəlxalq imicinni artması ilə nəticələnib. Azərbaycan dünya miqyasında dinamik inkişaf tempinə malik olan ölkələr sırasında aparıcı yerlərdən birini tutur. Bu inkişafın əsasında uğurla, uzaqgörənliklə reallaşdırılan praqmatik daxili və xarici siyasət kursu dayanır. Artıq qətiyyətlə demək olar ki, Azərbaycan nəinki regionda, eləcədə beynəlxalq aləmdə nüfuzlu və etibarlı tərəfdaşa çevrilib.
Ermənistanın Təl-Əviv-Bakı münasibətlərinə zərbə vurmaq cəhdi
Azərbaycanın beynəlxalq əlaqələr, ikitərəfli əməkdaşlıq müstəvisində əlaqələrinin yüksələn xətlə inkişaf etidyi ölkələrdən biri də İsraildir. Düzdür, zaman-zaman Təl-Əvivlə Bakı arasında əlaqələrə zərbə vurmaq cəhdlərinə əl atılır, iki ölkə arasında ciddi şəkildə ziddiyyətlər yaratmağa çalışılır.
Müdafiə naziri cəbhə xəttində şəxsi heyətlə görüşüb
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə,Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən cəbhəboyu zonada olan general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti daha bir hərbi hissədə əsgərlərlə görüşüb, yeni inşa edilən qərargah binasının və hərbi texnika üçün saxlancların açılışında iştirak edib.
İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurasının üzvləri təyin edilib
Prezident İlham Əliyev İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurası üzvlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, aşağıdakı şəxslər Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurasının üzvləri təyin ediliblər:
Deputat: “Azərbaycan etibarlı tərəfdaş imicini daha da gücləndirib”
“2017-ci ildə Prezident İlham Əliyevin rəhbərliyi altında yürüdülən xarici siyasət fəaliyyətini uğurlu hesab edirəm”. Bu fikri açıqlamasında Milli Məclisin deputatı Musa Qasımlı bildirib.














