Siyasət
Bakı İrəvanı Ermənistana verib - Əli Həsənov
Azərbaycan XİN Səudiyyə Ərəbistanına raket hücumlarını pisləyir
"Biz Səudiyyə Ərəbistanına raket hücumlarını qınayırıq". Bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev 2017-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib. H. Hacıyev bildirib ki, bu kimi neqativ hallar regionda vəziyyətin gərginləşməsinə səbəb ola bilər: "Regionda sülhün və sabitliyin təmin olunması üçün siyasi diplomatik səylərin artırılmasına çağırırıq".
XİN sözçüsü: "Kaspşikin ofisinin genişləndirilmısi prosesi substantiv danışıqlarla paralel getməlidir"
"ATƏT sədrinin şəxsi nümayəndəsinin ofisinin genişləndirilmısi məsələsi bu il ərzində müzakirə olunub. Belə bir fikirlər var və həmsədrlərin son bəyanatında da bu məqam əksini tapıb". Bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev 2017-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib. H. Hacıyev qeyd edib ki, Azərbaycan bu təkliflərə müsbət baxır. "Amma bu kimi say artırılması prosesi münaqişənin həlli üçün nəzərdə tutulan substantiv və intensiv danışıqlarla paralel getməlidir", - deyə o bildirib.
Hikmət Hacıyev: “Dilqəm Əsgərovla Şahbaz Quliyevin məsələsi Rusiya, Minsk qrupu həmsədrləri və BQXK ilə müzakirə edilib”
“Azərbaycan tərəfi ailələrinin məzarların ziyarət etmək üçünKəlbəcərə gedən və girov götürülən Dilqəm Əsgərovla Şahbaz Quliyevin azad olunması məsələsini Rusiya, Minsk qrupu həmsədrləri və BQXK ilə müzakirə edib”.
Karapetyan: İqtisadiyyatımız quruyub
"Ermənistan iqtisadiyyatı iflasa uğrayıb". Bunu Ermənistanın Baş naziri Karen Karapetyan yerli mətbuata müsahibəsində deyib. K.Karapetyan ölkə iqtisadiyyatını qurumuş tarla ilə müqayisə edərək iflasa uğradığını bildirib: "2018-ci il Ermənistan üçün daha ağır il olacaq. Bu il biz gələcək artım üçün bir çox zəruri əsasları yarada bilmədik. Buna misal olaraq, 2017-ci illə müqayisədə kapital xərclərini 70 faiz artırdığımızı deyə bilərik".
XİN: "Azərbaycanda çoxistiqamətli xarici siyasət kursu davam edib"
“2017-ci ildə Azərbaycanda müstəqil, çoxistiqamətli, tarazlaşdırılmış xarici siyasət kursu davam edib”. “Olaylar” xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri 2017-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.
Ermənilərin Xankəndi şəhərini işğal etməsindən 26 il ötür
Bu gün Azərbaycanın Xankəndi şəhəri və ətraf ərazilər üçün mühüm strateji əhəmiyyətə malik ola Kərkicahan qəsəbəsinin ermənilər tərəfindən işğalından 26 il ötür. 1991-ci il dekabrın 28-də Kərkicahan qəsəbəsinin işğalı ilə Xankəndi və ətraf ərazilərin işğalı başa çatdırılıb. İşğal gününə qədər Xankəndi ərazi vahidliyinin tərkib hissəsi olan Kərkicahanın müdafiəsi kənd sakinlərindən yerli özünümüdafiə dəstələrindən, yeni yaranmış olan polis və Milli Ordunun bir qrup əsgərləri tərəfindən təşkil olunub.
Rafael Qvaladze Azərbaycan Prezidentinin fəxri diplomu ilə təltif edilib
Prezident İlham Əliyev Rafael Qvaladzenin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Zakir Həsənov cəbhə xəttində bir sıra obyektlərə baxış keçirib
Müdafiə naziri cəbhəboyu zonada tikilməkdə olan bir sıra hərbi obyektlərə baxış keçirib. “OLAYLAR” nazirliyə istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən hərbi hissələrdə tikinti-inşaat işləri davam etdirilir.
Əli Kərimlini Sekutaya bağlayan "sekret"- PƏRDƏARXASI
Bir neçə gün öncə, AXCP sədri Əli Kərimlinin ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ilə görüşməsi barədə məlumat yayılıb. Cəbhəçilərin mətbuat xidməti bu görüşü “Azərbaycandakı ictimai-siyasi vəziyyət, Azərbaycan-ABŞ münasibətlərinin müzakirəsi” kimi təqdim etsə də əslində, bunun sadəcə gözdən pərdə asmağa cəhd olduğunu rahat şəkildə anlamaq mümkündür.Daha dəqiq desək, Ə.Kərimlinin amerikalı diplomatla görüşməsinin məhz bir sıra pərdəarxası məqamları dayanır. Misal üçün, AXCP sədri növbəti dəfə maddi və şəxsi divident güddüyü “siyasi məhbus”, “vətəndaş cəmiyyətinə və mətbuata qarşı təzyiq” və s. bu kimi yalanlarla dolu süni məsələlər ətrafında xal toplamağa çalışaraq, özünü “lider” olaraq tanıtmağa çalışıb.
2013-dən 2018-ə... SİYASİ RAKURS
Hələ ötən prezident seçkilərinə bir müddət qalmış – 2013-cü ilin iyulunda ABŞ-ın Helsinki Komissiyası tərəfindən Azərbaycana dair brifinqdə azad cəmiyyət quruculuğu, insan hüquqlarının qorunması sahəsində görülən işlər barədə fikir mübadiləsi aparılarkən qeyd olunmuşdu ki, Azərbaycanda beş minə yaxın KİV qeydiyyatdan keçib, əhali internet saytlarından sərbəst və məhdudiyyətsiz şəkildə faydalanır və o cümlədən, ölkədə insan kapitalının inkişafına daha çox diqqət yetirilir və bütün bunlar danılmaz faktlara əsaslanır. Məhz həmin seçkilərdən öncə, Amerikanın Helsinki Komissiyası kimi nüfuzlu qurumu tərəfindən bu reallıqların vurğulanması hazırda da hakimiyyətə can atan o zamankı və indiki ənənəvi, radikal və dağıdıcı müxalifəti ciddi şəkildə narahat etmişdi.
“2019-cu il Dağlıq Qarabağda real müharibə ili ola bilər”
Bəzi ekspertlər gələn il Dağlıq Qarabağda eskalasiyanın olacağını proqnozlaşdırır. Lakin bir qrup ekspert 2018-ci ilin seçki ili olduğunu əsas gətirərək hərbi əməliyyatların olmayacağını düşünür. Məsələ ilə bağlı açıqlama verən Milli Məclisin deputatı Rasim Musabəyov növbəti ilin münaqişənin tənzimlənməsi ilə bağlı danışıqlar ili olacağını düşür.
Müdafiə naziri cəbhədəki zirehli texnikaların döyüş qabiliyyətini yoxlayıb
Cəbhəboyu zonada səfərdə olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti tank bölmələrində olublar. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, zirehli texnikaların döyüş qabiliyyəti və tətbiqi imkanlarını yoxlayan nazirə məruzə olunub ki, silahlanmada olan bütün hərbi texnika döyüşə hazır vəziyyətdədir.
"Aprel hadisələrində ermənilərə casusluq edən şəbəkənin yazışmaları bərpa olunub və sübuta yetirilib"
2016-cı ilin aprel hadisələrində erməni tərəfə casusluq edən şəbəkənin yazışmaları bərpa olunub və sübuta yetirilib. Bu barədə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəisi Fuad Cavadov deyib.








.jpg)





