Siyasət
İqtisadiyyat Nazirliyi xarici ölkələrdəki ticarət nümayəndələrinin maliyyə təminatını həyata keçirəcək
Prezident İlham Əliyev "Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və "Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.
Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi yaradıldı
Prezident İlham Əliyev kiçik və orta sahibkarlıq sahəsində idarəetmənin daha da təkmilləşdirilməsi haqqında fərman imzalayıb.
Salxab Məmmədov "Şərəf" ordeni ilə təltif edildi
Prezident İlham Əliyev Salxab Məmmədovun "Şərəf" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Flora Qasımova "Şöhrət" ordeni ilə təltif edildi
Prezident İlham Əliyev Flora Qasımovanın "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Flora Qasım qızı Qasımova "Şöhrət" ordeni ilə təltif edilsin.
Rauf Babayev "Şöhrət" ordeni ilə təltif edildi
Prezident İlham Əliyev Rauf Babayevin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzlayıb.
Bir qrup şəxsə fəxri adlar verildi - SİYAHI
Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə bir qrup şəxsə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.
Prezident İlham Əliyev bir sıra şəxsləri "Dostluq" ordeni ilə təltif etdi
Müdafiə naziri hərbi tibb müəssisələrində olub
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən cəbhəboyu zonada səfərdə olarkən mobil səhra hospitalın kollektivi ilə görüşən general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti dekabrın 28-də Silahlı Qüvvələrin Baş Klinik Hospitalında da olub. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, əvvəlcə ümummilli lider Heydər Əliyevin hospitalın ərazisində ucaldılan abidəsi önünə gül dəstələri qoyulub və ehtiram ifadə edilib.
Azərbaycan və Rusiya arasında humanitar əməkdaşlıq ən yüksək səviyyəyə çatıb
Azərbaycnla Rusiya arasındaka döstluq ənənələrinin çoxəsirlik tarixi olsa da ölkəmiz müstəqillik əldə etdikdən sonra bu münasibətlər yüksələn xətt üzrə inkişaf edib. Xüsusən prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət nəticəsidə nəinki dostluq ənənələri qorunub saxlanıb, hətta münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatdırılmasına nail olunub. Xüsusilə qeyd edək ki, Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Rusiyaya, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin və Dmitri Medvedevin Azərbaycana rəsmi və işgüzar səfərləri ikitərəfli münasibətlərin inkişafının sürətlənməsinə təkan verib. Azərbaycan-Rusiya münasibətlərinin inkişaf etdirilməsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması mühüm yer tutur.
İran prezidenti Azərbaycana səfər edəcək
2018-ci ildə İran prezidenti Həsən Ruhani Azərbaycana səfər edəcək. Bunu Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev 2017-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.
Ermənistan Gürcüstanı özünə tərəf dartır - Gürcülər kimi seçəcək?
Rusiya seçki dəhlizinə daxil oldu
“Şimal qonşumuz seçki dəhlizinə daxil oldu. Maraqlı proseslər gedir”. “OLAYLAR”-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən Vətəndaş və İnkişaf Partyasının sədri Əli Əliyev deyib ki, Rusiya Federasiyası seçkiləri bizim siyasi müqəddaratımıza birbaşa təsirə malik aksiyadır: “Ona görə də baş verənləri diqqətlə izləmək lazımdır. Əvvəldə onu bildirim ki, əsas namizəd Putin vəziyyətdən narahatdır. Qənaətimi əsaslandırım. Əsas alternativi Navalnının qeydə alınmasına imkan vermədi.
Düşmən 122 dəfə atəşkəsi pozub
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 122 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan, Voskevan kəndlərində və adsız yüksəkliklərdə, İcevan rayonunun Paravakar kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Fərəhli, Məzəm kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi, Əsrik Cırdaxan, Muncuqlu, Qaralar kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəlilər kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
"Azərbaycanın arzuolunmaz şəxslər siyahısında 600-ə yaxın insanın adı var"
"Hazırda Azərbaycan Xarici İşlər Nazirliyinin XİN) arzuolunmaz şəxslər siyahısında 600-ə yaxın insanın adı var". Bunu XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev 2017-ci il xarici siyasətin yekunlarına dair keçirilən mətbuat konfransında deyib. H.Hacıyev bildirib ki, 2017-ci il ərzində 10-a yaxın şəxs adlarının bu siyahıdan çıxarılması ilə bağlı Azərbaycan tərəfinə müraciət edib.Onun sözlərinə görə, müraciət edənlərin bir qisminin adı arzuolunmaz şəxslər siyahısından çıxarılıb və digərlərinin müraciətlərinə baxılır.
Daha 5 qəsəbədə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üçün maliyyə vəsaiti ayrılıb
Prezident İlham Əliyev Bakı şəhəri Sabunçu rayonunun Sabunçu, Maştağa və Suraxanı rayonunun Əmircan, Bülbülə və Qaraçuxur qəsəbələrində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.




.jpg)





