Siyasət
“Azərbaycan Silahlı Qüvvələri haqqında” yeni qanun qəbul edildi
Milli Məclisin dekabrın 29-da keçirilən plenar iclasında yeni hazırlanan “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsi üçüncü-yekun oxunuşda müzakirəyə çıxarılıb.
Əfqanıstandakı sülhməramlılarının sayı ilə bağlı məhdudiyyət aradan qaldırıldı
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikası Silahlı Qüvvələri taqımlarının Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin taburu tərkibində və NATO strukturlarının ümumi komandanlığı altında Əfqanıstanda yerləşdirilməsinə və müvafiq əməliyyatlarda iştirak etməsinə razılıq verilməsi haqqında” qanuna dəyişiklik layihəsinə baxılıb.
Rusiyanın heç bir nəticə verməyən Qarabağ təşəbbüsləri
Şimal qonşumuz Dağlıq Qarabağ probleminin həlli istiqamətində səylərini, təşəbbüslərini davam etdirir. Baxmayaraq ki, Kremlin bu istiqamətdəki təşəbbüsləri, fəallığı heç bir nəticə vermir və problemin həllinə müsbət təsir göstərmir, buna rəğmən Rusiya belə demək mümkünsə sülhyaratma missiyasını davam etdirməkdə israr nümayiş etdirir. Rusiyanın bu səyləri həm də kənar güclərin Dağlıq Qarabağ probleminin həllinə yönəlik cəhdlərini neytrallaşdırmaq məqsədi daşıyır.
BAXCP rəsmisi: “Leyla Yunus erməniyə nökərlik edir”
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, QHT sədri Niyaməddin Orduxanlının verdiyi açıqlamaya görə, bir necə gün bundan qabaq Avropada beynəlxalq təşkilatların keçirdiyi tədbirdə Ermənistanı təmsil edən QHT sədri Ermənistanda onlarla siyasi məhbusun olduğunu tədbirdə dilə gətirib: "Bu tədbiri internet üzərindən izlədim. Ermənistandan gələn Qeyri-Hökümət Təşkilatının rəhbəri Ermənistanın siyasi hakimiyyətini çox kəskin tənqid etdi. Sərkisyanın sərt rejim yaratmaqda, ölkənin onlarla QHT sədrinin, mətbuat nümayəndələrinin, siyasi partiya üzvlərinin həbsə alındığını bildirdi. Bütün bunları Ermənistan prezidenti Serk Sərkisyanın törətdiyindən danışırdı. Bu zaman tədbirə qatılan Leyla Yunus dərhal çıxış edərək, Ermənistanda bir nəfər də olsun siyasi məhbusun olmadığını dedi.
Xədicə İsmayıl pulları necə mənimsəyir?- YENİ FAKTLAR - ANALİZ
Uzun müddətdir ki, “jurnalistlik” fəaliyyətini kənara qoyub “hüquq müdafiəçiliyi” ilə məşğul olan Xədicə İsmayıl haqqında yeni və real faktlar ortaya çıxmağa başlayıb. Belə ki, aparılan araşdırmalardan sonra əldə edilən səhih informasiyalara görə, X.İsmayılın müxalifətyönlü düşərgədə fəaliyyət göstərən bir qrup şəxslərin, eləcə də təşkilatların xaricdən ötürülən pullarını mənimsəməsi faktı ifşa olunub. Daha dəqiq desək, X.İsmayıl bu gün Azərbaycana qarşı çıxış edən bir neçə Qərb donor təşkilatlarının maliyyə dəstəklərini öz şəxsinə mənimsəməyə başlayıb. Misal üçün, “siyasi məhbuslar” üçün göndərilən pulların çox az bir qismi həmin istiqamətdə xərclənir, böyük qisminin isə X.İsmayılın cibinə axdığı barədə faktlar öz təsdiqini tapmaqdadır.
Ekspert: Yaxın zamanlarda Ermənistanı Azərbaycanın işğal olunmuş ərazilərini qismən qaytarmağa məcbur etmək mümkün olacaq
Yaxın zamanlarda Ermənistanı Azərbaycanın işğal olunmuş ərazilərini qismən qaytarmağa məcbur etmək mümkün olacaq. Məlumata görə, bunu “Azernews”a müsahibəsində beynəlxalq münaqişələr üzrə rusiyalı ekspert Yevgeni Mixaylov deyib. O qeyd edib ki, Ermənistan bu vəziyyətə müqavimət göstərməyə çalışacaq: “Amma məsələyə real yanaşaq və Yerevanla Bakının imkanlarını və potensialını müqayisə edək. Ermənilər hər sahədə uduzur”.
Rusiyanın Qarabağ probleminin həllinə münasibəti dəyişibmi?
Dağlıq Qarabağ probleminin həlli ilə bağlı danışıqlar prosesi 2017-ci ildə davam etdirildi. Lakin müşahidələr göstərdi ki, rəsmi İrəvan Dağlıq Qarabağla bağlı status-kvonun saxlanmasında maraqlıdır. Azərbaycan isə münaqişənin tezliklə həll olunmasının tərəfdarıdır.
AŞPA-nın münaqişələrə dair Alt Komitəsinin növbəti iclası yanvarın 16-da keçiriləcək
AŞPA Monitorinq komitəsinin Avropa Şurasına üzv ölkələr arasında münaqişələrə dair Alt Komitəsinin növbəti iclasının vaxtı məlum olub. Məlumata görə, iclas yanvarın 16-da Parisdə keçiriləcək. İclasda əsasən Dnestryanı münaqişəsinə dair müzakirələr aparılacaq. Müzakirələrdə münaqişənin həllində vasitəçi olan ATƏT, Avropa İttifaqı nümayəndələri, həmçinin Moldovanın rəhbər şəxsləri iştirak edəcəklər.
Generaldan Azərbaycan Ordusuna BAYRAM TƏBRİKİ
Müdafiə naziri Zakir Həsənov Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edir.
Ermənilər 134 dəfə atəşkəsi pozub
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 134 dəfə pozub.
Ermənistan prezidenti S.Sərkisyan Gürcüstanı hədələdi- Mübariz Əhmədoğlu
Gürcüstana səfər edən Ermənistan prezidenti S.Sərkisyan prezident Q.Marqvelaşvili və baş nazir Q.Kvirikaşvili ilə görüşdü. S.Sərkisyan diplomatik praktikanı pozaraq Gürcüstana səfərə gəldi: Dekabrın 1-də Gürcüstanın baş naziri Ermənistana səfər etməli idi. Səfərə vur-tut 5-6 saat qalmış Gürcüstan baş nazirinin səfəri təxirə salındı. Belə halda Ermənistan rəhbəri yalnız Gürcüstan rəhbərliyinin Ermənistana səfəri baş tutduqdan sonra Gürcüstana səfəri reallaşdırmalı idi. S.Sərkisyanın Gürcüstana çatdırmalı mesajı olduğu üçün “qaydanı pozdu”.
2017 - Uğurlu başlanğıclar ili
Müstəqilliyimizin bərpa olunmasından sonra yaşadığımız hər bir il xalqımızın müstəqillik tarixində öz izlərini qoyur. Çox da uzun olmayan bu tarixin həm ağrı-acıları, həm də sevinc, fərəh, güvən gətirən məqamları yaddaşımızın arxivinə toplandıqca keçilən yolla qürur duyuruq.
ATƏT: "Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrə görüşü vacibdir və ümidvericidir"
"Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədə baş tutmuş görüşü vacibdir və müəyyən mənada ümidvericidir". Bunu ATƏT-ə müsahibəsində bu təşkilatın fəaliyyətdə olan sədrinin Cənubi Qafqazda xüsusi nümayəndəsi Günrter Baxler deyib.
Dövlət Neft Fondunun 2018-ci il büdcəsi təsdiqləndi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2018-ci il büdcəsi haqqında fərman imzalayıb.
İqtisadiyyat Nazirliyi xarici ölkələrdəki ticarət nümayəndələrinin maliyyə təminatını həyata keçirəcək
Prezident İlham Əliyev "Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və "Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.














