Siyasət

Prezident İlham Əliyev Kuba rəhbərini təbrik edib

29 Dekabr 2017 18:06

Azərbaycan Prezidenti İlham Əliyev Kuba Dövlət Şurasının və Nazirlər Şurasının Sədri Raul Kastro Rusa təbrik məktubu göndərib.

The Hill": Bakıdakı möhtəşəm Milad bəzəkləri narahat dünyaya ümid bəxş edir

29 Dekabr 2017 17:55

Bakıdakı möhtəşəm Milad bəzəkləri narahat dünyaya ümid bəxş edir. Məlumata görə, bunu bir müddət əvvəl Bakıda olmuş amerikalı politoloq Raul Louri Kontreras yazıb.

İlham Əliyevdən “ASAN xidmət”lə bağlı SƏRƏNCAM

29 Dekabr 2017 17:31

Prezident İlham Əliyev “ASAN xidmət” işçilərinin peşə bayramı gününün təsis edilməsi haqqında sərəncam imzalayıb.

Hikmət Hacıyev: Ermənistanın vitse-spikeri siyasi savadsızlığını, populizmlə məşğul olduğunu bir daha nümayiş etdirir

29 Dekabr 2017 17:30

"Görünür ki, Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov cəfəng bəyanatlar vermək üzrə Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryandan estafeti ələ keçirməyə çalışır. Hər bir verdiyi açıqlama ilə Şarmazanov hüquqi və siyasi savadsızlığını, yalnız məhdud daxili istehlaka yönəlmiş populizmlə məşğul olduğunu bir daha nümayiş etdirir. Bəzi məsələlər üzrə Şarmazanovun maarifləndirilməsinə ehtiyac vardır".

Prezident İlham Əliyev "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanunu təsdiq etdi

29 Dekabr 2017 16:39

Prezident İlham Əliyev “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının 2017 ci il 1 dekabr tarixli 887-VQ nömrəli Qanununun tətbiqi barədə fərman imzalayıb.

Bu cərimələrdən yığılan vəsaitin 25 faizi işçilərin sosial müdafiəsinin gücləndirilməsinə xərclənəcək

29 Dekabr 2017 16:20

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2017-ci il 15 dekabr tarixli qanunun tətbiqi və “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Prezidentinin 1999-cu il 4 avqust tarixli fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.

Parlamentdən Gürcüstanın baş nazirinin bəyanatına etiraz

29 Dekabr 2017 15:42

Milli Məclisin dekabrın 29-da keçirilən sonuncu plenar iclasında millət vəkilləri Gürcüstanın baş naziri Georgi Kvirikaşvilinin erməni mallarının fors-major hallarında Abxaziya və Cənubi Osetiya vasitəsilə nəqliyyat dəhlizlərindən keçməsinin mümkünlüyü barədə verdiyi bəyanata ciddi etiraz edib.

Prezident “Yanardağ” qoruğunda olub

29 Dekabr 2017 15:08

Prezident İlham Əliyev “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna baxıb. Məlumata görə, qoruqdakı vəziyyətlə tanış olan dövlət başçısı burada şəraitin dözülməz olduğunu bildirib.

Prezident Mehdiabad-Digah-Məmmədli avtomobil yolunun açılışında- YENİLƏNİB

29 Dekabr 2017 14:58

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 29-da Abşeron rayonunda yenidən qurulan Mehdiabad-Digah-Məmmədli avtomobil yolunun açılışında iştirak edib.

Azərbaycan ordusu haqqında qanun layihəsi hazırlanacaq

29 Dekabr 2017 14:48

“Azərbaycan Ordusu haqqında” yeni qanun layihəsi hazırlanacaq. “Olaylar”ın məlumatına görə, bunu Milli Məclisin iclasında parlament sədrinin birinci müavini Ziyafət Əsgərov deyib. Vitse-spiker bildirib ki, yaxın gələcəkdə “Azərbaycan Ordusu haqqında” yeni qanun layihəsi hazırlanacaq.

Deputat: “AXC-nin yaradılmasının 100 illiyi ilə bağlı hazırlıq işləri çox ləng gedir”

29 Dekabr 2017 14:42

“AXC-nin yaradılmasının 100 illiyi ilə bağlı aparılan hazırlıq işləri çox ləng gedir və hiss olunacaq səviyyədə deyil”. “Olaylar” xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında çıxışı zamanı Fazil Mustafa deyib. O qeyd edib ki, bununla bağlı ciddi bir film çəkilmədi, kitab çap olunmadı: “Heç olmasa 2018-ci ildə bu işlərə diqqət yetirilsin. Xüsusən də film çəkilişi məsələsinə diqqət yetirilsin. Çünki nəticədə 100 illik yubileylə bağlı məsələdə Ermənistan və Gürcüstandan geri qala bilərik”.

Səməd Seyidov: “Bu məsələdə Azərbaycanla Türkmənistan bir mövqe nümayiş etdirir”

29 Dekabr 2017 14:39

“Azərbaycan Avropa Birliyinə daxil olan 9 dövlətlə strateji partnyoruluğu təsdiq edib. Bizim region dövlətlərindən Gürcüstanla strateji partnyorluq səviyyəsində münasibətlərimiz var. Bu silsiləyə qardaş ölkə Türkmənistanın da daxil olması müsbət haldır”.

Gələn il Qarabağ məsələsində irəliləyişə ümidlər çoxdur

29 Dekabr 2017 14:06

2017-ci ilin başa çatmasına sayılı günlər qalır. Ancaq 30 ilə yaxın davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bu il də həll olunmamış vəziyyətdə qaldı. İşğalçı və təcavüzkar Ermənistanın destruktiv mövqeyi üzündən Qarabağ münaqişəsinin sülh və danlışıqlar yolu ilə həlli prosesi 2017-ci ildə də nəticəsiz durumdadır. Münaqişənin həllində bir il də itirilmiş sayıla bilər.