Prezidentin anası öldü, ölkədə matəm elan edildi
28 Yanvar 2018 13:59 SiyasətBirləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti şeyx Xəlifə bin Zaid Əl Nəhayənin anası vəfat edib.
Qaynarinfo xəbər verir ki, bununla əlaqədar ölkədə matəm elan olunub.
Prezidentin anası Həssa bin Məhəmməd Əl Nəhayən bu gün vəfat edib. Matəm bu gündən etibarən üç gün davam edəcək.
1948-ci ildə anadan olmuş şeyx Xəlifə bin Zaid Əl Nəhayən 2004-cü ildə prezident olub. O, həmçinin Əbu-Dabi əmirliyinin rəhbəridir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31