Siyasət

“Rusiyadan gözləntilərimiz çoxdur”

18 Yanvar 2018 11:44

“Azərbaycanın Dağlıq Qarabağ ərazilərinin işğalı ilə bağlı aparılan danışıqlar 24 ildir ki, nəticəsiz davam etməkdədir.1994-cü ilin may ayının 12-də atəşkəs rejiminin tətbiq olunmasından sonra münaqişənin ATƏT-in Minsk qrupu çərçivəsində həll olunması razılığı əldə olundu.

Cəbhədə gərginlik

18 Yanvar 2018 11:16

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 126 dəfə pozub.

NATO baş komandanı Rusiya Baş Qərargah rəisi ilə Bakıda keçiriləcək görüşü barədə danışıb

17 Yanvar 2018 18:40

NATO-nun Avropada Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı Kertis Skaparotti və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun Bakıda görüşü razılaşdırılır.

Oqtay Əsədov: Azərbaycan-Türkiyə münasibətləri digər dövlətlər üçün nümunədir

17 Yanvar 2018 18:31

Milli Məclisin Sədri Oqtay Əsədov Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici işlər komissiyasının rəhbəri Volkan Bozkırın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Milli Məclisdən verilən məlumata görə, spiker qonaqları səmimi salamlayaraq bildirib ki, ölkə rəsmiləri arasındakı görüşlər, regional məsələlərə dair müzakirələr artıq müntəzəm xarakter alıb.

Müəllimlərin əməkhaqları artırıldı

17 Yanvar 2018 18:17

Prezident İlham Əliyev dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin dərs yükünün və əməkhaqlarının, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin isə əməkhaqlarının artırılması haqqında  sərəncam imzalayıb.

Azərbaycan Prezidentinin köməkçisi vəzifələrindən biri ləğv edilib

17 Yanvar 2018 18:01

Prezidentin Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə köməkçisi vəzifəsi ləğv edilib. Məlumata görə, bu,Prezident Administrasiyasının bu gün yenilənən strukturunda əksini tapıb. Prezident Administrasiyasının 31 may 2017-ci ildə təsdiqlənmiş yeni strukturunda Prezidentin Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə köməkçisi-şöbə müdiri vəzifəsi yer alıb və bu vəzifəyə indiyə qədər təyinat olmayıb. 

Siyavuş Novruzov: "“Freedom House” kimi təşkilatın qərarının müzakirəsinə ehtiyac yoxdur"

17 Yanvar 2018 17:27

“Ümumiyyətlə, Human Rights Watch, Freedom House və bir neçə bu kimi təşkilatlar 25 ildən artıqdır ki, Azərbaycan haqqında düzgün olmayan, qərəzəli, ölkəmiz haqqında məlumatı olmayan, kimlərinsə yazdığını götürüb dərc edən, fikirlər yayımlayan qurumlardır. Həmin məlumatlar isə başdan ayağa qərəzdir. Freedom House bir qeyri-hökumət təşkilatıdır. Belə bir qurumun dediklərinin heç birinə əhəmiyyət vermək lazım deyil”. Bu fikirləri Freedom House təşkilatının Azərbaycanla bağlı hesabatına münasibət bildirərkən MM-in deputatı, YAP İcra katibinin müavini Siyavuş Novruzov deyib.