Siyasət

Azərbaycan XİN: BMT baş katibinin Dağlıq Qarabağ münaqişəsinin həllinə dair çağırışını təqdir edirik

17 Yanvar 2018 17:18

“BMT-nin baş katibi Antoni Quterreş tərəfindən BMT Baş Assambleyasının 16 yanvar tarixli qeyri-rəsmi iclasında Avropada mövcud olan münaqişələr sırasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk Qrupunun fəaliyyətinin canlandırılması üzrə çağırışını təqdir edir və dəstəkləyirik”.

BBQ Azərbaycan və Ermənistan XİN başçılarının görüşündə müzakirə olunacaq bəzi məsələləri açıqlayıb

17 Yanvar 2018 17:16

Yanvarın 18-də Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında keçiriləcək görüşdəATƏT müşahidəçilərinin sayının artırılması məsələsi müzakirə ediləcək. Məlumata görə, bu barədə Beynəlxalq Böhran Qrupunun (BBQ) Dağlıq Qarabağmünaqişəsi ilə bağlı yayımladığı son məqalədə deyilir.

Kral nazirləri saraya yığdı, İlham Əliyevin məktubunun detallarını açıqladı

17 Yanvar 2018 15:27

Səudiyyə Ərəbistanı kralı Salman bin Abdüləziz nazirlər kabinetinin iclasını keçirib və Azərbaycan prezidenti İlham Əliyevin ona göndərdiyi məktubun detallarını açıqlayıb. Virtualaz.org xəbər verir ki, bu barədə rəsmi dövlət xəbər agentliyi olan “Saudi Press Agency” agentliyi (SPA) məlumat yayıb.

Ermənistan rəsmilərinin növbəti uydurması

17 Yanvar 2018 15:14

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Polşada bir araya gəlməsi gözlənildiyi ərəfədə düşmən ölkənin rəsmiləri yenə də öz ənənələrinə sadiq qalaraq danışıqlar prosesinə mane olmağa çalışırlar. Hər halda Ermənistanın xarici siyasət idarəsinin rəhbəri Edvard Nalbandyanın bu günlərdə Dağlıq Qarabağ problemi ilə bağlı səsləndirdiyi sərsəmləmələr belə deməyə əsas verir.

İtaliyalı tədiqatçı: "İtaliya Dağlıq Qarabağ münaqişəsinin həllində Alto Adice modelini təklif edə bilər"

17 Yanvar 2018 14:51

"İtaliyanın ATƏT-ə sədrliyi dövründə üzləşəcəyi ilk məsələlərdən biri Ermənistanla Azərbaycan arasında uzun illər davam edən Dağlıq Qarabağmünaqişədir". Məlumata görə, bu barədə İtaliyanın “İl Giornale” qəzetində “Nodo di Gordio” beyin mərkəzinin baş tədqiqatçısı Andrea Marçilianonun müəllifi olduğu “İtaliya ATƏT-də. Qafqazın gələcəyi üçün ümidlər və perspektivlər” adlı məqaləsində qeyd olunur.

Ordu komandirlərinin toplantısı keçirilir

17 Yanvar 2018 14:27

Əlahiddə Ümumqoşun Orduda birləşmə, hərbi hissə komandirləri və onların müavinləri ilə cari ilin ilk komandir toplantısı keçirilir. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, toplantının əsas məqsədi idarəetmə orqanlarının açılması, komandirlərin qərar qəbuletmə bacarıqlarının təkmilləşdirilməsi və onlarda döyüş işinin təşkili zamanı yüksək təşkilatçılıq vərdişlərinin aşılanması, eləcə də silahlanmaya yeni daxil edilmiş silah və hərbi texnika ilə tanışlıqdır. 

Bakıda Azərbaycan-Pakistan işçi qrupunun növbəti görüşü keçirilib

17 Yanvar 2018 14:26

Yanvarın 17-də Bakıda Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Pakistan İslam Respublikası Birləşmiş Qərargahı arasında Azərbaycan-Pakistan işçi qrupunun 8-ci görüşü başlayıb. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, işçi qrupuna Azərbaycan tərəfindən Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov, Pakistan tərəfindən isə Birləşmiş Qərargahın Xarici əlaqələr İdarəsinin rəisi general-mayor Muhammad Şafiq rəhbərlik edirlər.

Azərbaycanın tarix yazan uğurları

17 Yanvar 2018 14:24

İnsan yaşadığı ölkənin adını hər yerdə uca tutmalı, onun tarixini bilməli, ölkədə görülən işlər haqqında məlumatlı olmalıdır. Hər kəs necəki ailəsini nöqsanları, səhvləri ilə birlikdə sevir, qəbul edirsə, dövlətini də elə sevməlidir. Çünki biz bu ölkənin vətəndaşlarıyıq. Heç bir şey bir deyib düzəlmir.

Milli dövlətçilik tariximizə verilən yüksək dəyər

17 Yanvar 2018 14:23

Azərbaycan prezidenti İlham Əliyevin 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etməsi və cümhuriyyətin 100 illik yubleyinin təntənəli formada keçirilməsi ölkə ictimaiyyəti tərəfidən müsbət qarşılanıb. Birmənalı şəkildə qeyd etmək olar ki, dövlət başçısının sözügedən qərarının dərin mənası, böyük tarixi əhəmiyyəti var və bu, ictimaiyyətin ürəyindəndir.

2018-ci il Azərbaycan üçün əhəmiyyətli il olacaq

17 Yanvar 2018 14:20

Azərbaycan ötən ili siyasi, iqtisadi və diplomaik sahədə bir sıra uğurlara imza atmaqla baş vurdu. Xüsusən, iqtisadi sahədə əldə edilən uğurlar Azərbaycanın müstəqilliyini daha da möhkəmlətməklə yanaşı, növbəti illər üçün baza rolunu oynamış oldu. Başqa sözlə, əksər inkişaf etmiş ölkələrdə iqtisadi geriləmə müşahidə olunduğu halda, Azərbaycanda dinamik inkişaf müşahidə olundu. İqtisadi islahatlar ili kimi yadda qalan 2017-ci il gələcək illərdə əldə ediləcək uğurlar üçün zəmin yaratmış oldu.

"Ermənistan danışıqlar masasına oturmağa məcburdur"

17 Yanvar 2018 14:12

“Ümumiyyətlə, Ermənistanda gərginliyin yaşanmasının, orada keçirilən aksiyaların sabah keçiriləcək Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünə heç bir aidiyyatı yoxdur”. Bunu  millət vəkili Rövşən Rzayev deyib.

Mütəllibovun Kremli ciddi cəhdlə müdafiə etmək cəhdi

17 Yanvar 2018 14:04

Artıq 20 Yanvar hadisələri ərəfəsində o dövrün fəal ictimai-siyasi xadimlərindən birinin müsahibə verib cəmiyyətdə fərqli fikirlər, ziddiyyərlər yaratması adi hala çevrilib. Düz, 28 ildir ki, eyni prosesi müşahidə edirik.

Azərbaycan xalqı öz prezidenti ətrafında sıx birləşib

17 Yanvar 2018 14:02

Siyasi ekspertlərin qənaətinə görə, prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədinin mütləq üstünlük qazanacağı şübhəsizdir. Vəkil Rövşən Qasımov qeyd edib ki, Yeni Azərbaycan Partiyası cəmiyyətimizdə böyük nüfuza sahib olan partiyadır: “Ulu öndərimiz Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası, xalqımızın və ölkəmizin həyatını kökündən dəyişdirib, eyni zamanda, siyasi mübarizələrlə dolu şərəfli bir yol keçib. İqtidar partiyası olaraq, Yeni Azərbaycan Partiyası Heydər Əliyev siyasətinin avanqard qüvvəsi kimi, xalqımızın qarşısında dayanan vəzifələrin həll edilməsinə layiqli töhfəsini verib və bundan sonra da verəcək.

XİN rəhbərlərinin Polşa görüşü nə vəd edir?

17 Yanvar 2018 13:29

Nəhayət keçən ildən müzakirə edilən və məkanı dəqiqləşdirilən Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü reallaşmaq ərəfəsindədir. Bu dəfə iki ölkənin xarici siyasət idarəsi rəhbərləri nə ATƏT-in həmsədr ölkələrindən birində, nə də ATƏT-ə sədrlik edən dövlətdə bir araya gəlmir. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla Ermənistanın xarici siyasət idarəsinin rəhbəri Edvard Nalbəndiyan Polşada görüşür.

Freedom House təşkilatı yenə “ənənəsinə” sadiqdir

17 Yanvar 2018 13:25

Azərbaycana qarşı formalaşmış şər kampaniyası yenidən iş başındadır. Yenə meydandakı ənənəvi antiAzərbaycan şəbəkəsində yer almış beynəlxalq qeyri-hökumət təşkilatlarından biri və ya bir neçəsidir. Təbii ki, ən başda gələni isə Freedom House adlı beynəlxalq qeyri-hökumət təşkilatıdır.