Siyasət

Ölkə rəhbərliyi tərəfindən daima Cümhuriyyət liderlərinə böyük diqqət və ehtiram göstərilir

17 Yanvar 2018 13:14

“Ölkə rəhbərliyi tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycanın dövlətçilik tarixindəki rolu daim xatırlanır, Cümhuriyyət liderlərinə böyük diqqət və ehtiram göstərilir”. “OLAYLAR” xəbər verir ki, bu fikirləri ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov səsləndirib.

Elmar Məmmədyarov YUNESKO-nun Baş Direktoru xanım Odre Azule ilə görüşüb

17 Yanvar 2018 12:50

Xarici İşlər Naziri Elmar Məmmədyarov YUNESKO-nun Baş Direktoru xanım Odre Azule ilə təşkilatın mənzil-qərargahında görüş keçirib. XİN-dən “Olaylar”a verilən məlumata görə, görüş zamanı nazir Elmar Məmmədyarov Odre Azuleni YUNESKO-nun Baş Direktoru vəzifəsinə seçilməsi münasibətilə təbrik etdi və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.Tərəflər YUNESKO-nun beynəlxalq münasibətlərdə və müasir təhdidlərin qarşısının alınmasında oynadığı mühüm rolunu vurğulayıblar.

Azərbaycan və Fransa XİN rəhbərlərinin görüşü baş tutub

17 Yanvar 2018 12:50

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Fransaya səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Jan-İv Lö Drian ilə görüşüb.

“Görüşlərin məqsədi irəliləyişə nail olmaqdan çox, vəziyyətin gərginləşməməsidir”

17 Yanvar 2018 12:36

“Azərbaycan və Ermənistan XİN rəhbərlərinin sabah Polşada keçiriləcək görüşü münaqişə tərəfləri arasında mütəmadi keçirilən görüşlərdən biridir. Bu kimi görüşlərin məqsədi Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişə nail olmaqdan daha çox, vəziyyətin gərginləşməməsidir”.

Erməni iş adamlarının adı siyahıda - Sanksiya

17 Yanvar 2018 12:27

Ermənistanda bahalaşmanın əsas səbəbi bu ölkənin işğalçılıq siyasətini davam etdirməsidir. Məhz bu siyasət nəticəsində Ermənistan regionda həyata keçirilən bütün layihələrdən kənarda qalıb.

Qarabağda müharibə vəziyyəti dəyişə bilər - Politoloq

17 Yanvar 2018 12:26

Əgər növbəti danışıqlar prosesində müsbət irəliləyiş olarsa, bu, münaqişənin həllində mühüm addım olacaq. Bu sözləri politoloq Arzu Nağıyev deyib. Ekspertin sözlərinə görə, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin gözlənilən görüşü həmsədrlərin maraqlarına xidmət edir: “Hesab edirəm ki, bu görüş eyni zamanda, Rusiyanı da birbaşa qane edir.

BMT baş katibi: "Dağlıq Qarabağ münaqişəsi üçün vasitəçilik təşəbbüsləri canlandırılmalıdır"

17 Yanvar 2018 12:19

“Ukrayna, Dağlıq Qarabağ, Gürcüstan və Dnestryanı münaqişələr üçün vasitəçilik təşəbbüslərini canlandırmaq lazımdır”. Bu sözləri BMT-nin baş katibi Antonio Qutyerres keçirdiyi brifinqdə deyib. BMT-nin 2018-ci il üçün fəaliyyətinin prioritetlərini açıqlayan baş katib bildirib ki, əsas prioritet Koreya yarımadasının sülh yolu ilə nüvə silahlarından təmizlənməsi istiqamətində diplomatik səyləri genişləndirməkdir.

Ölkəmizin ixrac potensialı artıb

17 Yanvar 2018 11:47

"2017-ci il Azərbaycan üçün uğurlu oldu. Ötən il ərzində ölkəmiz sosial-iqtisadi sahədə böyük nəticələr əldə edib. Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında əldə olunan nəticələr geniş təhlil olundu və perspektivdə görüləcək işlər müəyyənləşdirildi”.

Prezident İlham Əliyev Bakı Paylayıcı Şəbəkəsinin inzibati binasının və yarımstansiyalarının açılışında iştirak edib

17 Yanvar 2018 11:42

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 17-də "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin paytaxtın Xətai rayonunda yerləşən Bakı Paylayıcı Şəbəkəsinin inzibati binasının, 220 saylı yarımstansiyasının, 110 kV-luq "Yasamal 1" yarımstansiyasının, 110 kV-luq "Qobu" yarımstansiyasının və 120 saylı yarımstansiyanın açılışında iştirak edib.

Düşmən atəşkəsi intensiv şəkildə pozur

17 Yanvar 2018 11:22

“OLAYLAR” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 133 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kəndində və İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

"Ermənistanda seçki öncəsi siyasi böhran daha da dərinləşəcək"

16 Yanvar 2018 18:29

Ermənistan iqtisadiyyatı tam şəkildə xarici dövlətlərin inhisarındadır və ölkəyə qoyulan sərmayələr yalnız xaricdə yaşayan erməni lobbisi tərəfindən idarə olunduğu üçün ölkədə böyük siyasi gərginlik hökm sürür. Bunu azərtac-a müsahibəsində politoloq Arzu Nağıyev bildirib. Politoloqun sözlərinə görə, Serj Sarkisyan və komandası siyasi böhranla üzləşib. Mart ayında Ermənistanda keçiriləcək prezident seçkiləri ilə əlaqədar Sarkisyan rejimi ictimai rəyi formalaşdırmaq üçün əlindən gələni edir. Lakin iqtisadi, siyasi və hərbi böhran demək olar ki, onun əleyhinə işləyir.