Siyasət
Mənsimovun batan gəmisi və yaxınlaşan final
"Ermənistanda seçki öncəsi siyasi böhran daha da dərinləşəcək"
Ermənistan iqtisadiyyatı tam şəkildə xarici dövlətlərin inhisarındadır və ölkəyə qoyulan sərmayələr yalnız xaricdə yaşayan erməni lobbisi tərəfindən idarə olunduğu üçün ölkədə böyük siyasi gərginlik hökm sürür. Bunu azərtac-a müsahibəsində politoloq Arzu Nağıyev bildirib. Politoloqun sözlərinə görə, Serj Sarkisyan və komandası siyasi böhranla üzləşib. Mart ayında Ermənistanda keçiriləcək prezident seçkiləri ilə əlaqədar Sarkisyan rejimi ictimai rəyi formalaşdırmaq üçün əlindən gələni edir. Lakin iqtisadi, siyasi və hərbi böhran demək olar ki, onun əleyhinə işləyir.
Ermənistan Lavrovun bəyanatından vahiməyə düşüb- TƏHLİL
Məmmədyarov fransız tələbələri Azərbaycana təhsilə çağırdı
Xarici işlər naziri Elmar Məmmədyarov Fransa Respublikasına işgüzar səfəri çərçivəsində Fransanın ali təhsil, tədqiqat və innovasiyalar naziri Frederik Vidal ilə görüşüb. Xarici İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, görüş zamanı nazirlər iki dövlət arasında təhsil sahəsi də daxil olmaqla, əməkdaşlığın bütün sahələrində inkişafından məmnunluq ifadə etdilər.
İlham Əliyev: “Türkiyə ilə Azərbaycan bu il də böyük layihələr həyata keçirəcək” - YENİLƏNİB
Azərbaycan prezidenti İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin xarici əlaqələr komitəsinin rəhbəri Volkan Bozkırın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Məlumata görə, V. Bozkır bildirib ki, Bakıya budəfəki səfərinin məqsədi Azərbaycan Respublikası Milli Məclisinin beynəlxalq əlaqələr və parlamentlərarası münasibətlər komitəsi ilə birgə keçirilən iclasda iştirak etməkdir.
"İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında" kitabının təqdimatı oldu
Bu gün Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevmultikulturalizmin Azərbaycan modeli haqqında" kitabının təqdimatı keçirilib.
London butikləri, bahalı plastik əməliyyat, gecə barlarında əyləncələr...
Vətəndaşların bunu yalnız iqtidar sahiblərindən deyil, hakimiyyətə iddia edən siyasi qüvvədən də soruşmağa haqqı var. Ələlxüsus ona görə ki, həmin bu siyasi qüvvə ədalət, bərabərlik və qardaşlıq kimi dəyərli şüarlardan ikiüzlü şəkildə istifadə edir.
"Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır"
"Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır". Bunu Türkiyə Böyük Millət Məclisinin spikeri İsmayıl Kahraman deyib. İ.Kahraman deyib ki, Türkiyə münaqişənin həllində Azərbaycanı dəstəkləyir.
“Məhəmmədəmin Rəsulzadə və Azərbaycan Cümhuriyyəti " adlı tədbir keçiriləcək
Türk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk Liseyində “Məhəmmədəmin Rəsulzadə və Azərbaycan Cümhuriyyəti " adlı tədbir təşkil olunacaq. Bu barədə məlumatı “OLAYLAR”-a liseyin tarix müəllimi Elmar Həsənli verib.
“Böyük dövlətlər imkan vermir ki, Ermənistanı yerində oturdaq”
Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birgə yanvarın 18-də Polşada Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair növbəti görüş keçirəcək. Bu görüş sülh prosesinə necə təsir göstərə bilər?
“Münaqişənin həlli ilə bağlı prinsiplər artıq bəllidir”
“Azərbaycan Xarici İşlər Nazirliyi Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsinin mərhələli həllinə dair açıqlamasını alqışlayır”. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
20 Yanvar-xalqımızın şərəf və qəhrəmanlıq salnaməsi
Hər bir xalqın tarixində həm faciəli məqamlar, həm də qəhrəmanlıq səhifələri olur. Cox nadir hallarda bu iki məqam ust-ustə duşur. Azərbaycan xalqı 1990-cı ilin Qanlı Yanvarını həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yaşadı. O mudhiş gecə Azərbaycan xalqı sınağa cəkildi. Həm xalqın oz icində yetişdirdiyi qəhrəmanlar uzə cıxdı, həm də ona başcılıq edənlərin kimliyi bəlli oldu. 20 Yanvar Azərbaycan tarixində qanla yazılmış bir səhifədir, ancaq o, təkcə faciə deyil.
“Lavrov görüş öncəsi yumşaq mühit yaratmaq istəyib”- ŞƏRH
“Ötən gün Rusiyanın XİN başçısı Sergey Lavrovun keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsinin mərhələli şəkildə həll edilməsi ilə bağlı fikri bizi tam şəkildə qane edir. Çünki biz bu mövqeyi uzun illərdir ki, irəli sürürük və onun tərəfdarıyıq”. Bunu politoloq Fikrət Sadıqov deyib.
Çağırışçıların müddətli həqiqi hərbi xidmətə təntənəli yolasalma mərasimləri keçirilir
Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanının “Azərbaycan Respublikası vətəndaşlarının 2018-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Sərəncamının icrası ilə bağlı rayonlarda çağırışçıların müddətli həqiqi hərbi xidmətə təntənəli yolasalma mərasimləri keçirilir. “OLAYLAR”-ın xəbərinə görə, Qaradağ, Abşeron, Bərdə, Ağstafa, Ucar, İmişli, Quba və Kürdəmir rayonlarında təntənəli yolasalma tədbirləri keçirilib.
Dağlıq Qarbağda erməni əsgəri naməlum şəraitdə güllələnib
İşğal altında olan Azərbaycan ərazilərində erməni əsgər güllələnib. Məlumata görə, hadisə yanvarın 16-na keçən gecə Dağlıq Qarabağdakı hərbi hissələrdən birinin müdafiə məntəqəsində qeydə alınıb. 1998-ci il təvəllüdlü Arutyun Xaçatryan naməlum şəraitdə aldığı güllə yarasından ölüb. Araşdırma aparılır.














