Siyasət
Çağırışçıların müddətli həqiqi hərbi xidmətə təntənəli yolasalma mərasimləri keçirilir
Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanının “Azərbaycan Respublikası vətəndaşlarının 2018-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Sərəncamının icrası ilə bağlı rayonlarda çağırışçıların müddətli həqiqi hərbi xidmətə təntənəli yolasalma mərasimləri keçirilir. “OLAYLAR”-ın xəbərinə görə, Qaradağ, Abşeron, Bərdə, Ağstafa, Ucar, İmişli, Quba və Kürdəmir rayonlarında təntənəli yolasalma tədbirləri keçirilib.
Dağlıq Qarbağda erməni əsgəri naməlum şəraitdə güllələnib
İşğal altında olan Azərbaycan ərazilərində erməni əsgər güllələnib. Məlumata görə, hadisə yanvarın 16-na keçən gecə Dağlıq Qarabağdakı hərbi hissələrdən birinin müdafiə məntəqəsində qeydə alınıb. 1998-ci il təvəllüdlü Arutyun Xaçatryan naməlum şəraitdə aldığı güllə yarasından ölüb. Araşdırma aparılır.
XİN: “20 yanvar faciəsi hələ beynəlxalq hüquqi qiymətini almayıb”
“20 yanvar faciəsi hələ də layiqincə beynəlxalq hüquqi qiymətini almayıb”.“Olaylar” xəbər verir ki, bu sözləri Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev XİN-in əməkdaşlarının iştirakı ilə 20 yanvar faciəsinin ildönümü ilə bağlı keçirilən anım tədbirində deyib.
Elmar Məmmədyarov həmsədrlərlə görüşəcək
18 yanvar 2018-ci il tarixində xarici işlər naziri Elmar Məmmədyarov Polşanın Krakov şəhərində ATƏT-in Minsk Qrupunun həmsədrləri Əndryü Şxofer (ABŞ), Stefan Viskonti (Fransa Respublikası), İqor Popov (Rusiya Federasiyası) və Ermənistan Respublikasının xarici işlər naziri Edvard Nalbəndyanla görüşəcək.
Azərbaycan məni və ailəmi terrordan qorudu - Brayza
ABŞ-ın Bakıdakı sabiq səfiri, Minsk qrupunun keçmiş amerikalı həmsədri Metyu Brayza Dövlət Departamentinin Azərbaycanı terror riski olan ikinci katerqoriyalı ölkələr sırasına daxil etməsinə münasibət bildirib.
İnfarkt keçirən İsa Qəmbərdən XƏBƏR VAR - Həkimi danışdı
İsa Qəmbərin müalicəsi davam edir, vəziyyəti stabilləşməkdədir. Bunu açıqlamasında Mərkəzi Klinik Xəstəxananın kardioloqu, İsa Qəmbərin həkimi Firdovsi İbrahimov deyib. O bildirib ki, İ. Qəmbər özünü yaxşı hiss edir: "Belə davam etsə, onu palataya köçürməyi planlaşdırırıq. Hazırda kardioreanimasiyadadır". İ. Qəmbərin yaxın günlərdə evə buraxıla biləcəyini vurğulayan kardioloqun sözlərinə görə, onun müalicə üçün xarici ölkəyə göndərilməsinə ehtiyac yoxdur: "Gördüyümüz iş, əldə etdiyimiz nəticələr xarici tibb müəssisələrinin çoxunun görə biləcəyi işdən qat-qat yaxşıdır. Bu dəqiqə İsa Qəmbərin müalicə üçün xaricə göndərilməsinə qəti olaraq gərək yoxdur".
Ehtiyatda olan zabitlərin hərbi biletlərinin forması dəyişdirilib
Azərbaycanda “Ehtiyatda olan zabitin hərbi biletinin forması” dəyişdirilib. Məlumata görə, bununla bağlı “Hərbi biletlərin formasının təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2015-ci il 4 dekabr tarixli 375 nömrəli qərarında dəyişikliklər edilib.
Ermənilər 124 dəfə atəşkəsi pozub
“OLAYLAR” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 124 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan, Voskevan kəndlərində və İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım, Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi, Qaralar kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Deputatlarımız bolqarıstanlı həmkarları ilə görüşəcəklər
Milli Məclisin deputatları Rauf Əliyev, Ağacan Abıyev və Sabir Hacıyev Bolqarıstanın paytaxtı Sofiya şəhərinə yola düşüblər.
Türkmənistan TƏPH-in tikintisinə Azərbaycanı cəlb edə bilər
Aşqabad Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan (TƏPH) qaz kəmərinin Əfqanıstan hissəsini tikməyə hazırlaşır. TƏPH kəmərinin tikintisinin yubadılması Türkmənistanın siyasi davranışının nəticəsidir. Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Binəqədi İcra Hakimiyyətinə xüsusi istintaq qrupu göndərildi
Fazil Məmmədov yeznəsinə milyonları necə qazandırıb…
Azərbaycan və Türkiyəyə ortaq təhlükə - ASALA...
Ziya Məmmədovu həbsə göndərmək istəyirlər – keçmiş ortağından şok açıqlamalar
Elmar Məmmədyarov Fransaya gedir
Xarici işlər naziri Elmar Məmmədyarov 17-18 yanvar tarixlərində Fransada işgüzar səfərdə olacaq.














