Siyasət
Ziya Məmmədovu həbsə göndərmək istəyirlər – keçmiş ortağından şok açıqlamalar
Elmar Məmmədyarov Fransaya gedir
Xarici işlər naziri Elmar Məmmədyarov 17-18 yanvar tarixlərində Fransada işgüzar səfərdə olacaq.
Azərbaycan prezidentinin Bolqarıstan baş naziri ilə geniş tərkibdə görüşü olub
Azərbaycan prezidenti İlham Əliyevin və Bolqarıstan baş naziri Boyko Borisovun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub. Bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
Azərbaycan prezidentinin Bolqarıstan baş naziri ilə təkbətək görüşü olub
Azərbaycan prezidenti İlham Əliyevin ölkəmizdə işgüzar səfərdə olan Bolqarıstan baş naziri Boyko Borisov ilə təkbətək görüşü olub. Məlumata görə, Azərbaycan prezidenti İlham ƏliyevBolqarıstan baş naziri Boyko Borisovu qarşılayıb.
“2017-ci il ərzində bir çox istiqamətlərdə uğurlu addımlar atılıb”- MÖVQE
“Ümumiyyətlə, Azərbaycan Prezidenti İlham Əliyev ölkədə baş verən bütün prosesləri kifayət qədər ətraflı şəkildə dilə gətirib və ifadə edib. Azərbaycanda 2017-ci il ərzində bir çox istiqamətlərdə uğurlu addımlar atılıb. Xüsusilə “Əsrin Müqaviləsi”nin müddətinin uzadılmasını və Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsini vurğulamaq lazımdır”. Bunu siyasi şərhçi Elçin Mirzəbəyli deyib.
“Minsk qrupunu ləğv etsinlər, biz özümüz məsələni həll edərik”
“Bu gün söhbət münaqişədən deyil, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsindən getməlidir”. Bu fikri politoloq Fikrət Sadıqov Rusiya XİN rəhbərinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı verdiyi açıqlamaları şərh edərkən deyib.
Səfir Fəxrəddin Qurbanov etimadnaməsini Xorvatiya prezidentinə təqdim edib
12 yanvar 2018-ci il tarixində səfir F.Qurbanov etimadnaməsini Xorvatiya Respublikasının Prezidenti x-m Kolinda Qrabar-Kitaroviçə təqdim edib. XİN-dən “Olaylar”a verilən məlumata görə, rəsmi təqdimetmə mərasimindən sonra keçirilmiş görüş zamanı F.Qurbanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salamlarını və xoş arzularını Prezident K.Grabar-Kitaroviçə çatdıraraq, ona tapşırılmış məsuliyyətli vəzifədə iki ölkə arasında strateji səviyyədə olan əlaqələrin yüksələn xətlə inkişafı üçün çalışacağını bildirib.
Deputatlarımız İƏTPİ-in sessiyasına qatılıblar
Milli Məclisin deputatları Gövhər Baxşəliyeva və Mirkazım Kazımov İslam Əməkdaşlığı Təşkilatının Parlament İttifaqı (İƏTPİ) Konfransının 13-cü sessiyasında iştirak etmək üçün İran İslam Respublikasının paytaxtı Tehrana səfər ediblər. MM-dən “Olaylar”a verilən məlumata görə, sessiyada proqram və gündəliyin qəbulundan sonra qurumun Baş katibinin məruzəsi dinləniləcək, nümayəndə heyətləri rəhbərlərinin, müşahidəçilərin çıxışları olacaq, Ümumi Komitənin 20-ci toplantısının hesabatı təqdim olunacaq.
Bakıdan Qarabağla bağlı YENİ GEDİŞ - Sarkisyan və Nalbandyan yanvarda olacaqları AÇIQLADI
Yanvar ayının ikinci yarısında Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü planlaşdırılır. Ötən ilin sonlarında ATƏT-in Minsk qrupunun həmsədrləri nazirlərin görüşünün planlaşdırıldığını açıqlamışdı. Lakin görüşün konkret vaxtı və yeri hələlik məlum deyil. Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan bildirib ki, onlar konstruktiv mövqeyə köklənib: “Biz mövqelərin yaxınlaşdırılmasına və prosesi yerindən tərpətməyə hazırıq”. Nazirlərin görüşdə nələri müzakirə edəcəyi, münaqişənin həlli ilə bağlı hansı irəliləyişlərin ola biləcəyi haqda heç bir məlumat yoxdur. Amma Ermənistan mediası İrəvanın güzəştlərə gedə biləcəyini yazır. Xüsusilə Nalbandyanın açıqlaması bu ehtimalı artırır.
Lavrov prezident seçkisindən sonra vəzifədə qalıb-qalmayacağı ilə bağlı suala cavab verib
Rusiya xarici işlər naziri Sergey Lavrov bu ilin mart ayında keçiriləcək prezident seçkisindən sonra nə işlə məşğul olacağı ilə bağlı suala cavab verib. Məlumata görə, 2017-ci ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında S. LavrovXarici İşlər Nazirliyinin effektiv işini təmin edəcəyini söyləyib: "Bizim Konstitusiyamız var, hansı ki, hökumətin formalaşdırılması qaydasını dəqiq müəyyən edir.
Azərbaycan özünü idman ölkəsi kimi tanıda bilib
Azərbaycanın əldə etdiyi iqtisadi naliyyətlər ölkəmizdə müxtəlif səviyyəli beynəlxalq tədbirlərin keçirilməsi üçün əlverişli şərait yaradıb. Artıq Azərbaycan dünyanın qlobal siyasi, iqtissdi, humanitar və təhlükzilik məsələlərinin həll olunduğu məkana çevrilib. Belə tədbirlər sırasında beynəlxalq idman yarışlarının keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Hazırda demək olar ki, Azərbaycan dünyada özünü idman ölkəsi kimi tanıda bilib. Azərbaycanda IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi dediklərimizin bariz nümunəsi kimi qəbul edilə bilər.
Bakıdan 2018-ci ildə beynəlxalq aləmə Qarabağ mesajı
Başa vurduğumuz 2017-ci il bütün parametrlər üzrə Azərbaycan üçün uğurlu, nailiyyətli oldu desək, yanılmarıq. Həm siyasi, həm iqtisadi, həm də mədəni və sosial-humanitar sahələrdə ölkəmiz qarşısına qoyduğu hədəflərə nail olaraq dinamik şəkildə inkişaf etdi. Düzdür, keçən il də Dağlıq Qarabağ probleminin həlli istiqamətində ciddi bir nəticə əldə olunmasa da, lakin diplomatik sahədə əldə etdiyimiz nailiyyətlər və Ermənistanın bu sahədə il ərzində bir neçə dəfə uğursuzluğa düçar olması öz-özlüyündə Dağlıq Qarabağ probleminə olan beynəlxalq münasibətdə də Azərbaycan üçün dividentlər gətirdi.
Dövlət Departamentinin qərəzli yanaşması
Artıq Qərbdən, okeanın o tayından istər Azərbaycan, istərsə də qardaş Türkiyəyə qarşı qərəzli, qeyri-obyektiv yanaşmanın sərgilənməsi, ortaya qoyulması ənənə halını alıb. Əgər əvvəllər Azərbaycan və Türkiyənin hədəf seçilməsi növbəli xarakter daşıyırdısa, son vaxtlar müşahidə etdiyimiz mənzərə ondan ibarətdir ki, artıq hər iki dövlət birdən qərəzə, qeyri-obyektiv yanaşmaya tuş gəlir.
Fuad Ələsgərov: “Hüquqi-demokratik islahatlar uğurla həyata keçirilir”
Azərbaycan prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda hüquqi-demokratik islahatlar, böyük infrastruktur layihələri və sosial yönümlü proqramlar uğurla həyata keçirilir. Bunu Azərbaycan Respublikası Prezidentinin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov Daxili İşlər Nazirliyində 2017-ci ildə cinayətkarlıqla mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclasında çıxışı zamanı deyib.
"ATƏT dünya ictimaiyyətini aldatmaqdan yan keçməlidir”- RƏYLƏR
Təəssüf ki, zaman-zaman bir sıra xarici dairələr tərəfindən Azərbaycanda söz və məlumat azadlığının vəziyyəti ilə bağlı qərəzli iddalar irəli sürülür. Onlardan biri ATƏT-in media ofisinin rəhbəri Harlem Dezirin Azərbaycanda söz və məlumat azadlığının, kütləvi informasiya vasitələrinin vəziyyəti ilə bağlı fikirləridir. Avropa ölkələrində jurnalistlərə qarşı dözülməz hallar baş verdiyi halda, görəsən nəyə görə, belə hallar sözügedən dairələr tərəfindən diqqətə alınmır. Azərbaycana qarşı irəli sürülən qeyri-subyektiv fikirlərin arxasında nə dayanır?














