Siyasət

"ATƏT dünya ictimaiyyətini aldatmaqdan yan keçməlidir”- RƏYLƏR

15 Yanvar 2018 13:25

Təəssüf ki, zaman-zaman bir sıra xarici dairələr tərəfindən Azərbaycanda söz və məlumat azadlığının vəziyyəti ilə bağlı qərəzli iddalar irəli sürülür. Onlardan biri ATƏT-in media ofisinin rəhbəri Harlem Dezirin Azərbaycanda söz və məlumat azadlığının, kütləvi informasiya vasitələrinin vəziyyəti ilə bağlı fikirləridir. Avropa ölkələrində jurnalistlərə qarşı dözülməz hallar baş verdiyi halda, görəsən nəyə görə, belə hallar sözügedən dairələr tərəfindən diqqətə alınmır. Azərbaycana qarşı irəli sürülən qeyri-subyektiv fikirlərin arxasında nə dayanır?

Prezidentin köməkçisi: “Liberal-demokratik cəmiyyətdə nə istəsən edə bilərsən?”

15 Yanvar 2018 13:17

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin rəhbəri Novruz Məmmədov Qərb demorkatiyasını tənqid edib. N.Məmmədov fikirlərini rəsmi Feysbuk səhifəsində yazıb. “Nəhayət ki, Qərbdə son vaxtlar çox geniş yayılmış, siyasi, əxlaq və kriminal məsələyə çevrilmiş bu prosesə məşhur aktrisa Katrin Denev və bir sıra tanınmış şəxslər münasibət bildirdilər.

Nəcməddin Sadıkov NATO toplantısında iştirak edəcək

15 Yanvar 2018 12:53

Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov NATO-nun Hərbi Komitəsinin “Qətiyyətli Dəstək” və “Stabilliyin layihələşdirilməsi” formatlarında təşkil ediləcək görüşlərdə iştirak etmək üçün Brüssel şəhərinə (Belçika Krallığı) yola düşüb. “OLAYLAR” xəbər verir ki, məlumatı Müdafiə Nazirliyi yayıb. Bildirilib ki,  tədbir yanvarın 16-da NATO-nun Mənzil-Qərargahında Baş Qərargah Rəisləri səviyyəsində keçiriləcək.

Cəbhə xəttində monitorinq keçiriləcək

15 Yanvar 2018 12:52

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, yanvarın 16-da Ağdam rayonu Sarıcalı kəndinin yaxınlığında yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Saymon Tiller keçirəcəklər.

Sergey Lavrov: "Dağlıq Qarabağ məsələsinin həllinə mərhələli yanaşma lazımdır"

15 Yanvar 2018 12:41

"Biz gözləyirik ki, bu il də Azərbaycan və Ermənistan tərəfindən Dağlıq Qarabağmünaqişəsinin nizamlanmasına dair hansısa müsbət impulslar olacaq. Şadıq ki, ötən il prezidentlərin və nazirlərin görüşü olub. Həmsədr ölkələrin nümayəndələri bu görüşdə iştirak ediblər".  Məlumata görə, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov 2017-ci ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Lavrov: "Azərbaycanla strateji tərəfdaşlıqdan çox məmnunuq"

15 Yanvar 2018 12:39

"Rusiya-Azərbyacan münasibətləri prezidentlərin və xarici işlər nazirlərinin ən intensiv dialoquna əsaslanır". Məlumata görə, bu sözləri keçirdiyi illik mətbuat konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib. 

Nalbandyan öz müşavirindən ABŞ-ı yer üzündən silmək təlimatları alırmış

15 Yanvar 2018 12:30

ABŞ  kriminal-avtoritet Robsonu (Ruben Tatulyan) sanksiya siyahısına daxil etdikdən sonra onun Ermənistan Xarici İşlər Nazirliyinin rəsmi əməkdaşı olduğu, Ermənistana məxsus diplomatik maşında gəzdiyi məlum olub. Eləcə də Ermənistan XİN-in mətbuat xidmətinin rəhbəri Robsonun nazir E.Nalbandyanın müşaviri olduğunu təsdiqlədi.

Azərbaycan prezidenti iranlı həmkarına başsağlığı verib

15 Yanvar 2018 12:12

Azərbaycan prezidenti İlham Əliyev İran İslam Respublikasının prezidentiHəsən Ruhaniyə başsağlığı verib. Məlumata görə, dövlət başçısının məktubunda deyilir: “Hörmətli cənab Prezident, ölkənizə məxsus tankerin qəzaya uğraması nəticəsində ekipaj üzvlərinin həlak olması barədə xəbər məni olduqca kədərləndirdi.

Həsən Ruhaninin Azərbaycana səfərinin tarixi açıqlandı

15 Yanvar 2018 12:06

İran Prezidenti Həsən Ruhaninin Azərbaycana səfərinin tarixi açıqlanıb. Diplomatik mənbə bildirib ki, İslam Respublikasının Prezidenti martın sonuncu həftəsində Azərbaycana gələcək.  

Nalbandyan həm diplomat, həm sərkərdə və həm də kriminal avtoritetin şəyirdidir

15 Yanvar 2018 11:55

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan keçən son günlərində hərbi hissələrdən birinə baş çəkib. O, Ermənistan ordusunu regionun  ən döyüş qabiliyyətli ordusu adlandırıb.

Xəstəxana: İsa Qəmbərin ürəyinə stentlər qoyulub

15 Yanvar 2018 11:51

“İsa Qəmbər ürəyində olan problemlə bağlı çox ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Tərəfimizdən dərhal müdaxilə edildi və onun ürəyinə stentlər qoyuldu”. Bunu Mərkəzi Klinik Xəstəxananın kardioloqu Firdovsi İbrahimov deyib.

“İkili standartlara, ayrı- seçkiliyə yol vermək olmaz”- ŞƏRH

15 Yanvar 2018 11:13

“Hegemon dövlətlərin yürütdükləri ikili sdandartlar ona gətirib çıxarıb kı, bugün dünyada separatizm meylləri güclənib. Kataloniyada baş tutan referendum çox təhlükəli tendensiyanın baş qaldırdığını göstərmiş oldu. Belə çıxır ki, bu gün istənilən çoxluq kompakt halda yaşadığı ərazidə referendum keçirərək özünü müstəqil dövlət adlandıra bilər. Bu, hansı beynəlxalq hüquqdur? Hər bir dövlətin konstitusiyası var. Konstitusiya vətəndaşlar ilə dövlət arasında bağlanan bir müqavilədir. Kimin ixtiyarı var ki, dövlətin konstitusiyasını pozsun? Mərkəzin razılığı olmadan regionlar referendum keçirə bilməzlər. Biz illərdi ki, dünyaya bunu bəyan edirdik. Lakin, bizi eşidən yox idi. Nəticədə bu gün Avropanın əksər ölkələri separatizm meylləri ilə üz-üzədir”. Bunu politoloq Zaur Məmmədov deyib.

Ermənilər 122 dəfə atəşkəsi pozub

15 Yanvar 2018 11:08

“OLAYLAR” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 122 dəfə pozub. Ermənistan Respublikası İcevan rayonunun Paravakar, Berkaber kəndlərində və Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Kəmərli, Qaymaqlı, Məzəm kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində yerləşən mövqelərimiz atəşə tutulub.