Siyasət
20 Yanvarla bağlı internet aksiyası keçiriləcək
Gənclər təşkilatı 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar internet aksiya keçirəcək. “Olaylar” xəbər verir ki, yanvarın 19-20-də keçiriləcək aksiyanın məqsədi Azərbaycan gəncliyi adından dünya ictimaiyyətinə, xüsusilə də beynəlxalq təşkilatlara 20 Yanvar faciəsi ilə bağlı həqiqətləri çatdırmaq və bu faciəyə hüquqi qiymətin verilməsini tələb etməkdir.
İlham Əliyev itkin düşən alpinistlərlə bağlı məsələni nəzarətə götürdü
Azərbaycanın Baş Nazirinin müavini Abid Şərifov dekabrın 23-də Tufandağ ətrafına səfər edən zaman itkin düşən 3 nəfər azərbaycanlı alpinistin axtarış işləri ilə bağlı vəziyyəti qiymətləndirib.
Tarixi keçmişimizə verilən dəyər
Azərbaycanda hər zaman tarixi keçmişə, adət-ənənəyə, milli dəyərlərə yüksək ehtiram nümayiş etdirilib, sayğı göstərilib. Bu ehtiram, sayğı özünü müstəqillik illərindən sonra daha geniş mənada və aşkar şəkildə büruzə verməyə başladı. Artıq ölkənin və onun vətəndaşlarının azad, müstəqil olması tarixi keçmişimizin dərindən öyrənilməsi, onun şanlı səhifələrinin araşdırılıb təbliğ edilməsi üçün əlverişli imkan, şərait yaratmışdı.
Dövlətçilik dəyərlərinin xaosla iflası uğrunda mübarizə aparan müxalifət
Azərbaycanda müxalifətçilik və siyasi müxalifətlə bağlı mövqe birmənalı deyil. Bunun əsas səbəbi isə ondadır ki, xalq kütlələri arasında mövcud olan sosial, hüquqi problemlərlə bağlı ilk növbədə fərdlər məhdud qrup maraqlarına sahib siyasi müxalifətə deyil, özlərinin fərdi keyfiyyətləri əsasında formalaşan müxaliflik potensialına bağlı qalaraq dövlətlə koordinasiya şəkilində mübarizə aparırlar.
Azərbaycanın dövlətçilik ənənələrinə verilən dəyər
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi hər bir vətəndaşın ürəyincə olub. Cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələri dövlət başçısının bu qərarını müsbət dəyərləndirməklə yanaşı, onun böyük əhəmiyyətinin də olduğu qənaətindədirlər. Belə ki, dövlətçiliyin və dövlətçilik tarixinin təbliği, cumhuriyyət qurucularının yaxından tanıdılması sözün həqiqi mənasında müsbət dəyərləndirilən amillərdəndir.
Azərbaycan xalqının birlik və şərəf günü
Qanlı yanvar hadisələrinin 28-ci ili tamam olur. Bir qayda olaraq o dəhşətli gecənin ildönümü ərəfəsində istər ölkə daxilində, istərsə də ondan kənarda, müxtəlif dövlətlərdə fəaliyyət göstərən fövqəladə və səlahiyyətli səfirliklərimiz, diplomatik nümayəndəliklərimiz və diaspor təşkilatlarımız tərəfindən anım tədbirləri təşkil olunur, faciə qurbanları yad edilir. Eyni zamanda həmin anım tədbirlərində hər bir yerli və xarici vətəndaşa bu hadisənin bir qəhrəmanlıq mücəssiməsi, örnəyi olduğu fikri çatdırılır. Bildirilir ki, bu gün Azərbaycanın azad və müstəqil ölkə kimi mövcudluğu məhz 20 Yanvar şəhidlərinin qanı, canı bahasına başa gəlib. Ona görə də bu günü yalnız yas saxlamaq, ağı deməklə anmaq doğru olmazdı. Çünki 20 Yanvar həm də bizim qəhrəmanlıq tariximizdir. Ona görə də bu tarixlə biz həm də fəxr edirik.
Yanvar şəhidlərinin anım tədbirləri davam etdirilir
"20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünün keçirilməsi ilə əlaqədar İqtisadiyyat Nazirliyinin Tədbirlər Planı"nda nəzərdə tutulmuş tədbirlərin icrasının davamı olaraq, İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan və tabeliyindəki qurumlarında hər həftənin 3-cü günü keçirilən növbəti "Məlumat saatı" 20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünə həsr edilib.
Şəhidlər xalqımızın qan yaddaşında əbədi yaşayacaq
SOCAR-ın "Neftqazelmitədqiqatlayihə" İnstitutunda 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar tədbir keçirildi. Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Ermənistan qeyri-döyüş itkilərini Azərbaycanın üzərinə atmağa çalışır
"Azərbaycan tərəfindən açılan atəş nəticəsində dövlət sərhədində erməni hərbçisinin yaralanması barədə Ermənistan mətbuatının yaydığı məlumat tam yanlışdır. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
DTX Mədəniyyət mərkəzində 20 yanvar hadisələrinə həsr olunmuş tədbir keçirilib
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət mərkəzində "Müasir Azərbaycanın qəhrəmanlıq məktəbi: 20 yanvardan bu günədək" mövzusunda tədbir keçirilib. Məlumata görə, tədbir 20 yanvar hadisələrinin 28-ci ildönümünə həsr olunub.
Aİ-Türkiyə görüşü: “Brüssel bunun sayəsində Ankara ilə münasibətlərini yaxşılaşdıracaq”
Avropa İttifaqı və Türkiyə arasında martın sonunda yüksək səviyyədə görüş keçirilməsi planlaşdırılır. Brüsselin bu görüş sayəsində Ankara ilə münasibətlərini yaxşılaşdırmaq istədiyi iddia edilir. Məlumata görə, görüşdə əsas müzakirə mövzusunun beynəlxalq terrorizmlə mübarizə, miqrasiya siyasəti, energetika problemi və tələbə mübadiləsi olacağı gözlənilir.
Nalbandyanın Polşada həmsədrlərlə görüşü baş tutub
Ermənistanın XİN rəhbəri Edvard Nalbandyan Polşanın Krakov şəhərində ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb. Bunu Ermənistan XİN-in sözçüsü Tiqran Balayan deyib.
Azərbaycan prezidenti Davos forumunda çıxış edəcək
Azərbaycan prezidenti İlham Əliyev Davos İqtisadi forumuna qatılacaq. Məlumata görə, ölkə başçısı “Strateji perspektivlər: Avrasiya” panelindəki müzakirələrdə çıxış edəcək. Müzakirələrin yanvarın 23-ü yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə saat 20:00) keçirməsi nəzərdə tutulur.
“Əli Kərimli öz əndişəsini ortaya qoyub”
"Əli Kərimlinin Cümhuriyyətlə bağlı çıxışları, sosial şəbəkədə yaydıqları birbaşa cəfəngiyyatdır. Bu adam üçün artıq heç bir dəyər qalmayıb. Özünü gülünc vəziyyətə qoyub. Hər kəs bunun Cümhurriyyətlə bağlı fikirlərini ələ salır". Bunu açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı deyib.
“Ermənistan kriminal aləmin qanunları ilə idarə olunur”
“Bu gün Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan Polşanın Krakov şəhərində keçirilən görüşü Azərbaycan və Ermənistan prezidentlərinin gələcək görüşünə bir növ zəmin yaradır. Amma nə qədər ki, hərbi cani Serj Sarkisyan komandası hakimiyyətdədir, onlarla danışıqlar heç bir konstruktiv nəticə verməyəcək”. Bunu millət vəkili Elman Məmmədov deyib.














