Siyasət
Kaliforniyada 20 Yanvar faciəsi
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu və San Dieqo - Bakı Dostluq Assosiasiyasının birgə təşkilatçılığı ilə Kaliforniyanın ikinci ən böyük şəhəri olan San Dieqo şəhərinin nüfuzlu Tomas Cefferson Hüquq Məktəbində Qara Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar geniş tədbir keçirilib. Baş Konsulluqdan Olaylar.az – a bildirilib ki, tədbiri açan San Dieqo - Bakı Dostluq Assosiasiyasının icraçı direktoru Martin Kruminq Qanlı Yanvar faciəsi haqqında ətraflı danışaraq, bu hadisələr zamanı sovet qoşunları tərəfindən çoxlu sayda günahsız insanın amansızcasına qətlə yetirildiyini bildirib. O, SSRİ rəhbəri Mixail Qorbaçov başda olmaqla, bu dəhşətli cinayətin təşkilatçılarının və icraçılarının indiyədək cəzasız qalmalarını böyük ədalətsizlik adlandırıb.
Cəbhədə gərginlik
“OLAYLAR” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 116 dəfə pozub.
İrəvanın İran “nəfəsliyi” kiçilir - baş nazirdən acı etiraf
Fransalı deputat: "Bu yalanların arxasında ermənilər dayanır"
Qudaların “ikinci başı” da həbsə gedir - Eldar Mahmudov üçqat atəş altında
20 Yanvar faciəsi Braziliya mətbuatında
Azərbaycanın Braziliyadakı səfiri Elxan Poluxovun bu ölkənin aparıcı qəzetlərindən olan “Correio Braziliense” və “EmbassyBrasilia” elektron jurnalında “Azerbaijao: 28 anos se passaram desde o Janeiro Negro” (“Azərbaycan: Qara Yanvardan 28 il ötür”) adlı məqaləsi dərc edilib. Səfirlikdən Olaylar.az -a bildiriblər ki, məqalədə Azərbaycan xalqının ötən əsrin 90-cı illərində müstəqillik uğrunda apardığı mübarizə və sovet ordusu tərəfindən xalqımıza qarşı törədilmiş vəhşiliklər haqqında ətraflı məlumat verilib.
Livan mətbuatı 20 Yanvar faciəsindən yazdı
20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar Livanın geniş oxucu kütləsinə malik “Al-Cumhuriyyə” qəzetində və ölkənin əsas xəbər saytlarından biri olan "Cedar News" xəbər portalında məqalələr dərc edilib. Azərbaycanın bu ölkədəki səfirliyindən verilən məlumata görə, səfirliyin dəstəyi ilə dərc olunan məqalələrdə 1990-cı il yanvarın 20-də sovet ordusunun müxtəlif istiqamətlərdən Bakıya hücumlar həyata keçirərək, çox sayda dinc əhalini qətlə yetirdiyi barədə məlumat verilib, dinc sakinlərə qarşı törədilən vəhşiliklərin xalqın azadlıq əzmini qıra bilmədiyi qeyd olunub. Müəlliflər o vaxtkı sovet rejiminin rəhbərliyində olan M.Qorbaçovun əmri ilə həyata keçirilmiş və məqsədi Azərbaycan xalqının müstəqillik arzusunu qan içində boğmaq olan hərbi əməliyyat nəticəsində 130-dan artıq insanın qətlə yetirildiyini, 700-dən çox insanın isə yaralandığını qeyd ediblər.
Tramp dünyanın ən təhlükəli ölkəsini açıqladı
İlham Əliyevdən mühüm sərəncam
Prezident 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında sərəncam imzalayıb
Azərbaycan prezidenti İlham Əliyev 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında sərəncam imzalayıb.
"Dağlıq Qarabağ münaqişəsi yalnız danışıqlar yolu ilə həll edilə bilər"
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Fransanın mövqeyi dəyişməzdir. Bunu Fransanın Yerevandakı səfiri Conatan Lakot deyib. O bildirib: "Münaqişənin həllinə yönəlmiş istənilən görüş bizim üçün arzuolunan və gözləniləndir. Bu məsələ yalnız danışıqlar yolu ilə həll edilə bilər".
Polşada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü başlayıb
Polşanın Krakov şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş başlayıb. Məlumata görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev “Twitter” səhifəsində yazıb.
Əli Kərimli Sərdar Cəlaloğlunun hədəfində İTTİHAM
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun AXCP sədri Əli Kərimliyə qarşı apardığı anti-kampaniya tam sürəti ilə davam edir. Zamanında onun “cəbhəçi” sədri müxalifətin "primadonnası” adlandırması məsələsi yenidən gündəmə gəlib və ADP sədri Ə.Kərimlinin feysbukdakı saxta profillərini işlədən söyüş qrupunun hədəfinə düşüb. Ancaq S.Cəlaloğlu bu və ya digər şəkildə öz fikirlərini də çatdırır, üstəlik, ona edilən küfürlərə qarşı daha sərt tonda cavab verir.
Azərbaycan AXC-nin siyasi və mənəvi varisi hesab edilir
“Cənab Prezdentin bu ili AXC ili elan etməsi onu göstərir ki, dövlət başçımız ölkəmizin tarixinə, dövlətçilik ənənələrinə çox həssaslıqla yanaşır və bu gün Azərbaycan dövləti AXC-nin siyasi və mənəvi varisi hesab edilir”. Bu sözləri açıqlamaısnda millət vəkili Azər Badamov deyib.
Partiya sədri Əli Kərimlini “siyasi fahişə” adlandırdı
“Yadınızdarısa, Hələ Taleh Bağırzadə məsələsində sübuta yetirilmişdi ki, Əli Kərimli müəyyən xarici ölkələrin kəşfiyyat orqanlarına nökərçilik edir”. Bu fikirləri SİA-ya açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev AXCP sədri Əli Kərimli barədə üzə çıxan xəyanətkarlıq faktlarına münasibətini bildirərkən deyib. Müsavatçı rəsminin sözlərinə görə, bu adam tam mənada casus şəbəkəsinin aparıcı üzvüdür. Hətta iddia edirəm və sübut etməyə də hazıram ki, bunların adamları qonşu ölkədə gizli danışıqlar apararaq, ölkəmizdə sabitliyi pozmağa yönəlmiş planlar düzüb-qoşublar: “Həmin vaxtlar özləri də dolayısı ilə etiraf edirdilər ki, tapşırıqlar əsasında işləyirlər. Çox keçmədi, məlum Nardaran hadisələri baş verdi. Ona görə də hər zaman demişəm, Əli Kərimli stabil insan deyil, belə adamlara heç nədə etibar etmək olmaz”.














