Arif Vəliyevə vəzifə verildi - FOTO

Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsində yeni təyinat olub.

Xeberle.com-un məlumatına görə, Arif Şəfaqət oğlu Vəliyevmüvafiq əmrlə idarənin strukturuna daxil olan Abşeron rayon Mədəniyyət Mərkəzinə direktor vəzifəsinə təyin olunub.O, bu vəzifədə Nurlan Məmmədlini əvəz edib.

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürov yeni direktoru kollektivə təqdim edib və fəaliyyətində uğurlar arzulayıb.

Qeyd edək ki, A. Vəliyev 1982-ci ildə Abşeron rayonunun Saraq qəsəbəsində anadan olub. Saray qəsəbəsində yerləşən 2 saylı tam orta məktəbi bitirdikdən sonra təhsilini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində davam etdirib və rejissorluq ixtisasına yiyələnib.

Əmək fəaliyyətinə 2009-cu ildə Sumqayıt Mədəniyyət və Turizm İdarəsinin Cəfər Cabbarlı adına Mədəniyyət evində bədii rəhbər kimi başlayıb. 2012-ci ildən isə Sumqayıt şəhər 4 saylı Diyarşünaslıq klubunun müdiri vəzifəsində çalışıb.

O, 2016-cı ildə "Fəxri Mədəniyyət İşçisi" döş nişanı ilə təltif edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31