Siyasət

Daha bir nəticəsiz Qarabağ danışıqları

19 Yanvar 2018 14:28

Nəhayət ki, keçən ildən səbirsizliklə gözlənilən, bir çox hallarda böyük ümidlər bəslənilən Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü baş tutdu. Polşanın Krakov şəhərində ATƏT-in Minsk qrupunun həmsədrlərinin təşəbbüsü ilə baş tutan bu dəfəki görüş də əvvəlkilər kimi ümidləri doğrultmadı desək yanılmarıq.

Azərbaycan xalqına qarşı törədilmiş cinayət

19 Yanvar 2018 14:22

Yanvarın 19-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda 20 Yanvar faciəsi ilə bağlı elmi konfrans keçirilib. Tarix İnstitutundan verilən məlumata görə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Sərəncamı ilə təsdiq olunmuş “20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”na əsasən təşkil edilən konfransı AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq iştirakçıları salamlayıb.

Aİ komissiya yaratmaqla Ermənistanın, yoxsa Azərbaycanın dini faktordan çox istifadə etdiyini müəyyənləşdirə bilər

19 Yanvar 2018 14:08

Azərbaycanı Dağlıq Qarabağ münaqişəsinə dini don geydirməkdə ittiham etməsində erməni rəsmilərinin və siyasətçilərinin əsas məqsədi özlərinin bu istiqamətdəki siyasətlərini gizlətməkdir. “OLAYLAR” xəbər verir ki, belə bir açıqlama ilə Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu çıxış edib.

Müdafiə Nazirliyi ilə Ombudsman Aparatı birgə tədbirlər planı imzalayıb

19 Yanvar 2018 14:06

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı arasında 2018-ci il üçün birgə tədbirlər planı imzalanıb.

Deputatlarımız Bolqarıstan XİN-də olublar

19 Yanvar 2018 13:43

Milli Məclisin Azərbaycan-Bolqarıstan Dostluq Qrupunun sədri Rauf Əliyev başda olmaqla nümayəndə heyyəti Bolqarıstanın paytaxtı Sofiya şəhəhərində rəsmi səfər çərçivəsində bir sıra görüşlər keçirib.

20 Yanvar cinayəti qəddarlığına görə kommunist diktaturasının əvvəlki cinayətlərindən fərqlənirdi

19 Yanvar 2018 13:22

1990-cı ilin 20 yanvarında törədilən beynəlxalq cinayət öz qəddarlığına görə kommunist diktaturasının bütün əvvəlki cinayətlərindən fərqlənirdi. Məlumata görə, bunu Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Sərəncamı ilə təsdiq olunmuş “20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”na əsasən keçirilən elmi konfransda Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov bildirib.

Deputat: "Ermənistan orta əsrlər qaydası ilə hərəkət edirsə, etimaddan danışmaq olmaz"

19 Yanvar 2018 13:22

ATƏT-in Minsk qrupunun həmsədrlərinin Azərbaycanı və Ermənistanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesinə mühüm töhfə kimi etimadın möhkəmləndirilməsi üzrə tədbirlər görməyə çağırması diplomatik çağırışdır.

ƏMDK-da “20 Yanvar xalqımızın qəhrəmanlıq salnaməsidir” mövzusunda anım tədbiri keçirilib

19 Yanvar 2018 13:18

Əmlak Məsələləri Dövlət Komitəsində “20 Yanvar xalqımızın qəhrəmanlıq salnaməsidir” mövzusunda anım tədbiri keçirilib. “Olaylar” xəbər verir ki, tədbir iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Prezidentdən itkin düşən alpinistlərlə bağlı tapşırıq - Abid Şərifov açıqladı

19 Yanvar 2018 12:37

Dekabrın 25-dən Tufandağda itkin düşmüş gənc alpinistlər - Babur Hüseynov, Namin Bünyatov və Fəridə Cəbrayılzadənin axtarışları bir aya yaxındır ki, nəticəsiz qalıb.  Gənc alpinistlərin itkin düşmələri ilə bağlı xəbərin yayıldığı ilk günlər peşəkar alpinistlər tərəfindən müxtəlif fikirlər səsləndirilirdi. Kimisi bildirirdi ki, itkin düşən gənclər çox təcrübəlidirlər və onlar uçquna düşə bilməzlər, bəziləri isə hesab edirdilər ki, gənclər yolu azaraq başqa səmtə gediblər və tezliklə tapılacaqlar.  Hazırda isə gənc alpinistlərlə bağlı yayılan xəbərlər yalnız rəsmi mənbələri əhatə edir. Axtarışların günlərdir davam etməsinə baxmayaraq, hələ də heç bir izə rast gəlinməyib.

Elmar Məmmədyarov: “Krakov görüşləri prinsip etibarilə görüşlər pozitiv şəkildə keçdi”

19 Yanvar 2018 12:32

“Krakovda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar 6 saatda yaxın davam etdi. İlk əvvəl mən ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə görüşdüm. Sonra ATƏT-in Minsk Qrupunun həmsədrlərinin və fəaliyyətdə olan sədrin şəxsi nümayəndəsinin iştirakı ilə Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan ilə görüşdük.

Azərbaycanda daha 136 adda müdafiə təyinatlı məmulatın istehsalı planlaşdırılır

19 Yanvar 2018 12:28

Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində Müdafiə Sifarişi Proqramına müvafiq olaraq 126 mövzunu əhatə edən 136 adda müdafiə təyinatlı məmulatın yaradılması istiqamətində təcrübi-konstruktor işləri aparılıb. Məlumata görə, bu barədə Müdafiə Sənayesi Nazirliyində nazir Yavər Camalovun sədrliyi ilə keçirilən kollegiya iclasında bildirilib.

Prezident İlham Əliyev özbəkistanlı həmkarına başsağlığı verib

19 Yanvar 2018 12:23

Azərbaycan dövlət başçısı İlham Əliyev Özbəkistan prezidenti Şavkat Mirziyoyevə başsağlığı məktubu göndərib. Məlumata görə, məktubda deyilir: "Hörmətli Şavkat Miromonoviç. Qazaxıstanın Aktobe vilayətində sərnişin avtobusunun yanması nəticəsində həmvətənlərinizin faciəli şəkildə həlak olması xəbəri məni son dərəcə sarsıtdı.

Azərbaycanda daha iki hərbi zavod fəaliyyətə başlayır

19 Yanvar 2018 12:18

Yaxın zamanlarda Azərbaycanda daha iki hərbi zavodun açılışı nəzərdə tutulur. Məlumata görə, bu barədə Müdafiə Sənayesi Nazirliyində nazir Yavər Camalovun sədrliyi ilə keçirilən kollegiya iclasında bildirilib.

Azərbaycanda F-1 tipli əl qumbaralarının seriyalı istehsalı təşkil olunub

19 Yanvar 2018 12:16

2017-ci ildə Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində müdafiə təyinatlı məmulatların istehsalı ilə bağlı məqsədyönlü işlər davam etdirilib. Məlumata görə, bu gün nazir Yavər Camalovun sədrliyi ilə Müdafiə Sənayesi Nazirliyində 2017-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclasında qeyd olunub ki, müdafiə və xüsusi təyinatlı məmulatların istehsal həcmində 2016-cı illə müqayisədə 10 faiz artım əldə olunub.

Beş səbəbə görə Azərbaycana getmək mütləq lazımdır - “The Washington Times”

19 Yanvar 2018 12:07

"The Washington Times" qəzetində "Beş səbəbə görə Azərbaycana getmək mütləq lazımdır" sərlövhəli məqalə dərc edilib. Məqalədə Qafqaz dağları ilə Xəzər dənizi arasında yerləşən Azərbaycanın tez-tez "Odlar yurdu", paytaxt Bakının isə "Şərqin Parisi" adlandırıldığı qeyd olunur.