Siyasət
Nümayəndə heyətimiz yenilənmiş tərkibdə AŞPA-nın qış sessiyasına gedir
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılıq etdiyi nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında iştirak etmək üçün yanvarın 21-də Fransanın Strasburq şəhərinə səfər edəcək.
"Azərbaycan "etimad norması"nı yerinə yetirib"
"Azərbaycana etimad çağırışı etmək artıqdır, çünki ölkəmiz "etimad norması"nı yerinə yetirib. Azərbaycan işğala məruz qalıb, bizim torpaqlarımız işğal altındadır". Bunu politoloq Fikrət Sadıqov ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycanı və Ermənistanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesinə mühüm töhfə kimi etimadın möhkəmləndirilməsi üzrə tədbirlər görməyə çağırmasına münasibət bildirərkən deyib.
Misirdə 20 Yanvar şəhidləri anılıb
Misirdə yaşayan azərbaycanlılar Azərbaycan Səfirliyində 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş anım mərasimi keçiriblər. “OLAYLAR”-a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib ki, tədbirdə Səfirliyin əməkdaşları, diaspor nümayəndələri, Qahirə şəhərində yaşayan alan həmvəntlərimiz iştirak edib.
Hərbi qulluqçumuz şəhid olub
Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin kobud surətdə pozulması nəticəsində düşmənlə atışmada Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Mənəfov İbrahim Möhsüm oğlu şəhid olub. “OLAYLAR” xəbər verir ki, mıəlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.
20 Yanvar şəhidlərinin xatirəsi Böyük Britaniya parlamentində yad edilib
Londonda Böyük Britaniya parlamentində 20 Yanvarda həlak olanların xatirəsi yad edilib. Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) verilən məlumata görə, parlament üzvü, Britaniya -Azərbaycan Paramentlərarası Dostluq Qrupunun sədri Bob Bləkmanın sədrliyi ilə keçirilən tədbirdə Lord Devid Evans, Lord Lesli Turnberq, həmçinin 40-a yaxın xarici diplomat, Azərbaycan diasporunun fəalları iştirak edib.
“Görüşlər ona görə keçirilir ki, danışıqlar prosesində uğur əldə edilsin”
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı irəliləyiş təbii ki, ola bilər. Bu fikri Milli Məclisin deputatı Rövşən Rzayev Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Krakov görüşünü şərh edərkən deyib.
“Ermənilər asılılıqlarını bir az azaltmaq istəyirlər”- ŞƏRH
“İrəvanda keçirilən dəyirmi masada Ermənistanın bir qrup siyasətçisi və eksperti təklif edib ki, ölkənin suverenliyini bərpa etmək məqsədilə Türkiyə və İranla sərhəddin qorunması Rusiyadan alınsın. Bu bir etirafdır ki, Ermənistan müstəqil dövlət deyil və Rusiyanın vilayətidir. Bir ölkənin sərhəddini başqa dövlətin hərbi birlikləri qoruyursa, o necə müstəqil ola bilər? Ona görə də Ermənistanda buna qarşı gizli etiraz açıq şəkil alıb”. Məlumata görə, bunu açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
Münaqişənin həlli ilə bağlı kreativ təkliflər nədən ibarətdir?- RƏYLƏR
Xəbər verildiyi kimi ötən gün Azərbaycan və Ermənistan XİN başçıları - Elmar Məmmədyarov və Edvard Nalbadyan arasında Polşanın Krakov şəhərində görüş keçirilib. Azərbaycan XİN başçısı Elmar Məmmədyarovun görüşlə bağlı verdiyi açıqlamaya görə, 6 saat davam edən görüş əsnasında həmsədrlər tərəfindən münaqişənin həlli ilə əlaqədar bir sıra kreativ fikirlər irəli sürülüb.
Öz gözündə tiri görməyənlər…
İki mininci illərin əvvəllərində Böyük Britaniyanın Özbəkistanda bir səfiri vardı. Kreyg Mörri (Craig Murray). Yaxından izlədiyim birisi idi. Əslində, mənim üçün insan haqları, media azadlığı məsələlərində güvənli informasiya mənbələrindən biri idi. Bu səfir həmin illərdə ABŞ mərkəzli məlum və məşhur Freedom House haqqında deyirdi: “Freedom House ABŞ və koalisiya qüvvələrinə tam dəstək verməsi səbəbindən geniş anlamda azadlıqları dəstəkləmək məsələsində tam qüsurlu davranır”.
Dövlət Agentliyində 20 Yanvar şəhidləri yad edilib
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində 20 Yanvar faciəsinin 28-cı ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. “OLAYLAR”-a daxil olan məlumata görə. anım mərasimində çıxış edən İdarə Heyətinin sədri Saleh Məmmədov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş SSRİ rəhbərliyinin göstərişi ilə sovet hərbi birləşmələrinin Azərbaycanda getdikcə güclənən milli azadlıq hərəkatını dayandırmaq, xalqımızın müstəqillik əzmini sındırmaq üçün dinc əhaliyə qarşı həyata keçirdiyi dəhşətli qətliamdan bəhs edibSaleh Məmmədov xüsusi olaraq faciənin sabahı günü - 1990-cı il yanvarın 21-də Ulu öndərimiz Heydər Əliyevin həmin vaxt xüsusi nəzarət altında olmasına baxmayaraq, cənab İlham Əliyevlə birgə heç kimdən və heç nədən çəkinmədən Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək sovet rəhbərliyinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi dəhşətli cinayəti kəskin şəkildə pisləyən bəyanatla çıxış etməsi böyük cəsarət hissinin, eyni zamanda öz xalqına sonsuz bağlılığın, dərin sədaqətin tarixi nümunəsi olduğunu vurğulayıb və əlavə edib ki, bununla ulu öndər Heydər Əliyev Sovet hakimiyyətinin qanlı siyasətini ifşa etmiş olub.
Deputat: Danışıqlara birbaşa təsir edən cəhət məhz etimad mühitinin yaranmasıdır
Yanvarın 18-də ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşməsi qurumun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində danışıqlar prosesinin intensivliyini qoruyub saxlamasından xəbər verir.
Keçən il YAP-a 24 min yeni üzv qəbul olunub
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin növbəti iclası keçirilib. “OLAYLAR”-ın partiyaya istinadən verdiyi xəbərə görə, iclasda YAP İdarə Heyətinin 2017-ci ilə dair illik hesabatı, Yeni Azərbaycan Partiyasının tərkibi, Gənclər Birliyinin və Qadınlar Şurası tərkibi haqqında 2017-ci ilə dair illik statistik hesabat, partiyanın 2017-ci il üzrə maliyyə hesabatı və İdarə Heyətinin 2018-ci ilin birinci yarımilliyinə dair iş planı müzakirə olunaraq qəbul edilib. Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini – icra katibi Əli Əhmədov iclasın gündəliyinə daxil olan məsələlər barədə məlumat verərək, qeyd edib ki, 2017-ci ildə Azərbaycanın iqtisadi və sosial həyatında dinamik inkişaf davam etdirilib. Ötən ilin başlıca siyasi hadisəsi Azərbaycanda İslam həmrəyliyi ili çərçivəsində həyata keçirilmiş tədbirlər, eləcə də, IV İslam həmrəyliyi oyunlarının paytaxt Bakıda keçirilməsi olub.
“20 Yanvar” – Gənclər Təşkilatlarının fəaliyyət günü keçirilir
20 yanvar faciəsi ilə bağlı Gənclər Təşkilatları Milli Şurası tərəfindən “20 Yanvar” – Gənclər Təşkilatlarının fəaliyyət gününə start verilib. Təşkilatdan “OLAYLAR”-a bildirilib ki, kampaniya 20 yanvar 1990-ci ildə baş vermiş faciə haqqında Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırmaq və gənclər arasında məlumatlılığının artırmaq məqsədi ilə keçirilir. Fəaliyyət müddətində ilkin olaraq faciə ilə bağlı məlumatlar toplanaraq, müxtəlif dillərdə tvitlərdən ibarət elektron baza yaradılır.
Özbəkistanda 20 Yanvar şəhidləri anılıb
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində 20 Yanvar şəhidlərinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Azərbaycanın Özbəkistandakı səfirliyinin, Azərbaycan Mədəniyyət Mərkəzinin, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin əməkdaşları, yerli azərbaycanlılar və özbəklər, məktəblilər, jurnalistlər iştirak ediblər.
"Bu qətnamə Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətini təhrif edir"
"İrqçi təşkilat olan Amerika erməni milli komitəsinin sifarişi ilə irəli sürülən qətnamədə məqsəd hal-hazırda ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə substantiv və intensiv əsasda aparılan danışıqları, regionda davamlı sülh və sabitliyin təmin olunması səylərini pozmaqdır. Bu qətnamə saxta və yalan məlumatlara əsaslanır, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətini təhrif edir".














