Siyasət
ABŞ-dan Azərbaycanın ərazi bütövlüyünə xəyanət- sensasion faktlar
DTX-da 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Mədət Quliyev, Xidmətin əməkdaşları və DTX-nin Heydər Əliyev adına Akademiyasının kursantları Qanlı 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər qərənfillər düzüb, şəhidlərimizin unudulmaz xatirəsinə hörmət və ehtiramlarını bildiriblər.
20 YANVAR-HEÇ NƏYİ UNUTMADIQ VİDEO
Selin Şenocak: "20 Yanvar Azərbaycanın qəhrəmanlıq dastanıdır"
Deputatlar AŞPA-ya gedir
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılıq etdiyi nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında iştirak etmək üçün yanvarın 21-də Fransanın Strasburq şəhərinə səfər edəcək. Milli Məclisdən verilən məlumata görə, nümayəndə heyətinə Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, deputatlardan Sahibə Qafarova, Sevinc Fətəliyeva, Qənirə Paşayeva, Ülviyyə Ağayeva, Sabir Hacıyev, Elşad Həsənov, Vüsal Hüseynov, Fazil Mustafa, Asim Mollazadə, Rövşən Rzayev daxildir.
Azərbaycan xalqı Qorbaçovu həmişə bir cinayətkar kimi xatırlayacaq, lənətlə anacaq
Azərbaycan 28 ildir ki, azadlıq, müstəqillik uğrunda mübarizəyə qalxmış, lakin xalqın azadlıq istəyinə silah-sursatla cavab vermiş keçmiş SSRİ rəhbərlərliyi və onun ordu birləşmələrinin Bakıda törətdikləri dəhşətli faciəni anır, xatırlayır, həmin dəhşətli günlərə bir daha nəzər yetirir. Yüzlərlə insanın qətlə yetirilməsi, bir o qədər vətəndaşımızın xəsarət alması ilə nəticələnən qanlı Yanvar faciəsi XX əsrin 90-cı illərində keçmiş Sovet rəhbərliyinin timsalında azadlıq arzusunu səsləndirən xalqlara, millətlərə qarşı törədilən soyqırımın bir anı, məkanı idi. Keçmiş SSRİ rəhbərliyi Bakı qırğınlarından əvvəl və sonra da Azərbaycan kimi mərkəzdən müstəqillik tələb edən müttəfiq respublikalara qarşı cəza mexanizmini işə salmış, qırğınlar törətmişdi.
Azərbaycanın azadlıq mübarizəsinin şərəfli tarixi – 20 Yanvar
Azərbaycan tarixinin daha bir hüznlü günlərinin ildönümü ərəfəsindədir. 1990-cı il, yanvarın 20-də sovet qoşunlarının Bakıda dinc əhaliyə qarşı törətdikləri qətliamdan 28 il keçir. Azərbaycanın azadlıq, mütəqilliyinə doğru gedən yolun başlanğıcı olan 20 Yanvar faciəsi bu səbəbdən ümumxalq hüzn günü olmaqla yanaşı, eyni zamanda xalqımıızın şərəfli qəhrəmanlıq tarixi kimi də xatırlanır.
20 Yanvar – əsarətin son gecəsi
Hər bir xalqın hansı dərəcədə milli birliyə, milli iradəyə və milli özünüdərkə malik olması məhz onun üzləşdiyi ən çətin anlarda mövcud proseslərə və çağırışlara ümumxalq reaksiyasında özünü göstərir. 26 il əvvəl üzləşdiyimiz belə bir məqamda xalqımızın mübarizlik əzminin təzahürü, təzyiqlərə boyun əyməyən əzmkar iradə nümayiş etdirməsi tariximizə yeni bir mübarizə səhifəsi yazdı - Qanlı Yanvar səhifəsi. 20 yanvar yaxın keçmışımizdə yaşamış olduğumuz ən faciəvi günlərdən biri olsa da, xalqımızın yaddaşına həm də qəhrəmanlıq tarixi kimi həkk olundu.
20 Yanvar - qəhrəmanlıq və şəhidlik zirvəsi
20 Yanvar faciəsi - 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun Azərbaycanda həyata keçirdiyi qətliamdır. 1990-cı ilin 20 yanvarında Azərbaycana qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən Bakının küçələrinə və meydanlarına çıxaraq, buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi faciəyə gətirib çıxardı. 1990-cı ilin 20 yanvarında keçmiş sovet dövlətinin hərb maşınının Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətllər insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaq.
Qara Yanvar şəhidlərinin xatirəsi Böyük Britaniya Parlamentində yad edildi
Londonda Böyük Britaniya Parlamentinin “Portcullis House” palatasının “Macmillan” zalında Qara Yanvarda həlak olanların əziz xatirəsi yad edilib. Olaylar.az bildirir ki, parlament üzvü, Britaniya -Azərbaycan Paramentlərarası Dostluq Qrupunun sədri Bob Bləkmanın sədrliyi ilə keçirilən tədbirdə Lord Devid Evans, Lord Lesli Turnberq, həmçinin 40-a yaxın xarici diplomat, Azərbaycan diasporasının fəalları və ölkəmizin yaxın dostları iştirak edib. Tədbir Azərbaycanın Böyük Britaniyadakı səfirliyi və Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) birgə əməkdaşlığı şəraitində baş tutub.
20 Yanvar şəhidlərinə həsr olunmuş sərgi
Bu gün Azad Azərbaycan Televiziyasında 20 Yanvar şəhidlərinin anım gününə həsr olunmuş sərgi təşkil edilib. Sərgidə əlliyə yaxın rəssamın əsərləri nümayiş olunurdu. Olaylar.az bildirir ki, sərgidə Mili Məclisin deputatları, ziyalılar və mətbuat nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə "Azad Azərbaycan" teleradio şirkətinin Bədii Şuranın sədri əməkdar jurnalist, prof.Etibar Babayev açaraq bildirdi ki, qanlı yanvar tarixindən 28 il keçsə də, bu yara hələ də insanların qəlbində sağalmır. Həmin gün milli televiziyanın partladılmasını xüsusi qeyd edən Etibar Babayev deyib ki, burada əsas məqsəd Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına mane olmaq idi.
"İslam Həmrəyliyi İli"nin davamı kimi 2018-ci ildə əlavə tədbirlərin keçirilməsi üçün maliyyə vəsaiti ayrılıb
Azərbaycan Prezidenti İlham Əliyev Qafqaz Müsəlmanları İdarəsi tərəfindən keçiriləcək bir sıra tədbirlərin maddi təminatı haqqında sərəncam imzalayıb. Azərbaycan Prezidentinin “2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında” 2017-ci il 10 yanvar tarixli 2588 nömrəli sərəncamının icrası ilə əlaqədar 2017-ci ildə Azərbaycanda və onun hüdudlarından kənarda silsilə tədbirlər təşkil edilib, o cümlədən Bakı şəhərində “2017 – İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda mötəbər beynəlxalq konfrans keçirilib. İslam həmrəyliyinin möhkəmləndirilməsinə böyük töhfə verən həmin tədbirlər müsəlman aləmində özünəməxsus mövqeyə və nüfuza malik Azərbaycanın dini-mənəvi dəyərlərə dərin ehtiramının ifadəsinə çevrilib, həmçinin ölkəmizin tolerantlıq mühitinin və multikulturalizm təcrübəsinin təbliği baxımından böyük əhəmiyyət kəsb edib.
Ermənistanın prezidenti yenə Sərkisyan olacaq
“Ermənistanın yeni prezidentinin də soyadı Sərkisyan olacaq. Artıq Serj Sərkisyan bu postu tutmaq üçün ideal saydığı adamın kimliyini açıqlayıb. O, Ermənistanın Böyük Britaniyadakı səfiri Aram Sərkisyandır”. “OLAYLAR” xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən millət vəkili Sahib Alıyev deyib ki, ancaq Ermənistanda təkcə dövlət başçısının soyadı dəyişməmiş qalımır, elə o özü də dəyişməyəcək: “Yəni Serj Sərkisyanın əsl xələfi Aram Sərkisyan yox, elə Serj Sərkisyandır. Xələfinin Sərkisyan soyadı daşıması bəlkə elə həm də buna eyhamdır. Bununla onu bildirim ki, bu Aram Sərkisyan çox qorxaq adamdır. Levon Ter-Petrosyanın dövründə bir neçə ay baş nazir kimi çalışıb. Ancaq o zaman Ermənistanın müdafiə naziri Vazgen Sərkisyan ona azca xox gələn kimi vəzifəsini qoyub getmişdi”.
Formula 1 yarışı ilə bağlı Azərbaycana gələnlər üçün viza prosedurları sadələşdirilir
Prezident İlham Əliyev 2018 Formula 1 Azərbaycan Qran Pri yarışının təşkili və keçirilməsi ilə bağlı Azərbaycana gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında sərəncam imzalayıb.
Nümayəndə heyətimiz yenilənmiş tərkibdə AŞPA-nın qış sessiyasına gedir
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılıq etdiyi nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında iştirak etmək üçün yanvarın 21-də Fransanın Strasburq şəhərinə səfər edəcək.
.jpg)













