Siyasət
Azərbaycanlıların soyqırımı dünya ictimaiyyətinə necə çatdırılmalıdır?
Məlum olduğu kimi 1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Bu soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir.
"Sarkisyanın çıxışı bir çox problemlər yaradacaq"
“Hesab edirəm ki, Ermənistan prezidenti Serj Sarkisyanın Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasındakı çıxışı onun üçün bir çox problemlər yaradacaq”. Bunu millət vəkili Aydın Mirzəzadə deyib.
GUAM-ın perspektivi artır
Azərbaycanın da təmsil olunduğu GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova) təşkilatının fəaliyyətində onun təsis olunması ərəfəsində müşahidə edilən aktivlik artıq nəzərə çarpmaqdadır. Xüsusilə, GUAM-a üzv ölkələrin xarici işlər nazirləri şurasının Tbilisi toplantısından keçən müddət ərzində təşkilatda bu aktivlik özünü büruzə verir.
İlham Əliyevin təşəbbüsləri ölkənin və regionun iqtisadi landşaftını dəyişir
Son zamanlar müşahidə etdiyimiz acı və qəbuledilməz mənzərə ondan ibarətdir ki, müəyyən xarici və daxili qüvvələr ciddi-cəhdlə Azərbaycan dövlətini zəiflətməyə, onu inkişafdan saxlamağa çalışırlar. Bunun üçün istənilən variantdan, üsul və metodlardan istifadə edilir. Yetər ki, Azərbaycan dövətinə zərbə vurulsun. Təbii ki, bu cür xoşagəlməz tendensiya birmənalı olaraq cəmiyyətdə haqlı etiraz doğurur. Ölkəmizə qarşı olan bu cür yanaşma, münasibət qətiyyətlə pislənilir, bu düşmən dəyirmanına su tökmək kimi xarakterizə edilir.
Azərbaycan xalqı heç vaxt erməni işğalı ilə barışmayacaq
Xəbər verildiyi kimi, Azərbaycan Respublikası Milli Məclisinin deputatları Gövhər Baxşəliyeva və Mirkazım Kazımovun təmsil olunduqları nümayəndə heyəti Tehranda keçirilən İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının (İƏT Pİ) illik tədbirlərində və XIII sessiyasında iştirak edib.
Deputat: "Prezident haqlı olaraq söylədi ki, bir ölkədə ümumiyyətlə senzura yoxdursa, bu sahədə hansı problemlərdən söhbət gedə bilər?"
Azərbaycan Prezidenti İlham Əliyev Davosda Dünya İqtisadi Forumu çərçivəsində “Strateji baxış: Avrasiya” mövzusunda keçirilən interaktiv iclasda iştirakı zamanı Azərbaycanda azadlıqlar və mətbuat azadlığı ilə bağlı verilən qərəzli suala çox geniş və arqumentli şəkildə cavab verdi.
Dünyanın ən güclü ordularının REYTİNQİ: Azərbaycan Ermənistanı 35 PİLLƏ QABAQLADI
“Global Firepower” təşkilatı növbəti dəfə dünyanın ən güclü ordularının reytinqini hazırlayıb. 2017-ci il üçün hazırlanan “Global Firepower Index”in müəllifləri təxminən 50 meyar üzrə dünya ordularının gücünü qiymətləndiriblər. Reytinq siyahısı hazırlanarkən orduya çağırılacaq əhalinin sayı, tank, təyyarə, nüvə başlığı, təyyarədaşıyan gəmilər, sualtı gəmilərin miqdarı, həmçinin hərbi büdcənin həcmi nəzərə alınıb.
Avropa Azərbaycanlıları Konqresinin növbədənkənar qurultayı keçiriləcək
Fevral ayının 27-də Avropa Azərbaycanlıları Konqresinin növbədənkənar qurultayı keçiriləcək. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, bu barədə qərar AAK-ın İcraiyyə Komitəsi tərəfindən qəbul olunub. Qurultayda təşkilatın nizamnaməsinə bir sıra dəyişikliklər edilməsi planlaşdırılır. AAK-ın İcraiyyə Komitəsinin qərarında bildirilir ki, növbədənkənar qurultayın keçirilməsi təşəbbüsü təşkilatlanma işinin keyfiyyətcə yeni müstəviyə qaldırılmasını, quruma üzv olan Azərbaycan icmalarının fəaliyyətini daha səmərəli şəkildə koordinasiyasını təmin etmək üçün daha çevik və operativ idareətmə mexanizminin yaradılması məqsədinə xidmət edir.
Cəbhə xəttində monitorinq keçiriləcək
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, yanvarın 25-də Goranboy rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.
Prezident tapşırıq verdi
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən prezidentin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov və Müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olub.
Prezident İlham Əliyev Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 24-də Davosda Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç ilə görüşüb.
Prezident İlham Əliyev Davosda ABŞ-ın "Carlyle Group" şirkətinin həmtəsisçisi və icraçı direktoru ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 24-də Davosda ABŞ-ın "Carlyle Group" şirkətinin həmtəsisçisi və icraçı direktoru Devid Rubinşteyn ilə görüşü olub.
Baş nazirdən DTX və XKX ilə bağlı – Qərar
Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması Qaydası”nda dəyişikliklər edilib. Nazirlər Kabineti bu barədə qərar qəbul edib.
İlham Əliyev İBM-in icraçı direktoru ilə görüşdü
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 24-də Davosda İBM şirkətinin baş icraçı direktoru xanım Cinni Rometti ilə görüşüb. Görüş zamanı tərəflər arasında maraqlı fikir mübadiləsi aparılıb.
Ermənilər 120 dəfə atəşkəsi pozub
“OLAYLAR” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 120 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex kəndində və adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber, Paravakar kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Kəmərli, Qaymaqlı, Məzəm, Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.














