Siyasət

Bu tarixdə Rusiyaya müharibə ELAN EDİLƏCƏK - GÜNLƏR QALDI

24 Yanvar 2018 09:23

“VTB Bank”ın prezidenti, idarə heyətinin sədri Andrey Kostin ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalarını müharibə elanı ilə müqayisə edib. Bankir belə bəyanatla Davos Ümumdünya iqtisadi forumun kuliarlarında çıxış edib. Onun sözlərinə görə, Rusiya maliyyə institutlarına qarşı istənilən iqtisadi sanksiyalar “müharibə elanı”na oxşar olacaq. Andrey Kostin həmçinin bildirib ki, indi yeni qızğın silahlanma mərhələsi başlanır və bundan yalnız generallarla silah istehsalçıları qazanacaqlar.

Prezident İlham Əliyev Davosda “Strateji baxış: Avrasiya” mövzusunda interaktiv iclasda iştirak edib

23 Yanvar 2018 18:40

Yanvarın 23-də Davosda Dünya İqtisadi Forumu çərçivəsində "Strateji baxış: Avrasiya" mövzusunda interaktiv iclas keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev iclasda iştirak edib. Dövlətimizin başçısı iclasda çıxış edib və sualları cavablandırıb. 

Prezidentin Davos səfərində - Mühüm məqam

23 Yanvar 2018 17:47

Azərbaycan Prezidenti İlham Əliyevin Davos İqtisadi Forumu çərçivəsində dünyanın aparıcı şirkətləri ilə həyata keçirdiyi görüşlər Azərbaycan iqtisadiyyatının inkişafı üçün çox əlamətdardır.

İlham Əliyev: "Azərbaycanda daxili risklər və təhdidlər yoxdur"

23 Yanvar 2018 17:26

Azərbaycanda daxili risklər və təhdidlər yoxdur. Bunu Prezident İlham Əliyev Davos İqtisadi Forumunun "Strateji baxış: Avrasiya" sessiyasında aparıcının sualına cavab verərkən deyib.

Qənirə Paşayeva AŞPA-da girovlarla bağlı çıxış edib

23 Yanvar 2018 17:16

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, millət vəkili Qənirə Paşayeva qurumun Azad Demokratlar Qrupu toplantısında Ermənistanın qeyri-qanuni girov saxladığı azərbaycanlı Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı məsələ qaldırıb.

Deputatımız AŞPA-da milli azlıqların hüquqlarından danışdı

23 Yanvar 2018 17:14

“Azərbaycan milli azlıqların hüquqları, xüsusən də onların ana dili ilə bağlı məsələdə olduqca həssasdır”. Məlumata görə, bunu Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov AŞPA-nın qış sessiyasında çıxışı zamanı deyib.

Qənirə Paşayeva AŞPA-ya səsləndi: Sarkisyanın burada nə işi var?

23 Yanvar 2018 17:11

AŞPA-nın Azad Demokratlar Qrupu toplantısında çıxış edərək işğalçı Ermənistanın prezidenti Serj Sarkisyanın AŞPA-ya çıxış üçün dəvət olunmasına etirazımızı bildirdim. Bunu açıqlamasında Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva deyib: “Çıxışımda vurğuladım ki, Serj Sarkisyan AŞPA üzvü olan Azərbaycanın torpaqlarını işğal etmiş və 25 ildir ki işğalda saxlayan, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün öz evinə dönməsinə imkan verməyən, Xocalı soyqırımını törədən bir ölkənin prezidentidir.

Əli Əhmədov: “Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası qarşıya qoyulan mühüm vəzifələri yerinə yetirib”

23 Yanvar 2018 17:01

Yanvarın 23-də Nazirlər Kabinetində Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının beşinci iclası keçirilib. “Olaylar” xəbər verir ki, iclası açan Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov Milli Əlaqələndirmə Şurasının fəaliyyətə başladığı dövrdən sonra kifayət qədər işlərin görüldüyünü və qarşıya qoyulan mühüm vəzifələrin yerinə yetirildiyini bildirib. Baş nazirin müavini qeyd edib ki, ötən il Azərbaycan Respublikasının Könüllü Milli Hesabatı BMT-nin Yüksək Səviyyəli Siyasi Forumuna təqdim olunub. Bu hesabatın hazırlanmasında Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının tərkibində yaradılan işçi qrupların fəaliyyəti təqdirəlayiqdir. Həmin hesabat “Azərbaycan-2030: Minilliyin İnkişaf Məqsədlərindən Dayanıqlı İnkişaf Məqsədlərinə doğru” adı ilə Azərbaycan dilinə tərcümə olunub.

AŞ PA-da qətnamə qəbul edilib

23 Yanvar 2018 16:59

Yanvarın 23-də Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Avropada regionların və azlıqların dillərinin müdafiəsi və inkişaf etdirilməsi üzrə qətnamə qəbul edilib.

Prezident İlham Əliyev Davosda ABŞ-ın “Black Rock” şirkətinin təsisçisi ilə görüşüb 

23 Yanvar 2018 16:10

Yanvarın 22-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dünyanın ən böyük investisiya qurumu olan ABŞ-ın “Black Rock” şirkətinin təsisçisi, müşahidə şurasının sədri və icraçı direktoru Lourens Fink ilə görüşü olub.