Siyasət
Prezident İlham Əliyev Davosda ABŞ-ın “Black Rock” şirkətinin təsisçisi ilə görüşüb
Yanvarın 22-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dünyanın ən böyük investisiya qurumu olan ABŞ-ın “Black Rock” şirkətinin təsisçisi, müşahidə şurasının sədri və icraçı direktoru Lourens Fink ilə görüşü olub.
Dağlıq Qarabağ tənzimlənməsində praktiki mərhələ başlayır?
Cari ilin ilk aylında Dağlıq Qarabağ probleminin həlli istiqamətində diplomatik aktivlik artsa da, lakin Krakov görüşü bir daha sübut etdi ki, bütün diplomatik səylərə baxmayaraq hələlik problemin həllinə nail olmaq mümkün deyil. Bunun isə başlıca səbəbi işğalçı Ermənistanın nümayiş etdirdiyi qeyri-konstruktiv mövqe və arqessiyadır.
Əclaf olduğunu etiraf edən adam: ermənilərə satılan azərbaycanlı
BMT nümayəndəsi Karasinlə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə edib
Bu gün Moskvada Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin və BMT-nin Cənubi Qafqaz üzrə Cenevrə müzakirələrinin həmsədri vəzifəsini icra edən Levent Bilman Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə ediblər.
Novruz Məmmədov: "Prezident İlham Əliyevin Davosda 30-a yaxın görüşü və panel iclaslarda iştirakı planlaşdırılıb"
Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda 30-a yaxın görüşü və panel iclaslarda iştirakı planlaşdırılıb. Bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədov "Twitter"dəki səhifəsində yazıb.
İlham Əliyev Davosda OPEC-in baş katibi ilə görüşdü
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 23-də Davosda Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo ilə görüşüb.
Tarixi mirasımız: Azərbaycan Xalq Cümhuriyyəti
Heç kəsə sirr deyil ki, geridə qoyduğumuz 2017-ci ildə Azərbaycanın daxili və xarici siyasətinin uğurları artan tempdə inkişaf etmişdir. Ölkəmizin istənilən lokal və ya beynəlxalq layihələrdə yüksək səviyyədə iştirakı dünya arenası tərəfindən diqqət mərkəzində olmağımızla nəticələnmişdir. Dünyada baş verən mənfi çaxnaşmalarla paralel olaraq ölkəmizdə bu və ya bu kimi müsbət müvəffəqiyyətlərə nail olmaq olduqca çətin bir məsələdir. Bütün bunlara baxmayaraq, Azərbaycanın stabil şəkildə tərəqqisi ötən il ərzində də çox uğurla baş tutdu və bu tərəqqinin səbəbi isə, təbii ki, Respublika daxilində olan əmin-amanlıqdır. Əlbəttə, bu firavan həyatın və cəmiyyət üzvləri arasında ictimai sabitliyin olması birbaşa olaraq ölkənin artan templə inkişafına səbəb olmuşdur. Ölkə rəhbərimiz cənab İlham Əliyevin vurğuladığı kimi: “Sabitlik olmadan heç bir ölkə inkişaf edə bilməz”. Həqiqətən də, Azərbaycan xalqının ən önəmli dəyəri onun cəmiyyətinin firavan həyat yaşamasıdır.
“Avropa Şurası ikili standartlar siyasətindən əl çəkməlidir”
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası çərçivəsində Büro və Daimi Komitənin ötən sessiyadan sonra keçən müddətdə görülən işlər barədə hesabatı dinlənilib və onun ətrafında geniş müzakirələr aparılıb. Parlament Assambleyası Bürosu və Daimi Komitəsinin “İnkişaf haqqında hesabatı” ətrafında müzakirələrdə Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov da çıxış edərək diqqəti bir sıra mühüm məsələlərə çəkib. O, əvvəlcə Avropa Şurasının keçən müddətdəki fəaliyyətini xatırladaraq, keçmişdə buraxılmış nöqsanlara daha ciddi münasibət bildirməyin vacib olduğunu söyləyib.
"Human Rights Watch" kimi təşkilatlar ölkəmizə təzyiq edə bilməz
"Human Rights Watch" təşkilatının Azərbaycana qarşı növbəti dəfə qərəzli hesabatı heç də təəccüb doğurmur. Çünki "Human Rights Watch" kimi təşkilatlar qərəzli hesabatlar hazırlayaraq kimlərinsə maraqlarına xidmət etdiklərini çoxdan təsdiqləyiblər. Eyni amala xidmət edən hüquq müdafiə təşkilatları illərlədir Azərbaycan dövlətinin maraqları əleyhinə çıxaraq ölkəmiz haqqında yalan məlumatlar yaymaqla məşğuldurlar.
Tarixi keçmişimizi təbliğ etmək üçün daha bir fürsət
Azərbaycan Prezidenti İlham Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” sərəncamı ölkə ictimaiyyəti tərəfindən müsbət dəyərləndirilir. Ona görə ki, tarixdə müxtəlif soyqırım hadisələri baş verib və bu soyqırım hadisələri “Genosid cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında” Konvensiyanın təsnifatına, əhatə dairəsi və həyata keçirilmə formasına görə bütün dünya ölkələri tərəfindən qəbul olunur.
Sankt-Peterbuqrda 20 Yanvar faciəsinə həsr olunmuş gecə keçirilib
1990-cı il yanvarın 20-də Bakıda baş verən faciənin qurbanları Rusiyanın Sankt-Peterburq şəhərində anılıb. Sankt-Peterburq şəhərində Azərbaycanlıların Milli-Mədəni Muxtariyyətinin rəhbəri Vaqif Məmişov tədbiri açaraq, hadisələrlə bağlı qısa xatırlatma verib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, tədbirdə Azərbaycanın Sankt-Peterbuqrdakı Baş konsulu Sultan Qasımov, Millətlər Evinin direktor müavini Dmitriy Fedotov, professor Yuriy Pompeyev, “Naxçıvan” İctimai Birliyinin rəhbəri İdris Qəhrəmanov, azərbaycanlıların və digər xalqların diaspor nümayəndələri iştirak edib.
“Qərəzli kampaniya aparan təşkilatlara müraciətlər ünvanlanır”
“Ümumiyyətlə, Azərbaycana qarşı tarixin müxtəlif mərhələlərində qərəzli kampaniyalar aparılıb. Təbii ki, burada da erməni diasporunun və lobbisinin təsiri çox güclüdür. Eyni zamanda bir çox ölkələrin də Azərbaycanla bağlı bəzən qərəzli münasibətinin şahidi oluruq”. Bunu Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin təbliğat və informasiya şöbəsinin müdiri Elşad Miraləm deyib.
Günün fotosu - "Bayraqdan uca göydə bir Allahdı, Moskva!"
“Sarksiyanın çıxışı AŞPA-nın özü üçün böyük bir təhqirdir”
“Ermənistan prezidentinin Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında iştirakına və deputatların suallarını cavablandırmasına çox ciddi təpki göstərilməlidir. Çünki Serj Sarkisyan həm işğalçı bir ölkənin prezidentidir, həm də çox qanlı keçmişə malik olan bir şəxsdir”. Bunu siyasi şərhçi Elçin Mirzəbəyli deyib.
Ermənistan atəşkəsə əməl etmir
“OLAYLAR” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 112 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Paravakar kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Kəmərli, Qaymaqlı, Cəfərli, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Çinari, Ayqedzor kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Koxanəbi, Muncuqlu, Qaralar kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.














