Siyasət
Nazarbayev Qarabağa görə bunu edə bilər – İrəvan narahatdır
Konstruktiv siyasət yürüdən Qazaxıstan beynəlxalq gündəmdə olan əsas və ağrılı problemlərlə bağlı hər zaman çox sağlam mövqe sərgiləyir. Bu sözləri politoloq Tofiq Abbasov deyib.
“Ərəb baharı” niyə gözlənilən dəyişiklikləri gətirmədi - təhlil
“Hədəf Bakıdır” sənədli filmi Los Ancelesdə
Heydər Əliyev Fondunun dəstəyilə çəkilmiş və Arzu Əliyevanın baş prodüseri olduğu “Hədəf Bakıdır: Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filmi Los Ancelesdə yerləşən, ABŞ-ın ən böyük və məşhur tibb mərkəzlərindən olan Cedars-Sinai Tibb Mərkəzində nümayiş etdirilib. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü və dəstəyilə keçirilmiş tədbirdə tanınmış həkimlər, xarici ölkələrin baş konsulları, elm və mədəniyyət xadimləri, yerli KİV nümayəndələri, Azərbaycan, yəhudi və digər icmaların fəalları iştirak ediblər.
ABŞ-da hökumətin fəaliyyəti bərpa olunur
PKK terrorçuları belə əsir alındı - Video
Afrində şiddətli döyüşlər - Video
Türkiyədən ABŞ-a RƏDD CAVABI: “Əvvəlcə bunu edin!”
Prezident İlham Əliyev Davosda bir sıra görüşlər keçirib - YENİLƏNİB - FOTO
Ərdoğan: "Türkiyənin heç kimin bir qarış torpağında gözü yoxdur”
ABŞ-ın Haitidəki Səfirliyi Trampa qarşı etiraz aksiyasına görə bağlanıb
Avropa Şurasının baş katibi Azərbaycanda cəzaların humanistləşdirilməsinə dair tədbirləri müsbət qiymətləndirib
Avropa Şurasının baş katibi Torbyörn Yaqland Azərbaycanda cəzaların humanistləşdirilməsinə dair atılan addımları müsbət qiymətləndirib. Məlumata görə, bu barədə o, AŞ Parlament Assambleyasının qış sessiyasında çıxışı zamanı deyib. "Azərbaycanda həbsə salınmaqla bağlı cinayət hüququna dair tədbirlər hazırlanıb. Bu, müsbət addımdır", - deyə baş katib vurğulayıb.
XİN “Zeytun Budağı” əməliyyatına münasibət bildirdi
“Azərbaycan Türkiyənin terror təhdidinə qarşı əsaslı təhlükəsizlik narahatlıqlarını tam şəkildə anlayır”. “Olaylar”ın verdiyi məlumata görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. XİN sözçüsü bildirib ki, Azərbaycan terrorizmdən əziyyət çəkmiş dövlət kimi, terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir və terrorizmə qarşı mübarizədə beynəlxalq ictimaiyyətin səylərini dəstəkləyir: “Beynəlxalq və regional sülh və təhlükəsizliyin təmin edilməsi üçün terror təhlükəsinin kökünün kəsilməsi xüsusilə vacibdir.
"AŞPA-nın aktiv rol alacağını düşünmək olar"
“Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yeni sədrinin bəlli olmasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə hansısa təsirindən söhbət gedə bilməz”. Bunu S siyasi şərhçi Elçin Mirzəbəyli deyib. Bildirib ki, amma nəzərə almaq lazımdır ki, həm ATƏT-ə sədrlik İtaliyaya keçib, həm də indiki şəraitdə AŞPA-nın yeni sədri də italiyalı deputat Mikele Nikoletti seçilib: “Bu aspektdən AŞPA-nın da Dağlıq Qarabağ məsələsinə münasibətdə aktiv rol alacağını düşünmək olar. Çünki İtaliyanın builki sədrliyinin prioritetlərindən biri də özlərinin elan etdiyi kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin tənzimlənməsi ilə bağlıdır. BMT Baş katibi də Dağlıq Qarabağ məsələsinin 2018-ci ildə BMT üçün prioritet təşkil edəcəyini vurğulayıb. Zənnimcə bütün bu açıqlamalar imkan verir ki, AŞPA da münaqişəyə münasibətdə ədalətli mövqe sərgiləyəcək. Eyni zamanda qeyd edim ki, İtaliya ATƏT-in Minsk qrupunun üzvü olan dövlətdir. Təbii ki, bu ölkənin prosesdə aktiv şəkildə iştirak etməsi üçün kifayət qədər ciddi əsas vardır”.








.jpg)





