Siyasət

"AŞPA-nın aktiv rol alacağını düşünmək olar"

22 Yanvar 2018 18:22

“Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yeni sədrinin bəlli olmasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə hansısa təsirindən söhbət gedə bilməz”. Bunu S siyasi şərhçi Elçin Mirzəbəyli deyib. Bildirib ki, amma nəzərə almaq lazımdır ki, həm ATƏT-ə sədrlik İtaliyaya keçib, həm də indiki şəraitdə AŞPA-nın yeni sədri də italiyalı deputat Mikele Nikoletti seçilib: “Bu aspektdən AŞPA-nın da Dağlıq Qarabağ məsələsinə münasibətdə aktiv rol alacağını düşünmək olar. Çünki İtaliyanın builki sədrliyinin prioritetlərindən biri də özlərinin elan etdiyi kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin tənzimlənməsi ilə bağlıdır. BMT Baş katibi də Dağlıq Qarabağ məsələsinin 2018-ci ildə BMT üçün prioritet təşkil edəcəyini vurğulayıb. Zənnimcə bütün bu açıqlamalar imkan verir ki, AŞPA da münaqişəyə münasibətdə ədalətli mövqe sərgiləyəcək. Eyni zamanda qeyd edim ki, İtaliya ATƏT-in Minsk qrupunun üzvü olan dövlətdir. Təbii ki, bu ölkənin prosesdə aktiv şəkildə iştirak etməsi üçün kifayət qədər ciddi əsas vardır”.

Bu Forum ölkələrin inkişafı və əməkdaşlığı üçün bir vasitədir 

22 Yanvar 2018 18:13

“Hər ilin yanvar ayında İsveçrənin Davos şəhərində ənənəvi Ümumdünya İqtisadi Forumu keçirilir”. Bu sözləri açıqlamasında millət vəkili Musa Qasımlı deyib.

Davosda Bakının "Ekspo 2025"ə ev sahibliyinə namizəd şəhər olması ilə bağlı təqdimat keçiriləcək

22 Yanvar 2018 17:49

"Ekspo-2025" (World Expo 2025) Ümumdünya Sərgisinə ev sahibliyi etmək üçün Bakı şəhərinin namizədliyinin irəli sürülməsi ilə əlaqədar, İsveçrənin Davos şəhərində yanvarın 23-də təqdimat keçiriləcək. Rəsmi təqdimat "Bakı Ekspo-2025" Hədəf Qrupunun rəhbəriElçin Əmirbəyov tərəfindən həyata keçiriləcək.

Bizim bildiyimiz ərəb sirri: daşların ətəkdən tökülmə vaxtı

22 Yanvar 2018 17:39

"Səudiyyə Ərəbistanı hakimiyyət dairələri rüşvətxorluq və korrupsiyada ittiham olunan şahzadələrdən 100 milyard dolları alıb büdcəyə qaytarmaq niyyətindədir".

Səməd Seyidov AŞPA-nın vitse-prezidenti seçildi

22 Yanvar 2018 17:27

Bu gün AŞPA-nın qış sessiyasının açılışından sonra qurumun vitse-prezidentləri seçilib.   Bu  posta seçilən 19 deputatdan biri də Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovdur. 

AŞ PA-nın yeni prezidentinin ilk çıxışı: Avropalılar artan münaqişələrdən narahatdır

22 Yanvar 2018 17:25

Avropalılar artan münaqişələrdən narahatdırlar. Məlumata görə, bunu Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yeni sədri Mikele Nikoletti ilk çıxışında deyib. M.Nikoletti bildirib: "Vətəndaşlarımızın çox hissəsi siyasətdən narazıdırlar. Onlar getdikcə artan ekoloji problemlər və münaqişələrdən ciddi narahatlıq keçirirlər və siyasəti gücsüz hesab edirlər".

Armen Sarkisyan prezident seçilərsə, nə dəyişəcək? – Şərh

22 Yanvar 2018 16:57

“Ermənistanda yeni prezidentin seçilməsi ilə bu dövlətin xarici siyasətində dəyişikliyin baş verəcəyini düşünmürəm”. Bu fikri  politoloq Fikrət Sadıqov Ermənistanın hakim partiyası tərəfindən Böyük Britaniyadakı səfir Armen Sarkisyanın prezidentliyə namizədliyinin irəli sürülməsi məsələsini şərh edərkən deyib.

Deputat: “ABŞ terror təşkilatları ilə əməkdaşlıq edir”

22 Yanvar 2018 16:54

“Hesab edirəm ki, Afrində əməliyyatın aparılmasından öncə Türkiyə geniş diplomatik hazırlıqlar aparıb, Vaşinqtonu da xəbərdar edib”. Bu fikri  açıqlamasında Milli Məclisin deputatı Musa Qasımlı deyib.

Deputat: “Ermənistanda prezident rəmzi xarakter daşıyan səlahiyyətlərə malik olacaq”

22 Yanvar 2018 16:49

“Ermənistanda parlament tərəfindən seçilən prezident rəmzi xarakter daşıyan səlahiyyətlərə malik olacaq”. Bu fikri  Milli Məclisin deputatı Rasim Musabəyov deyib.

DİN Milli Şuranın iddialarına münasibət bildirib

22 Yanvar 2018 16:29

Daxili İşlər Nazirliyi (DİN) Milli Şura üzvlərinin yanvarın 20-də Şəhidlər Xiyabanını ziyarəti zamanı polis əməkdaşlarının onlara maneə yaratması barədə iddialarına münasibət bildirib.

“Human Rights Watch” kimi təşkilatlar dünyaya hakimlik etmək istəyirlər”

22 Yanvar 2018 14:47

“Ümumiyyətlə “Human Rights Watch” hüquq-müdafiə təşkilatının 2017-ci ildə dünyada hüquq və azadlıqların vəziyyətinə dair açıqladığı illik hesabata fikir vermək lazım deyil”. Bunu millət vəkili Aydın Mirzəzadə deyib.

Gizli ingilis xəfiyyəsinin siyahısında olan üç siyasi lider...

22 Yanvar 2018 14:24

Tarix çox qəribə üzvi bağlılıq xüsusiyyətlərinə malikdir və müxtəlif siyasi liderlərin missiyasını çox zaman bir-birinə heyrətamiz şəkildə bağlayır.Uinston Çörçill və Marqaret Tetçerin taleyində olduğu kimi. Hərçənd hər iki baş nazir Sovetlər Birliyinin dağılmasını ürəkdən istəyirdilər, lakin onların rəhbərik etdikləri dövrün beynəlxalq şəraiti bir-birindən kəskin fərqlənirdi.

Balkan yarımadasında Azərbaycan sözü

22 Yanvar 2018 14:21

Bolqarıstanın baş naziri Boyko Borisovun Azərbaycana səfərindən bir həftədən artıq vaxrt keçsə də, hələ də istər Bolqar, istərsə də Avropa mediası bu səfər və səfər zamanı müzakirə edilən mövzular ətrafında müxtəlif fikirlər səsləndirir, yazılar dərc edirlər. Ümumiyyətlə bu səfər həm Bkı, həm də Sofiya üçün mühüm əhəmiyyətə malik bir səfər kimi xarakterizə edilir. Elə azərbaycanlı ekspert və politoloqlar da bu qənaətdədirlər.