Siyasət
Ermənistan müəyyən xarici dövlətlərə İranın daxilində xaos yaratmaq üçün bələdçilik edib
Keçən ilin sonları, cari ilin əvvəllərində cənub qonşumuz İran İslam Respublikasında baş verən daxili siyasi gərginlik rəsmi Tehrandan daha çox deyəsən işğalçı Ermənistanı ciddi şəkildə narahat edib. Əslində Ermənistanın İranla bağlı narahatçılığı da başadüşüləndir. Çünki İslam Respublikası işğalçı Ermənistanın əsas müttəfiqlərindən biri hesab edilir.
Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrinə sadiqik
Azərbaycan bu günkü vəziyyəti, inkişaf səviyyəsi, müstəqil ölkə olması zamanına qədər çox əziyyətlər, məhrumiyyətlər çəkib, çətinliklərlə üzləşib. Tarixin müxtəlif dövrlərində Azərbaycan xalqı öz müstəqil fikrini ifadə edib azadlıq arzusunu ortaya qoyanda, dərhal fiziki zor və güclə qarşılaşıb. Hər zaman da xalqımıza qarşı tətbiq edilən fiziki güc, zor yüzlərlə, bəzən isə minlərlə insanımızı aramızdan alıb. XX əsrin əvvəllərindən üzü bəri hər an, hər zaman bu ağrı-acını hiss edib yaşamışıq.
Milli Şura və Müsavatın 20 yanvardan siyasi divident götürmək cəhdləri tənqid olunur
Politoloq: “ABŞ Türkiyədən vaz keçə bilməz”
“ABŞ Türkiyənin Afrində əməliyyatlar aparmasına dəstəyini əslində əməliyyatlar başlamamışdan əvvəl verib. Bəzi ölkələr məsələni BMT TŞ-nin müzakirəsinə çıxarmaq istəyirlər, ancaq ortada fakt var. Fakt ondan ibarətdir ki, Türkiyə dəfələrlə dünya ölkələrini kürd terror qruplarını oradan yığışdırmağı tələb etmişdi”.
Misir mətbuatı 20 Yanvar faciəsindən yazıb
“Vətənpərvər” – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirovun 20 Yanvar hadisəsi ilə bağlı “Qara Yanvar qurbanları ədalət axtarır” sərlöhvəli məqaləsi Misir mətbuatında yayılıb.
Əli Kərimli artistlik edir
"90-cı ilin 20 yanvar günü Elçibəydən tutmuş İsaya, Nemətə, Rəhimə qədər kimin harda olması zaman-zaman bilinsə də, bu zalım oğlu Əli Kərimli o vaxt necə gizlənmişdisə , hara qeyb olmağını hələ də araşdırıb tapa bilən yoxdu".
Nazarbayevin Qarabağ planı Ermənistanı QORXUYA SALDI: İrəvana gözlənilməz ZƏRBƏ
BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilən Qazaxıstan rotasiya qaydalarına uyğun olaraq hazırda Şuraya rəhbərlik edir. Bu, türk ölkəsinə sədrliyi müddətdə bir sıra mühüm addımlar atmağa, ən azından, istədiyi məsələni Təhlükəsizlik Şurasının gündəminə gətirməyə imkan yaradır. Rəsmi Astana sədrlik postunu təhvil alanda prioritetlərinin nüvə silahı olmadan sülhə nail olmaq, qlobal müharibənin qarşısını almaq, lokal münaqişələri həll etmək, terrorizmə qarşı mübarizə aparmaq olacağını açıqladı. Qardaş ölkə Qazaxıstanın bu mühüm posta yiyələnməsi Azərbaycanın maraqları baxımından da tarixi hadisədir. Xüsusilə Astananın lokal münaqişələrin həllini prioritet elan etməsi Dağlıq Qarabağ münaqişəsini Təhlükəsizlik Şurasının gündəminə gətirəcəyi ehtimalını artırır.
Xudu Məmmədovu Zərdüşt Əlizadə öldürüb? - Şok iddiaya cavab
Fəzail Ağamalı: “Xudu Məmmədovu Zərdüşt Əlizadə öldürdü”
BMT-nin Təhlükəsizlik Şurası Türkiyəyə görə toplanır
Deputatımız AŞ PA-nın qış sessiyasında çıxış edəcək
Yanvarın 22-də Fransanın Strasburq şəhərində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası başlayır. “Olaylar” xəbər verir ki, sessiyada bir sıra təşkilati məsələlərə baxılacaq. Belə ki, sessiyanın ilk günü AŞPA-nın prezident, vitse-prezidentləri və qurumun insan haqları üzrə komissarı seçiləcək.
Cəbhədəki vəziyyətlə bağlı son məlumat
"OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyti xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 126 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində və adsız yüksəkliklərdə, İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qaymaqlı, Quşçu Ayrım, Aşağı Əskipara kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Dövlət Departamenti yenə ermənipərəsət mövqe nümayiş etdirir
"Amerika yaxşı halda dostlarını incik salır, pis halda isə itirir. Türkiyəni itirilmiş dostlar siyahısına aid etmək olar. İndi də keçiblər Azərbaycana". “OLAYLAR” xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu səsləndirib.








.jpg)
.jpg)




.jpg)