Siyasət

Azərbaycan XİN: Sarkisyan AŞ PA-dakı çıxışı ilə yenə də beynəlxalq ictimaiyyəti aldatmağa çalışdı

24 Yanvar 2018 17:42

Serj Sarkisyan Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) çıxışı ilə yenə də beynəlxalq ictimaiyyəti aldatmağa çalışdı. Bunu  Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan prezidentinin AŞ PA-dakı çıxışına münasibət bildirərkən deyib.

Ermənilər Talış kəndində binalar tikir? - Nazirlik ifşa etdi

24 Yanvar 2018 17:04

"Talış kəndində yaşayış binalarının inşa edilməsi ilə bağlı erməni tərəfinin yaydığı xəbər məhz daxili auditoriyaya hesablanıb və prezident seçkiləri ərəfəsində təbliğat xarakteri daşıyır”.

Səməd Seyidov AŞPA-da çıxış edən Serj Sarkisyana sərt cavab verib

24 Yanvar 2018 16:36

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, qurumun vitse-prezidentiSəməd Seyidov AŞPA-nın iclasında çıxış edən Ermənistan prezidenti Serj Sarkisyana cavab verib.

Əməliyyatın kod adı - Zahid Orucdan sensasion yazı

24 Yanvar 2018 16:24

ATƏT-in Minsk təşəbbüsləri özünün yubiley yaşını - 25 illiyini sakitcə, təntənəsiz ötürüb keçdi. Əslində atəşfəşanlıq onun harasına yaraşır?! Axı Sovetlər Birliyi dağılandan burun-buruna dayanan tanklar əsil qığılcım alovunu bir andaca saçmağa hazırdılar. Belə vasitəçilik dünya tarixində sabit bir şəkildə heç Fələstin-İsrail konfliktində də olmayıb. İflasa uğrayan danışıqlar raundunun sayı o qədər çoxdur ki, artıq dünyanın onlarla şəhərinin adı ilə çulğalaşan baza prinsipləri nəinki sadə adamların, eləcə də siyasətçilərin yaddaşından silinib gedir. Bişkek simfoniyası, Ki-Uest protesti, Praqa prosesi, Kazan raundu, Vyana kvarteti və sair.

Azərbaycanda Afrin SEVİNCİNİN ÜÇ SƏBƏBİ: Qarabağ, şəhidin mesajı və SON VƏSİYYƏT

24 Yanvar 2018 16:05

Türkiyənin uğurla həyata keçirdiyi Afrin əməliyyatı Azərbaycanda da böyük sevinclə qarşılanır. Ankara İqtisadiyyat və Texnologiyalar Universitetinin professoru, beynəlxalq məsələlər üzrə ekspert Toğrul İsmayıl Afrin əməliyyatının Azərbaycanda böyük sevinclə qarşılanmasının bir neçə cavabını açıqlayıb.

Qarabağ münaqişəsinin həlli diplomatik çərçivə ilə bağlı deyil

24 Yanvar 2018 15:55

Ermənistanda seçki prosesi, daha dəqiq desək parlamentin növbəti müddətə işğalçı ölkəyə prezident təyin etməsi məqamı yaxınlaşdıqca bu ölkədə ictimai-siyasi gərginlik də artır. Hazırkı dövlət başçısı Serj Sərkisyanın özünün xələfi kimi Ermənistanın Böyük Britaniyadakı səfiri Armen Sərkisyanı prezidentliyə namizəd kimi irəli sürməsi işğalçı ölkənin siyasi cameəsində heç də xoş qarşılanmayıb. Bunun isə bir neçə səbəbi var.

Azərbaycan prezidenti Davosda “Neft və qaz sənayesi siyasəti üzrə liderlərin toplantısı” adlı sessiyada iştirak edib

24 Yanvar 2018 15:50

Davosda Dünya İqtisadi Forumu çərçivəsində “Neft və qaz sənayesi siyasəti üzrə liderlərin toplantısı” adlı sessiya keçirilib. Məlumata görə, Azərbaycan prezidenti İlham Əliyev sessiyada iştirak edib.

Prezident Administrasiyasında struktur dəyişiklikləri olub

24 Yanvar 2018 15:43

Prezidentin Administrasiyasının strukturundakı dəyişikliklər açıqlanıb. Məlumata görə, Azərbaycan prezidenti İlham Əliyev 30 may 2017-ci ildə “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturunun təsdiqi və işçilərinin say həddinin müəyyən edilməsi haqqında” sərəncam imzalayıb.

Azərbaycan prezidenti BP-nin baş icraçı direktoru ilə görüşüb

24 Yanvar 2018 15:30

Azərbaycan prezidenti İlham Əliyev Davosda BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşüb. Bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətindən verilən məlumatda deyilir.

AŞ PA sessiyasında "Qarabağ"dan danışdılar: Klub erməni işğalı səbəbindən rəqiblərini Ağdamda qəbul edə bilmir

24 Yanvar 2018 15:10

Azərbaycanı, o cümlədən Ağdam şəhərini təmsil edən "Qarabağ" futbol klubu İngiltərə, İspaniya və İtaliyadan olan rəqiblərini doğma meydanında qəbul edə bilmədi. Buna səbəb Ağdamın hələ də erməni silahlılarının işğalı altına qalmasıdır.

Fransa prezidenti: “Dağlıq Qarabağ münaqişəsi dondurulmayıb”

24 Yanvar 2018 15:02

“Dağlıq Qarabağ münaqişəsi dondurulmayıb". Məlumata görə, bunu Fransa prezidenti Emmanuel Makron Ermənistan rəhbəri Serj Sarkisyan ilə görüşü zamanı deyib.

"Azərbaycanın reytinqdə irəliləməsi gerçəklikləri əks etdirir”

24 Yanvar 2018 15:01

“Azərbaycan reytinqdə beş pillə irəlidə olması Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə yürüdülən və müsbət nəticələr verən dərin, geniş islahatlar siyasətinin yekununda yaranmış gerçəklikləri əks etdirir”. Bunu  millət vəkili Musa Qasımlı deyib.

Türkmənistan səfiri: "Bu il əlaqələri inkişaf etdirmək üçün böyük planlar var"

24 Yanvar 2018 14:50

"Türkmənistan və Azərbaycan arasında əlaqələr bütün sahələrdə çox yüksək səviyyədədir və bu əlaqələr güclənməkdə davam edir". Məlumata görə, bu sözləri keçirdiyi mətbuat konfransında Türkmənistanın Azərbaycandakı səfiri Məkan İmankuliyev deyib. O bildirib ki, Türkmənistan prezidenti Qurbanqulu Berdimuhammedovun Azərbaycana səfəri və imzalanan sənədlər paketi bu əlaqələrin daha da inkişafı üçün böyük stimul olub: "Bu il üçün əlaqələri inkişaf etdirmək üçün böyük plan və perspektivlər var. Əlaqələrimizdə müsbət dinamika hiss olunur".

“Azərbaycan ordusu Qarabağda antiterror əməliyyatına başlamalıdır”

24 Yanvar 2018 14:45

"Türkiyə ordusunun Suriyada antiterror əməliyyatlarına başlaması qardaş ölkənin haqqıdır və beynəlxalq hüquq normalarına uyğundur”. Bu fikirləri Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun Prezidenti, Avropa Azərbaycanlıları Konqresinin Birinci Vitse-Prezidenti Füzuli Məmmədov səsləndirib.

Azərbaycana qarşı daha hansı ssenarilər hazırlanır?

24 Yanvar 2018 14:38

Zaman-zaman Azərbaycanı istəməyən xarici qüvvələr ölkəmizə qarşı qərəzli mövqelərini ortaya qoyublar. Maraqlı məqam ondan ibarətdir ki, ölkəmizdə gedən sosial-iqtisadi inkişfı, həyata keçirilən siyasi, iqtisadi islahatları, demokratik prosesləri görmək istəməyən anti-Azərbaycan qüvvələri beynəlxalq təşkilatlar vasitəsilə saxta hesabatlar ərsəyə gətirilər.