Siyasət
“Dağlıq Qarabağ probleminin həlli kifayət qədər yetişib"
“Dağlıq Qarabağ problemi artıq həll edilmək üçün kifayət qədər yetişib. Əgər bu problemin həlli əvvəllər ancaq Azərbaycanın maraqlarına cavab verirdisə, yəni Azərbaycanın ərazi bütövlüyünü təmin edirdisə, bir milyona yaxın vətəndaşımız öz yurd-yuvalarına qayıda bilirdisə, hal-hazırda problemin həlli Ermənistanın və onu müdafiə edən dairələrə hava və su kimi lazımdır”. Bunu millət vəkili Aydın Mirzəzadə deyib.
Sahibə Qafarova AŞPA-da "Zeytun budağı” əməliyyatından danışdı MÖVQE
"Türkiyə Silahlı Qüvvələri tərəfindən həyata keçirilən "Zeytun budağı” əməliyyatının məqsədi Türkiyənin sərhədlərinin təhlükəsizliyini təmin etmək, bölgədəki terror təhlükəsini zərərsizləşdirməkdir". Bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyası çərçivəsində bu gün keçirilən müzakirələrdə çıxışı zamanı Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, qurumun miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri Sahibə Qafarova deyib.
“Sərkisyanın AŞPA-dakı çıxışı yalan üzərində qurulmuşdu”
“Ermənistan prezidenti Serj Sərkisyanın AŞPA-dakı çıxışı yalan üzərində qurulmuşdu”. Bunu politoloq Elxan Şahinoğlu deyib.
Terrorizmlə mübarizəyə «ikili standart» mövqeyindən yanaşılmamalıdır
Azərbaycan Türkiyə ilə hər zaman bir-birinə dayaq, dəstək olub. İki ölkə arasında dostluq, qardaşlıq münasibətləri elə bir səviyyədə inkişaf edib ki, heç bir kənar təsir Bakı ilə Ankara arasında problem, ziddiyyət yaratmaq gücündə, iqtidarında deyil. Tarixən istər xoş, istərsə də faciəli günlərində bir-birinə dəstək olan, müdafiəsinıə qalxan Azərbaycan və Türkiyə zaman-zaman acılı-şirinli anlar yaşayıb. İstər XX əsrin əvvələrində, istər həmin əsrin sonlarında, istərsə də günümüzdə.
“Təəssüf ki, xristian həmrəyliyi daha da güclənir”
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyasında işğalçı dövlətin prezidenti Serj Sərkisyanın çıxışı tənqidə tuş gəlib. Xüsusən, qurumda təmsil olunan Azərbaycan nümayəndə heyətinin üzvləri Ermənistan prezidentini fakt qarşısında qoyublar. Millət vəkili, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva qeyd edib ki, AŞPA-da yenə də ikili standartın şahidi olduq: birincisi Rusiyaya Ukraynanın Krım bölgəsini işğal edibsiniz ona görə sizin buradakı səsvermə hüququnuzu əlinizdən almışıq deyənlər, Azərbaycan torpaqlarını işğal etmiş işğalçı Ermənistanın işğalçı prezidentini AŞPA-y dəvət edib, çıxış verdilər: “Bu qurum “Rusiyanın Assambleyada təkrar fəaliyyətinə dair qəbul etdiyimiz qətnamələrə əməl etmədən olmaz” – deyən AŞPA-nın 1416 saylı qətnaməsi də daxil olmaqla Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını azad etməsini nəzərdə tutan qətnamələrinə əməl etməyən Ermənistanı heç bir şərt irəli sürmədən Assambleyaya dəvət edib, çıxış verir.
“Xocalı ilə bağlı virtual həmrəyliyimizi ortaya qoymalıyıq”
Politoloq Ramiz Alıyev Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə aparılan “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində yanvarın 26-dan etibarən bir ay ərzində sosial şəbəkələrdə birlikdə etiraz edilməsi təklifini verib.
Səfir: "İtaliyada TAP əleyhinə etirazlar Azərbaycana qarşı deyildi"
“İtaliyada “No TAP” etirazları Azərbaycana və Azərbaycan qazına qarşı olmayıb. Bunu ilkin olaraq vurğulamaq istəyirəm”. Bu sözləri İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari deyib.
AŞPA-da Azərbaycan nümayəndəsinin məruzəsi dinləniləcək
Yanvarın 25-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası çərçivəsində Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyevanın məruzəsi dinləniləcək.
Oqtay Əsədov: “Azərbaycan və Koreya arasında dostluq əlaqələri dərin köklərə malikdir”
Milli Məclisin sədri Oqtay Əsədov Koreya Milli Assambleyasının üzvü, Koreya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Li Myonq Sunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyindən cəbhədə itkilər xəbəri ilə bağlı- AÇIQLAMA
Guya cəbhə xəttində gərginliyin yaranması, Azərbaycan tərəfinin itkilər verməsi barədə Ermənistan tərəfinin təxribat məqsədilə yaydığı xəbərin heç bir əsası yoxdur. Bunu Müdafiə Nazirliyi Mətbuat Xidmətindən bildiriblər.
Ermənilər atəşkəsə əməl etmir
“OLAYLAR” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 109 dəfə pozub.
XİN: Yapon dənizində itkin düşən gəmidə azərbaycanlıların olub-olmadığı araşdırılır
"Hazırda Azərbaycanın Yaponiyadakı səfirliyi Yapon dənizində itkin düşmüş Rusiyaya məxsus “Vostok” balıqçı gəmisində Azərbaycan vətəndaşlarının olub-olmaması məsələsini araşdırır".
SENSASİYA: Aprel döyüşlərinə qatılan ermənilər Afrində Türkiyəyə qarşı vuruşur
AŞPA-da Sarksiyana qarşı etiraz aksiyası keçirildi
Azərbaycanın hüquq müdafiəçisi Əhməd Şahidov AŞPA-nın qış sessiyasında Ermənistan prezidenti Serj Sarkisyanın çıxışı zamanı ona qarşı səssiz etiraz aksiyası keçirib. Məlumata görə, Əhməd Şahidov Sarkisyan çıxış edərkən əlində Kəlbəcərdə erməni işğalçıları tərəfindən girov götürülən Şahbaz Quliyev və Dilqəm Əsgərovun fotolarını tutub: “Mən əyləşən sektorda hamısı erməni idi, amma heç nə edə bilmədilər. Məsələyə AŞPA-nın təhlükəsizlik xidmətinin əməkdaşları qarışdı və məni zaldan çıxardılar. Sarkisyanın başını qaldırıb girovların fotolarına baxması bu mübarizəmizin boşuna getmədiyini göstərdi”.
Vüqar Rəhimzadə: Prezidentimizin çıxışı Azərbaycanla bağlı qərəzli məlumatlar yayanlara tutarlı cavab oldu
“Bu gün bütün dünyanın diqqəti Davosa yönəlib. Artıq 48-ci dəfədir ki, keçirilən Davos İqtisadi Forumunda bir çox mühüm məsələlər müzakirə edilir. Ümumiyyətlə, bu Forum ölkəmiz üçün xüsusi önəm kəsb edir. Çünki Azərbaycan da bu beynəlxalq tədbirdə təmsil olunur, möhtərəm Prezidentimiz Forum çərçivəsində mühüm görüşlər keçirir, qarşılıqlı faydalı müzakirələr aparılır. Bu görüşlər zamanı ölkəmizin gələcək inkişafı, yeni əməkdaşlıq imkanları ilə bağlı mühüm razılaşmalar əldə edilir.














.jpg)