Siyasət

Azərbaycanlı deputat Avropa Şurasını ittiham etdi

26 Yanvar 2018 11:23

AŞPA-nın qış sessiyasının ilk günlərində insan hüquqları üzrə yeni komissar seçildi. Avropa Şurasının hazırkı komissarı Nils Muiznieks Azərbaycana qarşı daim qeyri-obyektiv, qərəzli mövqeyi ilə seçilmiş bir şəxsdir. Təsadüfi deyil ki, ötən sessiyalarda onun Azərbaycan əleyhinə işləyən gizli qruplaşmalarla bağlı olması haqqında avropalı müstəqil araşdırıcıların tərtib etdiyi ifşaedici hesabat yayılıb.

Sevinc Fətəliyeva: “Zorakılıqlar uşaqlara ciddi psixoloji zərbə vurur”

26 Yanvar 2018 11:21

“Dağlıq Qarabağda gərginlik davam edir və təmas xətti boyunca dəfələrlə zorakılıq aktları nəticəsində uşaqlar, mülki şəxslər həyatlarını itiriblər. Bu regionda son hadisələrdən sonra həmməruzəçilər hər iki ölkəni münaqişəni sülh yolu ilə həll etməyə çağırıblar. Assambleya dəfələrlə münaqişələrlə bağlı qətnamələr qəbul edərək, tərəfləri Avropa Şurasının üzv dövlətləri kimi öhdəliklərinə riayət etməyə səsləsə də, təəssüf olsun ki, sülh hələ də bərqərar olmayıb”.

Prezident səfirlərin etimadnamələrini qəbul etdi

26 Yanvar 2018 11:08

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 26-da Ekvadorun ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri German Alexandro Orteqa Almeydanın etimadnaməsini qəbul edib.

Daşaltı əməliyyatından 26 il ötür

26 Yanvar 2018 09:10

Daşaltı kəndinin erməni silahlı birləşmələrindən təmizlənməsi məqsədilə keçirilən əməliyyatdan 26 il ötür. Daşaltı əməliyyatı hərb tariximizə I Qarabağ müharibəsində Azərbaycan Ordusunun ağır məğlubiyyətə uğraması ilə yanaşı, ordumuzun qəhrəmanlığı və şücaəti ilə də düşüb. Daşaltı əməliyyatı 1992-ci il yanvarın 25-də saat 20:00-da başlanıb, yanvarın 26-da gecə uğursuzluqla başa çatıb. Şuşa yaxınlığında yerləşən, Əsgəran rayonunun Daşaltı kəndinin erməni yaraqlılarından azad edilməsi məqsədilə keçirilən əməliyyata sabiq müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev birbaşa rəhbərlik edib.

Prezident İlham Əliyev Avstraliya və Hindistanın dövlət başçılarını təbrik edib

25 Yanvar 2018 18:14

Prezident İlham Əliyev Avstraliya İttifaqının General-Qubernatoru Piter Kosqrova təbrik məktubu göndərib.

Bakıda Türkiyəyə dəstək aksiyası keçiriləcək

25 Yanvar 2018 17:52

Beynəlxalq Diaspor Mərkəzinin (BDM) təşkilatçılığı ilə Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Səfirliyi qarşısında Türkiyə Ordusunun Afrində terrorçulara qarşı həyata keçirdiyi “Zeytun budağı” əməliyyatına dəstək aksiyası keçiriləcək. “OLAYLAR” xəbər verir ki, aksiyada Türkiyəyə dəstək nümayiş etdiriləcək, şəhidlər anılacaq.  Aksiya 26 yanvarda Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Səfirliyi qarşısında baş tutacaq. 

Zaxarovadan Qarabağ açıqlaması: Danışıqlar...

25 Yanvar 2018 17:49

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar prosesində effektivliyi artırmaq lazımdır. Məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi ənənəvi brifinqdə bildirib.

Azərbaycan Kanadaya nota göndərib

25 Yanvar 2018 17:38

Azərbaycan Kanadanın Xarici İşlər, Ticarət və İnkişaf Departamentinə nota göndərib. Bu barədə XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Bəhruz Quliyev: “Medianın fəaliyyətində məhdudiyyətdən danışmaq qeyri-mümkündür”

25 Yanvar 2018 17:11

“Prezident İlham Əliyevin Davos İqtisadi Forumu çərçivəsində irəli sürdüyü əhəmiyyətli fikirlərdən biri də media və söz azadlığının mövcudluğu, eləcə də Azərbaycanın maraqlarına qarşı çıxış edən müəyyən xarici dairələrin cəhdləri ətrafında oldu ki, bu da özündə bir-sıra mühüm məqamları ehtiva etməkdədir”. Bu fikirləri Bəhruz Quliyev ölkə başçısının Davos Dünya İqtisadi Forumu çərçivəsində “Strateji perspektivlər: Avrasiya” adlı panel müzakirəsindəki çıxışını şərh edərkən bildirib.

Azərbaycanlı deputat Türkiyə çıxışı ilə AVROPANI SİLKƏLƏDİ: Xeyr, xanımlar və bəylər, buna “işğal”...

25 Yanvar 2018 17:02

Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin rəhbəri, qurumun vitse-prezidenti Səməd Səmədov AŞPA tribunasında çıxışı zamanı Türkiyənin Afrin əməliyyatını “işğal” adlandıranlara cavab verib. Türkiyənin terrora qarşı mübarizə apardığını bildirib.

Azərbaycan XİN: "Xocalı faciəsinə görə Ermənistanın hərbi-siyasi rəhbərliyində olan şəxslər də cinayət məsuliyyəti daşıyırlar"

25 Yanvar 2018 16:43

Ermənistan rəhbərliyi və Ermənistan xarici işlər nazirliyinin instutisonal yaddaş pozğunluğu və ya amneziyadan əziyyət çəkdiyini nəzərə alaraq, onlara Ermənistanın o zaman müdafiə naziri və hal-hazırda prezidenti olan Serj Sarkisyanın Böyük Britaniyadan olan jurnalist Tomas de Vala açıqlamasını xatırlatmaq istərdik.

Azərbaycan diasporunun iştirakı ilə Danimarkada Türkiyəyə dəstək aksiyası

25 Yanvar 2018 16:13

Avropa Türk Dərnəkləri Təşkilatının təşkilatçılığı ilə Danimarkada Türkiyənin Afrində həyata keçirdiyi antiterror əməliyyatlarına dəstək aksiyası keçirilib. Bu barədə məlumat “OLAYLAR”-a Danimarkada fəaliyyət göstərən “Vətən” Cəmiyyətindən daxil olub. Bildirilib ki, Kopenhagendə keçirilən aksiya çərçivəsində Türkiyənin haqlı mövqeyi danimarkalılar və bu ölkəyə səfər edən qonaqlara çatdırılıb. 100-ə yaxın iştirakçının olduğu aksiyada İzmir marşı, Mehtər marşları və “Çırpınırdı Qara dəniz” mahnıları ifa edilib.

Serj Sərkisyan bilsin ki....

25 Yanvar 2018 15:47

“Serj Sarkisyan AŞPA kürsüsündən sərsəm açıqlamalarına cavab olaraq bilsin ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar Azərbaycan özünün haqlı və ədalətli mövqeyindən heç vaxt geri çəkilməyəcək”.

Millət vəkilimiz AŞPA-nın komitə sədri seçilib

25 Yanvar 2018 15:15

Azərbaycanlı deputat AŞPA-nın alt komitəsinin sədri seçilib. “Olaylar”ın xəbərinə görə, belə ki, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva yenidən qurumun sosial məsələlər, sağlamlıq və davamlı inkişaf komitəsinin Avropa Sosial Xartiyası üzrə alt komitəsinin sədri seçilib. Millət vəkili isə bunun həm ona, həm də Azərbaycan nümayəhdə heyətinə etimadın nəticəsi kimi qiymətləndirib.

ATƏT PA-nın prezidenti: Həlli uzanmış münaqişələrin nizamlanması prioritetlər sırasındadır

25 Yanvar 2018 14:58

ATƏT məkanında həlli uzanmış münaqişələrin nizamlanması 2018-ci ildə ATƏT Parlament Assambleyasının əsas prioritetlərindən biridir. Məlumata görə, bunu ATƏT PA-nın prezidenti Georgi Sereteli təşkilatın Daimi Şurasının Vyanada keçirilən iclasında deyib.