Siyasət
Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həll edilməsi strateji zərurətdir
Son vaxtlar Ermənistanın mövqeyində yenidən aqressivlik, sülh danışıqlarından yayınma kimi mənfi tendensiyalar müşahidə edilməkdədir. Ən son xarici işlər nazirlərinin Krakovda görüşünün nəticəsiz başa çatması və işğalçı ölkə prezidenti Serj Sərkisyanın AŞPA-dakı çıxışı zamanı səsləndirdiyi sərsəm fikirlər də bunu təsdiqləyir. Millət vəkili Zahid Oruc Dağlıq Qarabağ probleminin həlli istiqamətində gedən proseslərə diqqət çəkərək bildirib ki, Krakov görüşü prezidentlərin nöbəti görüşü üçün hazırlıq ola bilər: “Bununla yanaşı xarici işlər naziri Elmar Məmmədyarov bildirdi ki, münaqişənin həlli prosesində yeni yanaşmalar var.
Cümhuriyyətin 100 illiyi ilə bağlı tədbirlərin çoxunu parlament həyata keçirəcək
“Bildiyimiz kimi, bu il Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycanlıların soyqırımın 100 illiyi tamam olur. Həmçinin cənab prezident İlham Əliyev 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edib”.
Adil Əliyev: “Ermənistan prezidentinin yalanları keçmir”
“Ermənistan prezidenti Serj Sərkisyan Fransaya səfər etdi, həm Parisdə bu ölkənin prezidenti Emmanuel Makronla görüşdü, həm də Strasburqa gedərək AŞPA-da çıxış etdi. Onun Parisdə və Strasburqda danışdıqları yalandan başqa bir şey deyildi. Bəlkə Avropada kimlərsə onun yalanlarına inanar, ancaq Azərbaycan torpaqlarının işğalında bilavasitə iştirak edən, Xocalıda günahsız insanlarımızı vəhşicəsinə qətlə yetirən birisindən “biz sülh istəyirik” sayıqlamasını heç öz ölkəsinin əhalisi ciddi qəbul etməz”. Bu sözləri Milli Məclisin deputatı Adil Əliyev Sərkisyanın Fransa səfərini şərh edərkən deyib.
Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıdıb
NATO-nun Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi “Qətiyyətli Dəstək” qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Ordusunun 43 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb. “OLAYLAR” xəbər verir ki, bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb. Əfqanıstandan qayıdan sülhməramlıların qarşılanma mərasimi keçirilib.
Ərdoğan radio şirkətini İlham Əliyevə görə cəzalandırdı
Qazaxıstanın spikeri Azərbaycana səfər edəcək
Qazaxıstan parlamentinin Gənclər və idman komitəsinin sədrinin Azərbaycana səfəri gözlənilir. “Olaylar”ın xəbərinə görə, bu haqda Milli Məclisin (MM) Gənclər və idman komitəsinin üzvü Adil Əliyev adıçəkilən komitənin yanvarın 26-da keçirilən iclasında bildirib.
Xanlar Vəliyev: “Ermənilərin törətdiyi cinayətlərlə bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir”
Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyev ermənilərin azərbaycanlılara qarşı törətdiyi cinayət işlərinin istintaqından danışıb. X. Vəliyev Hərbi Prokurorluqda keçirilən kollegiya iclasında Xocalı, Qaradağlı, Meşəli, Bağanis-Ayrım faciələri, terror, habelə əsir düşmüş şəxslərə işgəncə verilməsi və Ermənistan silahlı qüvvələrinin törətdikləri digər cinayət əməlləri ilə bağlı hərbi prokurorluqda aparılan istintaq barədə kollegiya iştirakçılarına məlumat verərək bildirib ki, həmin cinayət işi üzrə hazırda intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Azay Quliyev: "QHT layihələrinin maliyyələşdirilməsi üçün ayrılan vəsait kifayət deyil"
"Şuranın bir neçə ilə xarici QHT-yə uğurla verdiyimiz dəstək artıq 2 ildir, dayandırılıb". Məlumata görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev bildirib.
Düşmən 116 dəfə atəşkəsi pozub
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 116 dəfə pozub.
Bayram Səfərov: "Sarkisyan sadə və kasıb erməniləri aldatmağa çalışır"
"Serj Sarkisyan AŞPA-dakı çıxışında növbəti dəfə sərsəmlədi. O, sadə və kasıb erməniləri aldatmağa çalışır". Bunu "Azərbaycan RespublikasınınDağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin sədri Bayram Səfərov Ermənistan prezidentinin AŞPA-dakı çıxışına münasibət bildirərkən deyib.
Rusiyalı həmsədr nazirlərin Krakov görüşünün bəzi detallarını açıqladı
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Krakovda keçirilən görüşündə əsasən münaqişə zonasında ATƏT-in müşahidə missiyasının genişləndirilməsi məsələsi müzakirə olundu. Nazirlər vasitəçilər tərəfindən hazırlanan əlavə yeddi müşahidəçinin fəaliyyətini müəyyən edən sənədlərə prinsipal razılıq verdilər.
Deputatımız AŞ PA-da məruzə ilə çıxış edəcək
Yanvarın 25-da Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyası çərçivəsində Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Vüsal Hüseynovun məruzəsi dinləniləcək.
Həmsədrlər növbəti dəfə regiona səfər edəcəklər
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk Qrupunun həmsədrləri fevralın birinci ongünlüyündə regiona səfər edəcəklər. Bunu açıqlamasında Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov deyib.
Uşaqlar silahlı münaqişələrin qurbanına çevriliblər
“Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının 2017-ci il sentyabrın 1-nə olan statistikasına görə, itkin düşmüş 3868 azərbaycanlıdan 3126-sı hərbçi, 742-si isə mülki şəxs olub. Mülki şəxslər arasında 62 uşaq, 262 qadın və 302 yaşlı insan olub. Bundan əlavə, əldə edilən məlumata əsasən itkin düşmüş 3868 nəfərdən 872-si erməni hərbçiləri tərəfindən əsir və girov götürülüb.
Sahibə Qafarova: “193 azərbaycanlı uşaq erməni vandalları tərəfindən qətlə yetirilib”
“Bir sıra regionlarda müharibə alovlarının şiddətləndiyi indiki məqamda uşaqların münaqişələrdən qorunması, onların yaşamaq hüquqlarının müdafiəsi olduqca vacib, hətta taleyüklü məsələyə çevrilib. Əlbəttə, uşaqların qorunması beynəlxalq humanitar hüquq və insan haqları, 1949-cu il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə, eləcə də uşaq və insan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair konvensiyalarda təsbit edilib. Ancaq beynəlxalq hüquqi sənədlərdə təsbit olunmuş bu məsələlərə heç də əməl olunmadığını aydın görürük”.














