Siyasət
Azərbaycan prezidenti Əfqanıstan prezidentinə başsağlığı verdi
Azərbaycan prezidenti İlham Əliyev Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qaniyə başsağlığı verib. Prezident İlham ƏliyevƏfqanıstan prezidentinə ünvanlanan məktubunda bildirib ki, Kabil şəhərində törədilmiş güclü partlayış nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbərdən olduqca kədərlənib.
ABŞ Türkiyənin qarşısında geri çəkildi
Əli Həsənov: “Mehman Əliyevin iddiaları kökündən yanlış mülahizələrdir”
İlham Əliyev Koreya Respublikasının Prezidentinə başsağlığı verdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Koreya Respublikasının Prezidenti Mun Ce-inə başsağlığı məktubu göndərib. Dövlətimizin başçısı məktubda Miryan şəhərində xəstəxanada baş vermiş yanğın nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbərdən son dərəcə kədərləndiyini bildirib.
Aİ: GUAM regional əməkdaşlıq formatı kimi mühim rol oynayır
Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat - GUAM həll olunmamış münaqişələrdən əziyyət çəkən ölkələr üçün regional əməkdaşlıq formatı kimi mühim rol oynayır.
İlham Əliyev Honduras Prezidentini təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Honduras Prezidenti Xuan Orlando Ernandes Alvaradoya təbrik məktubu göndərib.
Deputat: "Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında itirilmiş etimadın bərpa olunması üçün yollar tapmaq lazımdır"
Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında itirilmiş etimadın bərpa olunması üçün yollar tapmaq lazımdır. Məlumata görə, bunu Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyası zamanı Milli Məclisin deputatı Rövşən Rzayev deyib.
Avropa Parlamentinin üzvü Dağlıq Qarabağa qanunsuz səfər edib
Avropa Parlamentinin İsveçdən olan üzvü, xarici əlaqələr komitəsinin nümayəndəsi Lars Adaktusson Azərbaycanın işğal edilmiş ərazisi olan Dağlıq Qarabağa qanunsuz səfər edib.
Müdafiə Nazirliyi KİV-lərə müraciət etdi
Müdafiə Nazirliyi KİV-lər müraciət edib. OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, Kütləvi informasiya vasitələrinin nümayəndələrindən xahiş olunur ki, Azərbaycan Ordusu haqqında rəsmi məlumatlar yayarkən Müdafiə Nazirliyi binasının təqdim olunan yeni görüntülərini əks etdirən foto və videomateriallardan, eləcə də ön xətdən çəkilən videokadrlardan istifadə etsinlər.
“Azərbaycanın işğal edilmiş ərazilərində anti-terror əməliyyatı keçirməsi mümkündür”
ATƏT-in Minsk qrupunun həmsədrləri və Rusiya təmsilçiləri son vaxtlar Dağlıq Qarabağ münaqişəsində irəliləyişin olması ilə bağlı dəfələrlə bəyanat verib. Bu politoloq və siyasi şərhçilər səviyyəsində də təkrarlanıb.
“Deyəsən, Sarkisyan 2016-cı ilin aprel dərslərini yaxşı həzm edə bilməyib”
“Ermənistan prezidenti Serj Sarkisyanın siyasi kredosu nifrət və düşmənçilik qayələri üzərində qurulub, buna görə də o, barışıq barədə qətiyyən düşünmür”. Bu fikri açıqlamasında siyasi şərhçi Tofiq Abbasov deyib.
Müəyyən qrup İŞİD-çilərin sərhəd rejimini aşaraq Ermənistanın daxilinə girməsi mümkün məsələdir
Ermənistan ənənəvi təxribatlarını davam etdirir. Özü də bu təxribatlar özünü həm cəbhə xəttində, həm də diplomatik sahədə büruzə verir. Belə ki, işğalçı ölkənin rəhbərliyi bir tərəfdən Avropa Şurası Parlament Assambleyası kimi bir qurumda çıxışı zamanı səsləndirdiyi sərsəm bəyanatlarla növbəti dəfə danışıqlar prosesini pozmağa cəhd göstərir, öz aqressiv münasibətini sərgiləyir, digər tərəfdən cəbhə xəttində Azərbaycanın guya hücum cəhdinə əl atdığı və nəticədə geri oturdulduğu barədə yalan məlumatlar yaymaqla guya rəsmi Bakının sülh prosesinə mane olduğu görüntüsü yaratmağa çalışır.
“Hər birimiz İlham Əliyevə səs verəcəyik”
“Azərbaycanda sabitlik, ölkəmizin inkişafı naminə hər bir millət vəkili eyni zamanda, ölkə Prezidentin müdafiəçisi, vəkili olmalıdır”. “Olaylar” xəbər verir ki, bunu Azərbaycan Ağsaqqallar Şurasının (AAŞ) sədri, millət vəkili Fəttah Heydərov sədr müavini olduğu Milli Məclisin (MM) Regional məsələlər komitəsinin yanvarın 26-da keçirilən iclasında bildirib. O, bildirib ki, bu gün dünyada çox ağrılı, qorxulu proseslər gedir və ölkəmizi bu proseslərdən kənarda tutmaq üçün ölkə Prezidenti, dövlət rəhbərliyi səviyyəsində çox mühüm addımlar atılır: “Bu gün məhz ölkə Prezidenti İlham Əliyevin müdrik, uzaqgörən siyasəti sayəsində Azərbaycan bölgədə və dünyada təhlükəsizlik və sabitlik adasına çevrilib. Biz də Milli Məclis, Regionla məsələlər komitəsi olaraq, öz üzərimizə düşən işləri görürük və görməyə çalışırıq. Qarşıdan da çox mühüm bir proses-prezident seçkiləri gəlir. Ona görə hesab edirəm ki, Azərbaycan naminə görülən işlərdə və bu işlərin davam etdirilməsində hər birimiz, hər bir millət vəkili eyni zamanda, ölkə rəhbərinə dəstək, onun vəkili olmalıdır”.
Siyavuş Novruzov: "Bu il seçki ilidir, belə təxribatlar çox olacaq"
"Amerikada vətəndaş müharibəsi gedəndə, Azərbaycanda mətbuat olub. Azərbaycan xalqı hər zaman mətbuata meyilli olub və bütün azadlıqlarından etik çərçivədə istifadə edib".
Azərbaycanlı deputatın dünyanı silkələyən Türkiyə çıxışına Ərdoğandan REAKSİYA
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin sədri, bu qurumun vitse-prezidenti Səməd Seyidova təşəkkür edib. Prezident Türkiyənin Afrində Azad Suriya Ordusu ilə birgə gerçəkləşdirdiyi “Zeytun budağı” hərəkatı haqqında danışıb. O, Avropa Parlamentində “Zeytun budağı”nı "işğal" kimi görən şəxslərə müraciət edib:














