Siyasət

“Uşaqlar güllə səsi yox, layla eşitməlidirlər”

29 Yanvar 2018 13:42

Avropa Şurası Parlament Assambleyasının qış sessiyası başa çatıb. Nümayəndə heyətimizin səlahiyyətləri AŞPA-da yekdilliklə qəbul edilib və deputatlarımız qurumun tam səlahiyyətli üzvləri olublar. Sessiya çərçivəsində azərbaycanlı deputatlar tərəfindən hazırlanan “Silahlı münaqişələrdə uşaqların müdafiəsi” və “İşgəncə və ölüm cəzası üçün istifadə olunan malların ticarətinə qarşı beynəlxalq qaydaların gücləndirilməsi” adlı məruzələr avropalı parlamentarilər tərəfindən yekdilliklə qəbul olunub.

XİN: Avropa Parlamentinin üzvünün adı "qara siyahı"ya salınacaq

29 Yanvar 2018 13:25

"Holokostun anımı ərəfəsindəAvropa Parlamentinin İsveçdən olan üzvü Lars Adaktussonun Ermənistan tərəfindən bir milyondan artıq insana qarşı qanlı etnik təmizləmənin, o cümlədən insanlıq əleyhinə cinayət və soyqırım aktı olanXocalı faciəsinin törədildiyi Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etməsi işğal, təcavüz və qanlı etnik təmizləmə əməllərinə dəstək verməsi mənası daşıyır".

İşgəncələr və ölüm hökmü üçün istifadə edilən malların ticarəti qadağandır

29 Yanvar 2018 13:13

“İşgəncələr və ölüm hökmü üçün istifadə edilən malların ticarəti qanunsuz və qəbuledilməzdir. Təəssüf ki, AŞPA-nın prinsiplərinə və öhdəliklərinə zidd olaraq, Avropa Şurasının bir sıra üzv dövlətlərində bu cür mallar hələ də istehsal edilir, satışa çıxarılır”. “Olaylar” xəbər verir ki, bu fikri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva sözyləyib.

İraq və Suriyada olan 19 azərbaycanlı uşaq Bakıya gətiriləcək

29 Yanvar 2018 12:30

İraq və Suriyada olan 19 azərbaycanlı uşaq bu yaxınlarda Azərbaycana gətiriləcək. Məlumata görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov deyib. O bildirib ki, onların gətirilməsi ilə bağlı texniki məsələlər artıq öz həllini tapıb.

Prezidentin iştirakı ilə konfrans keçirilir- YENİLƏNİB

29 Yanvar 2018 12:25

Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfrans keçirilir. Məlumata görə, prezident İlham Əliyev konfransda iştirak edir.

İraq və Suriyada döyüşlərdə 300 Azərbaycan vətəndaşı ölüb - RƏSMİ

29 Yanvar 2018 12:20

Bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov bildirib. S.Heydərov deyib ki, bu ölkələrdə radikal qrupların tərkibində döyüşlərdə iştirak etmiş 92 nəfər ölkəyə gətirilərək məsuliyyətə cəlb olunub: "İraq və Suriyada bu qrupların tərkibində iştirak etmiş 260 nəfər də müəyyənləşdirilib və onlar vətəndaşlıqdan çıxarılıb".

Düşmən 114 dəfə atəşkəsi pozub

29 Yanvar 2018 11:32

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 114 dəfə pozub.

Nyu Meksiko ştatının Nümayəndələr Palatasında ADR-in 100 illiyi ilə bağlı QƏTNAMƏ

29 Yanvar 2018 11:28

ABŞ-ın Nyu Meksiko ştatının Nümayəndələr Palatası ADR-in 100 illiyi ilə əlaqədar qətnamə qəbul edib. Qətnamədə Azərbaycanın ərazi bütövlüyünə güclü dəstək ifadə olunub. Olaylar.az bildirir ki, ABŞ-ın Nyu Meksiko ştatının Nümayəndələr Palatası  tərəfindən  Azərbaycan Demokratik Respublikasının yüz illiyi ilə əlaqədar qətnamə qəbul edilib. Sənəd Nümayəndələr Palatasının plenar iclasında təqdim edildikdən sonra səsə qoyulub və yekdilliklə qəbul edilib. Azərbaycanın Nyu Meksikodakı fəxri konsulu Art Makhaffi plenar iclasda iştirak edib.