Siyasət

Dövlət Gömrük Komitəsi əməkdaşları təltif edilib - SİYAHI

29 Yanvar 2018 18:31

Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsi əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb. 

Azərbaycanın bir sıra ölkələrdəki diplomatik nümayəndələri geri çağırılıb

29 Yanvar 2018 18:27

Prezident İlham Əliyev Rəşad Fail oğlu İsmayılovun Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.

Azərbaycan Təhsil Nazirliyi ilə Macarıstan İnsan Resursları Nazirliyi arasında İş Proqramı təsdiq edilib

29 Yanvar 2018 18:14

Azərbaycan Təhsil Nazirliyi ilə Macarıstanın İnsan Resursları Nazirliyi arasında 2018–2020-ci illər üzrə İş Proqramının təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Qarabağda hazırlanan spirtli içki Ermənistan məhsulu kimi Moskvada satışa çıxarılıb

29 Yanvar 2018 18:01

Ermənilər Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində istehsal etdikləri spirtli içkini "Artsax tutovıy" adı altında Rusiya bazarına çıxarıblar.  Məlumata görə, paytaxtın "Aşan", "Lenta" və bir sıra böyük mağazalar şəbəkələrində satışa çıxarılan məhsulun istehsalçısı kimi Ermənistanın "Artsax Brandy Company" Açıq Səhmdar Cəmiyyəti göstərilib. Məhsulun istehsal olunduğu yerin ünvanı isə "Ermənistan Respublikası, Ayqestan" göstərilib.

İlham Əliyevdən mühüm mesaj

29 Yanvar 2018 17:48

Dünən Prezident İlham Əliyevin iştirakı ilə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfrans keçirilib. Konfransda mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri, nazirlik və komitə rəhbərləri, millət vəkilləri və iş adamları iştirak edib. Heydər Əliyev Mərkəzində keçirilən konfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev geniş və ətraflı çıxış edib.

Səməd Seyidov Azərbaycan nümayəndə heyətinin AŞ PA-da iştirakının yekunları barədə

29 Yanvar 2018 17:23

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyası Azərbaycan xarici siyasəti baxımından səmərəli keçdi. Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.

Azərbaycan ATƏT PA ilə siyasi dialoqu yüksək qiymətləndirir

29 Yanvar 2018 17:03

Azərbaycan ATƏT Parlament Assambleyası ilə siyasi dialoqu yüksək qiymətləndirir. Məlumata görə, bu barədə bir müddət əvvəl Vyanada qurumun Daimi Şurasında ATƏT PA-nın prezidenti Georgi Sereteli tərəfindən səsləndirilən şərhə cavab olaraq Azərbaycanın ATƏT-dəki missiyasının bəyanatında deyilir.

Prezident BƏƏ Prezidentinə başsağlığı verdi

29 Yanvar 2018 15:05

Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Xəlifə bin Zayed Al Nəhyana başsağlığı verib. Başsağlığında deyilir: "Əlahəzrət, Ananız Şeyxa Hassa bint Məhəmməd Al Nəhyanın vəfatı xəbərindən olduqca kədərləndim.

İlham Əliyev Finlandiya və Çexiya prezidentlərini təbrik etdi

29 Yanvar 2018 15:04

Azərbaycan Prezidenti İlham Əliyev Finlandiya Prezidenti Sauli Niinistöyə təbrik məktubu ünvanlayıb.

Prezident: “Bakı-Tbilisi-Qars dəmir yolunun uğurlu fəaliyyəti üçün tədbirlər görülməlidir”

29 Yanvar 2018 14:56

“Qazlaşdırma, elektrik enerjisi, içməli su və kanalizasiya xidmətləri ilə təminat sahəsində işlərin davam etdirilməsi vacibdir”. Məlumata görə, bunu bu gün Azərbaycan prezidentiİlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda deyib.

Dövlət başçısı: “Son 14 ildə əhalimizin sayı 1,5 milyon nəfər artıb”

29 Yanvar 2018 14:48

“Xalqın həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər böyük əhəmiyyət daşıyır. Əsas məqsəd dövlətin qüdrətini artırmaq və müstəqilliyimizi möhkəmləndirməkdən ibarətdir”. Məlumata görə, bunu bu gün Azərbaycan prezidentiİlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda deyib.

Azərbaycan prezidenti: “Valyuta ehtiyatlarımız 42 milyard dollara çatıb”

29 Yanvar 2018 14:41

“Son 14 ildə Azərbaycan iqtisadiyyatı 3,2 dəfə artıb, qeyri-neft iqtisadiyyatı, sənaye, kənd təsərrüfatı sahələrində ciddi artım qeydə alınıb”.  Bunu dövlət başçısı İlham Əliyev“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda çıxışında deyib.  Əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətindən danışan prezident İlham Əliyev qeyd edib ki, əsas məqsəd dövlətin qüdrətinin artırılması və müstəqilliyin möhkəmləndirilməsidir.

“Azərbaycan inkişaf parametrlərinə və vətəndaş həmrəyliyinə görə nümunəvi ölkələrdən biridir”

29 Yanvar 2018 14:40

"Azərbaycan Respublikası regionlarının inkişafı ilə bağlı üçüncü Dövlət Proqramının icrası bu il başa çatıb. Dövlət proqramının icrası çox uğurla gedib və qarşıda duran vəzifələr icra edilib.

Daha bir deputatımız AŞPA-ya üzv seçildi

29 Yanvar 2018 14:30

Milli Məclisin (MM) Mədəniyyət komitəsinin üzvü Ülviyyə Ağayeva AŞPA-nın komitə üzvü seçilib. “Olaylar” xəbər verir ki, bu barədə sözügedən komitənin iclasında bildirilib. Qeyd edək ki, Ülviyyə Ağayeva 06 saylı Tovuz – Qazax – Ağstafa seçki dairəsindən V çağırış Milli Məclisin deputatı seçilib.

Serj Sərkisyan Fransa prezidentini yalanlarına tabe edə bildi

29 Yanvar 2018 14:07

Ermənistanda prezident postuna təyinatın vaxtı yaxınlaşdılqca hazırkı dövlət başçısı Serj Sərkisyan müxtəlif manevrlər edərək, xaricdən, xüsusilə Ermənistana sevgisi olan ölkələrdən dəstək almağa yönəlik gedişlərə əl atır. Bu vaxta qədər ağası hesab edilən Rusiyadan siyasi dəstək almaq istiqamətində göstərdiyi çabaları maksimum effekt vermədiyindən işğalçı ölkə yenidən Qərbə üz tutmaq məcburiyyətində qalıb.