Siyasət
Deputat: Dövlətin dəstəyindən faydalanan sahibkarlar sosial məsuliyyətlərini başa düşməlidirlər
Regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramı Prezident İlham Əliyevin müəllifi olduğu və çox uğurla həyata keçirilən mükəmməl iqtisadi strategiyadır. Bunu Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
“Bunları Əli Kərimlinin son çırpıntıları hesab edirəm”
“Ümumiyyətlə, Əli Kərimli tükənmiş bir siyasətçidir. Azərbaycan hakimiyyətinin getdikcə daha da möhkəmlənməsi, xüsusilə xalq-hakimiyyət vəhdətinin möhkəmlənməsi, bütövlükdə xalqın cənab Prezidentə etimadının ən yüksək yerə çatması ona gətirib çıxarıb ki, Əli Kərimli kimi siyasətçilər faktiki olaraq meydanda boş, təkbaşına qalıblar”. Bunu siyasi şərhçi Azər Həsrət deyib.
Tarix İnstitutunda “Cümhuriyyət İli” ilə bağlı Elmi Şura oldu
“Aprelin 11-dən 15-dək Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu, Türkiyənin Azərbaycandakı səfirliyi və Türkiyənin Atatürk Araşdırma Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda V beynəlxalq elmi konfrans keçiriləcək”. Tarix İnstitutundan “Olaylar” verilən məlumata görə, bunu institut direktoru, akademik Yaqub Mahmudov “Azərbaycan Xalq Cümhuriyyəti İli”nə həsr olunmuş Elmi Şurada deyib.İnstitutun Elmi Şurasında qonaq qismində Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral iştirak edib.
Radikal düşərgə bütün imkanlarını səfərbər edib
Radikal müxalifət dövlətçiliyi, Azərbaycan hakimiyyətini, Azərbaycanı gözdən salmaq üçün bütün imkanlarını səfərbər edib. Həm daxildə, həm də xaricdə. Ölkədə baş verən hər hansı bir hadisəni şişirtməyə, ondan şou düzəltməyə çalışan radikal düşərgə hətta nə qədər qəribə də olsa baş verən təbii fəlakət, təbiət hadisəsində də az qala hakimiyyəti, mövcud iqtidarı günahkar bilir.
“Həmsədr dövlətlər Ermənistanı ədalətli mövqeyə gətirməlidir”
"İşğalçı qoşunlar Azərbaycan ərazilərindən çıxarılmalıdır və Ermənistanın təcavüzkar siyasətinə son qoyulmalıdır”. Bu fikirləri Milli Məclisin deputatı Rövşən Rzayev deyib. Deputat bildirib ki, ermənilər ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçilərinin sayının artırılması ilə atəşkəsin saxlanılmasına və işğal siyasətinin uzadılmasına xidmət etdirmək istəyirlər.
Dövlət proqramlarının uğurlu icrası ölkədə işsizlik problemini minimuma endirib
Müstəqil Azərbaycanın hərtərəfli şəkildə inkişafına təkan verən, onu dünyaya tanıdan tarixi hadisələrdən biri 1994-cü ildə ümummilli lider Heydər Əliyevin gərgin əməyi sayəsində imzalanan “Əsrin müqaviləsi” idisə, digəri 2004-cü ildən mərhələli şəkildə icra olunan regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı idi. Əslində elə ikincinin həyata keçirilməsini şərtləndirən, onu zəruri edən məhz “Əsrin müqaviləsi” idi. Nədən ki, sözügedən Dövlət Proqramı qəbul edilənə qədər “Əsrin müqaviləsi” nəticəsində neftdən əldə edilən gəlirlərin daha səmərəli və xalqın rifah halının bir qədər də yaxşılaşdırılmasına yönəldilməsi dövlətin qarşısında dayan başlıca prioritetlərdən idi. Və hökumət bu zərurəti dərindən dərk edərək yeni proqram üzərində işləyirdi. Həmin sənəd də məhz Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı idi.
Novruz bayramında əfv gözlənilir
Azərbaycanda əfv sərəncamının imzalanacağı gözlənilir. Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək.
"Dağlıq Qarabağ və həlli uzanan digər münaqişələrə maksimum diqqət ayıracağıq"
"Sədrliyimiz dövründə ATƏTməkanında Dağlıq Qarabağ kimi həlli uzanan münaqişələrə maksimum diqqət ayıracağıq". Məlumata görə, bu sözləri ATƏT-in fəaliyyətdə olan sədri, İtaliyanın xarici işlər naziri Angelino Alfano "RİA Novosti"yə müsahibəsində deyib.
"Xarici agentlərin ayırdığı qrantlarla prezidentin mediaya ayırdığı yardımların fərqi məlumdur"
"Bəzilərinin Azərbaycan dövlətinin media siyasətinin iflasa uğradığını söyləməsi təəssüf doğurur". Məlumata görə, bu sözləri jurnalistlər üçün inşa olunmuş ikinci binada mənzillərin açarlarının jurnalistlərə təqdim olunması mərasimində Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib.
Mübariz Qurbanlı Portuqaliya parlamentinin deputatını qəbul edib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Portuqaliya parlamentinin deputatı, Parlamentlərarası İttifaqın “12 Plyus Qrupu”nun Prezidenti Duarte Paçeko ilə görüşüb. “OLAYLAR”-a Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib ki, görüş zamanı DQİDK sədri qonağa Azərbaycanda mövcud olan dinlərarası tolerantlıq və dialoq, multikulturalizm ənənələri barədə məlumat verib. Mübariz Qurbanlı bildirib ki, ölkəmizdə hazırki dövlət-din münasibətləri əsrlərboyu Azərbaycan xalqının formalaşdırdığı qarşlıqlı hörmət və dözümlülük ənənələrinin qoruyub saxlanılmasına və inkişaf etdirilməsinə yönəlib.
Düşmən atəşkəsə əməl etmir
“OLAYLAR” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 120 dəfə pozub.
"Siqaret çəkmək bədbəxtlikdir" - İlham Əliyev
Prezidentdən korrupsioner və rüşvətxorlara daha bir xəbərdarlıq
Prezident: "Bu il 20 min məcburi köçkün yeni evlərlə təmin ediləcək"
Bu il 20 min məcburi köçkün yeni evlərlə təmin ediləcək. Bunu Prezident İlham Əliyev yanvarın 29-da Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda yekun nitqində deyib.














