Siyasət

Deputat: “Türkiyə bu əməliyyatı uğurla başa çatdıracaq”

31 Yanvar 2018 12:25

“Yaxın, Orta Şərqdə baş verən proseslər, o cümlədən, terror aktları və ona qarşı mübarizə hələ uzun illər boyu davam edəcək”. Bu fikri  açıqlamasında Milli Məclisin deputatı Musa Qasımlı deyib.

Elmar Məmmədyarov Türkmənistana səfər edib

31 Yanvar 2018 12:01

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkmənistana rəsmi səfərə yola düşüb.Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a bildiriblər ki, səfər çərçivəsində Elmar Məmmədyarovun Türkmənistan Nazirlər Kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredov və digər yüksək səviyyəli rəsmi şəxslər ilə görüşləri nəzərdə tutulub.

Deputat: "Azərbaycan məcburi köçkünlərə və qaçqınlara xüsusi dövlət qayğısı göstərir"

31 Yanvar 2018 11:28

Azərbaycan məcburi köçkünlərə və qaçqınlara xüsusi dövlət qayğısı göstərir və indiyə qədər dövlət tərəfindən qaçqın və məcburi köçkünlər üçün 100-dən artıq şəhərcik salınıb.

Ermənilər Avropada Qarabağ erməni separatçılığının SSRİ-ni dağıtması ilə öyünürlər

31 Yanvar 2018 11:25

AŞPA-da Ermənistan nümayəndə heyətinin üzvü Samvel Farmanyan Dağlıq Qarabağ separatçılıq hərəkatının 30 illiyi barədə mühazirə oxudu. Mühazirədə əsas leytmotiv SSRİ-nin dağılması üzərində idi; Qarabağ hərəkatı və SSRİ-nin bu hərəkata qarşı müqavimət göstərə bilməməsi nəticədə SSRİ-nin dağılmasına gətirib çıxartdı. Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Ermənilər atəşkəsin pozulması zamanı iriçaplı pulemyotlardan istifadə edir

31 Yanvar 2018 11:19

“OLAYLAR” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 114 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Paravakar kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Kəmərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Səfir: "Avropa İttifaqı ilə Azərbaycan əməkdaşlığın yeni mərhələsinə qədəm qoyur"

31 Yanvar 2018 11:10

"Avropa İttifaqı və Azərbaycan əməkdaşlığın yeni mərhələsinə qədəm qoyur. Biz yeni saziş üzərində işləyirik və bu saziş bizim gələcək əməkdaşlığın əsasını təşkil edəcək". Bu sözləri Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Aİ və ombudsman aparatının 24 aydır birgə həyata keçirdiyi "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) potensialının gücləndirilməsinə dəstək" adlı tvinning layihəsinin yekun nəticələrinə dair keçirilən tədbirdə deyib.

Türkiyənin Suriyada PKK/YPG qarşı uğurlu hərbi əməliyyatları, Qərbin kürd planının qarşısını alır

30 Yanvar 2018 18:30

Türkiyənin şimali Suriyada "Zeytun budağı" hərbi əməliyyatı, Türkiyənin regionda sjyasi mövqeyini güclənməsinə səbəb olacaq. “OLAYLAR” xəbər verir ki, belə bir açıqlama ilə politoloq Məhəmməd Əsədullazadə çıxış edib. O, bildirib ki, bununla Türkiyə Soçidə keçirilən Suriya Milli dialoq forumuna Rusiya tərəfindən dəvət alan YPG-ni uzaqlaşdırılmasına nail oldu: “Türkiyə bu əməliyyatnan sübut etdi ki, öz milli təhlükəsizliyinə olan təhdidlərin qarşısında heç bir gücün qarşısından çəkilmək əzmində deyil. Qeyd edim ki, Afrin əməliyyatı regional kontekstə ABŞ-Türkiyə siyasi qarşıdurmasını ortaya çıxardı.

Aİ rəsmisi: “Dəmir yolu sahəsindəki layihələr Azərbaycanı nəqliyyat dəhlizinə çevirir”

30 Yanvar 2018 18:22

“Nəqliyyat məsələləri ilə bağlı Azərbaycanda danışıqlar apardıq”. Məlumata görə, bunu Avropa İttifaqının (Aİ) Nəqliyyat və mobillik üzrə baş direktoru Henrik Hololey deyib. Sonuncu dəfə Bakıda 2011-ci ilin noyabrında olduğunu deyən H. Hololey bildirib ki, o zaman Azərbaycanın bir sıra layihələrin gündəmdə olduğunu açıqlayıb. “Artıq o layihələrin bəziləri icra edilib.

Azərbaycanla Parlamentlərarası İttifaq arasında əməkdaşlıq müzakirə edilib

30 Yanvar 2018 17:53

Xarici işlər naziri Elmar Məmmədyarov Parlamentlərarası İttifaqda “12 Plyus Geosiyasi Qrupu”-nun sədri, portuqaliyalı deputat Duarte Paçeko ilə görüşüb. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, görüşdə Azərbaycanla Parlamentlərarası İttifaq arasında əməkdaşlığın müxtəlif istiqamətləri üzrə fikir mübadiləsi aparılıb və müasir dövrdə parlament diplomatiyasının rolu xüsusi vurğulanıb.

Bəhruz Quliyev: İnkişaf və tərəqqimizin əsasında lider-xalq birliyi və qətiyyəti dayanır

30 Yanvar 2018 16:22

Bu gün, digər ölkələrdən fərqli olaraq Azərbaycanda təhlükəsizlik, sabtlik və sakitlik hökm sürür, bunun isə arxasında dayanan əsas faktor məhz lider-xalq vəhdəti, o cümlədən, xalqın iradəsidir.

“Ermənistan girdabdan özünü qurtara bilmir”

30 Yanvar 2018 15:17

“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün Dağlıq Qarabağ ətrafındakı rayonlar boşaldılmalıdır. Təəssüflər olsun ki, bu neçə illərdir ki, baş vermir. Prezident bir daha “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransında çıxışı zamanı bunu xatırlatmaqla əslində beynəlxalq aləmə bir mesaj göndərir ki, bizdən belə şeylər gözləyə bilməzsiniz”. Bunu  politoloq Elxan Şahinoğlu deyib.