Siyasi partiyaların seçkidən imtina etmələri anlaşılmır
“Hakimiyyət partiyası seçkidə iştiraka hər zaman hazır olur. Bu seçkilərin də vaxtı açıqlanan kimi YAP hərəkətə keçdi və namizədini müəyyən edərəkilkin prosedurları operativ yerinə yetirdi. Müxalifət daxilində isə bu seçkilərə birmənalı münasibət yoxdur”.
16 Fevral 2018 17:49 Siyasət"Hakimiyyət partiyası seçkidə iştiraka hər zaman hazır olur. Bu seçkilərin də vaxtı açıqlanan kimi YAP hərəkətə keçdi və namizədini müəyyən edərəkilkin prosedurları operativ yerinə yetirdi. Müxalifət daxilində isə bu seçkilərə birmənalı münasibət yoxdur". "OLAYLAR" xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən müstəqil ekspert Əliabbas Məhərrəmli bildirib ki, Milli Şura və Müsavat kimi qurumlar seçkidə iştirakdan imtina etsələr də, namizədliyini irəli sürən müxalif siyasətçilər də az deyil: "Seçkiyə qatılmayanlar bu qərarlarını "normal şərait"in olmaması ilə əsaslandırmağa çalışırlar. Həm də maraqlıdır ki, boykota gedənlərin 90 faizi daha əvvəldən seçkilərə qatılacaqlarını bəyan etmişdilər. Hətta Amerikada yaşayan Rəsul Quliyev özünün seçki qrafikini də hazırlamışdı. Yaxşı, seçkilərin 6 ay irəli çəkilməsi ilə bu partiyaların planları pozulursa, onların siyasətdə mövcudluqları çox təəccüblüdür.
Digər tərəfdən, müxalifət partiyaları vahid namizədlə bağlı razılığa gələ bilmədiyi kimi, boykot məsələsində də pərakəndə davranırlar. Bundan başqa, seçkiyə getməyənlər boykotun seçkidə iştirakdan daha çətin olduğunu bilirlərmi? Müxalifətin kifayət qədər güclü olduğu 1998-ci il seçkilərində Əbilfəz Elçibəy, İsa Qəmbər, Lalə Şövkət, Rəsul Quliyev və İlyas İsmayilov birlikdə boykota getsələr də, bununla heç nəyə nail olmadılar. Ona görə də, 1998-ci il seçkilərində Etibar Məmmədov öz nüfuzunu yüksəltməyi bacardı". Ekspert deyib ki, 2013-cü ildə Rusiya Milli Şuranı yaradaraq onları yerindən tərpədənə qədər passiv qaldılar: "Şəxsi maraqlara görə bir araya gələrək, 70 yaşlı namizədi dəstəklədilər. Ancaq o dəstəyin də heç nəyə xeyri olmadı. 2013-cü ildən bu yana heç nə dəyişməyib: həmin iqtidar və həmin MSK öz yerindədir. Dəyişən tək məqam odur ki, müxalifət bir az da zəifləyib. Şablon da çıxsa, xatırladım ki, hakimiyyətə gəlməyin yolu seçkilərdən keçir. Siyasi partiyaların seçkidən imtina etmələri yumşaq desək, anlaşılmır".