İtaliya səfiri: “Azərbaycan və Ermənistan arasındakı dialoqda müəyyən müsbət nəticələr əldə olunub”
“Bəli, bu il İtaliya ATƏT-ə sədrlik edir. Bu il müzakirə olunacaq mövzuların proqramı keçən ilin yanvar ayında İtaliya XİN tərəfindən təqdim olunub”. Bunu İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari deyib.
16 Fevral 2018 13:23 Siyasət"Bəli, bu il İtaliya ATƏT-ə sədrlik edir. Bu il müzakirə olunacaq mövzuların proqramı keçən ilin yanvar ayında İtaliya XİN tərəfindən təqdim olunub". Bunu İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari deyib.
ATƏT-in Minsk qrupu həmsədrlərinin bu yaxınlarda Bakıya səfərini xatırladan səfir bildirib ki, İtaliya sədr olaraq, həmsədrlərin fəaliyyətini yaxından izləyir: "Tərəflər arasında siyasi dialoq həyata keçirilir. Müəyyən müsbət nəticələr əldə olunub. İtaliya ATƏT sədri olaraq ümid edir ki, bu dialoq daha yüksək səviyyədə keçiriləcək və müsbət nəticələnəcək". Apa.az