Jirinovskinin Azərbaycana girişinə qadağa qoyulmalıdır

Rusiyanın Liberal Demokrat partiyasının sədri Vladimir Jirnovski Rusiya Dumasında təşkil edilən “Vmeste” Rusiya-Ermənistan sərgisində çıxışında Qarabağ konfliktinin həllini yalnız Rusiyanın tərkibinə qatılmasında olduğunu deyir.

Rusiyanın Liberal Demokrat partiyasının sədri Vladimir Jirnovski Rusiya Dumasında təşkil edilən "Vmeste" Rusiya-Ermənistan sərgisində çıxışında Qarabağ konfliktinin həllini yalnız Rusiyanın tərkibinə qatılmasında olduğunu deyir.

Qeyd edim ki, Jirnovskinin bu açıqlaması birinci dəfə deyil və ötən günlərdə də bu kimi açıqlama vermışdi". "OLAYLAR" xəbər verir ki, məsələ ilə bağlı fikirlərini bildirən politoloq Məhəmməd Əsədullazadə deyib ki, Jirnovskinin bu fikri Kreml dəhlizlərindən qaynaqlanır və Jirnovski bunu mesaj kimi Azərbaycana ünvanlayır: "Qarabağın Rusiyanın tərkibinə qatılması o, deməkdir ki, Rusiya buradakı ermənilərə Rusiya pasportu paylayır və öz vətəndaşları kimi qəbul edir. Bununla da Qarabağ Rusiyanın nəzarətinə keçir. Rusiya çalışır ki, Azərbaycanın işğal olunmuş ərazilərə sahiblənməsinin qarşısını alsın və burada avtonom idarə sistemini nəzaratə götürsün. Bu Rusiyanın strateji planıdır bunu Jirnovski dilə gətirməklə regiona Kremlin baxışlarını ortaya qoyur". Politoloq deyib ki, Azərbaycanın ərazi bütövlüyünə qarşı açıq hörmətsizlik edən Rusiya dumasının vitse-spikeri Jirnovskinin bəyanatına qarşı Xarici İşlər Nazirliyi Ruiyaya nota verməlidir: "Onun adını nazirliyin qara siyasına almaqla Azərbayacana girşinə qadağa qoyulmalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31