Siyasət

Prezident İlham Əliyev 5 rayonda modul tipli məktəblərin quraşdırılmasına vəsait ayırıb - SİYAHI

27 Mart 2018 18:32

Prezident İlham Əliyev Biləsuvar, Beyləqan, İmişli, Neftçala və Saatlı rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb.

Prezident İlham Əliyev: "Azərbaycanda istənilən xəstəlik müalicə oluna və onun diaqnostikası aparıla bilər"

27 Mart 2018 17:25

Azərbaycanda istənilən xəstəlik müalicə oluna və onun diaqnostikası aparıla bilər. Məlumata görə, bunu Bakıda Bona Dea Beynəlxalq Hospitalının açılışında iştirak edən Prezident İlham Əliyev tibb ocağının kollektivi ilə görüşündə deyib.

Prezident İlham Əliyev: "Vaxt gələcək, biz tibbi turizmin də Azərbaycana gəlməsinin şahidi olacağıq"

27 Mart 2018 17:24

Vaxt gələcək, biz tibbi turizmin də Azərbaycana gəlməsinin şahidi olacağıq. Məlumata görə, bunu Bakıda Bona Dea Beynəlxalq Hospitalının açılışında iştirak edən Prezident İlham Əliyev tibb ocağının kollektivi ilə görüşündə deyib.

Deputat: "Ermənistana vicdanını, mənəviyyatını pula satmağa hazır olan Zatulin kimiləri lazımdır"

27 Mart 2018 16:57

Azərbaycan Prezidenti İlham Əliyevin tarixi Azərbaycan torpaqları haqqında son dövrlərdə söylədiyi fikirlər Ermənistanda çox ciddi narazılıqla qarşılanıb. Xüsusilə Prezidentin azərbaycanlıların gec-tez İrəvan, Zəngəzur, Göyçə torpaqlarına qayıdacağı ilə bağlı bəyanatı həm Ermənistan rəhbərliyini, həm də xaricdəki erməni diaspor təşkilatlarını sözün əsl mənasında ciddi narahat edir.

“Ermənistan rəhbərliyi natamamlıq kompleksindən əziyyət çəkir” – Azərbaycan XİN

27 Mart 2018 16:07

Ermənistan xarici işlər nazirinin substantiv danışıqlara qarşı xüsusi fobiyası var. 2017-ci ilin payızından etibarən danışıqların predmetli və konkret əsasda aparılması deyəsən Ermənistan xarici işlər nazirini ciddi surətdə narahat edir.

“Lüksemburq və bütün Aİ ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyir”

27 Mart 2018 16:06

Gün gələcək Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupu formatında həlli tapılacaq. Bunu Lüksemburqun XİN rəhbəri Jan Asselborn deyib.

Bakı quberniyasını azərbaycanlılardan təmizləmək ideyası

27 Mart 2018 15:04

1917-ci ildə Rusiyada yaranmış gərgin ictimai-siyasi vəziyyət Cənubi Qafqazda da proseslərin dramatikləşməsinə rəvac verdi. Erməni millətçiləri oktyabr çevrilişindən sonra keçmiş Çar Rusiyasına daxil olan bütün regionlarda öz hakimiyyətini bərqərar etməyə çalışan bolşeviklərlə ittifaq yaradaraq, Azərbaycan xalqının keşməkeşli tarixində daha bir faciəli səhifə açmağa nail oldular. Erməni terrorçularından təşkil olunmuş Bakı Kommunası bütövlükdə Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədilə 1918-ci il martın 31-də bu mənfur planlarını bolşevik bayrağı altında reallaşdıraraq, Azərbaycanın ayrı-ayrı bölgələrində kütləvi qətllər həyata keçirdilər. Həmin günlərdə erməni millətçiləri tərəfindən törədilmiş vəhşiliklər Azərbaycan xalqının yaddaşında əbədi həkk olunub. Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan və Lənkəranda törədilmiş kütləvi terror aktları nəticəsində minlərlə azərbaycanlı məhz milli mənsubiyyətinə görə öldürüldü, onlarla kənd yandırıldı, bir sıra milli-mədəni abidələr dağıdılaraq məhv edildi.