Siyasət
Söyüşü mübarizə metoduna çevirənlər
Prezident seçkiləri yaxınlaşdıqca ölkədə siyasi gərginlik də artır. Artıq vəziyyət elə həddə çatıb ki, müxtəlif adlar altında Avropaya üz tutan bəzi antimilli ünsürlər siyasi mübarizə meydanını söyüş meydanına çeviriblər. Və haqlı olaraq da bu cür mövqe cəmiyyətdə kəskin etiraza, reaksiyaya səbəb olur.
11 aprel seçkiləri şəffaf, demokratik, azad şəkildə baş tutacaq
Artıq prezident seçkilərinə iki həftədən də az bir müddət qalıb. Seçki hazırlıqlarının böyük bir mərhələsi yekunlaşıb və hazırda namizədlər seçkiqabağı təbliğat-təşviqat prosesini həyata keçirirlər. Prezident seçkiləri ərəfəsində ölkədə azad və demokratik seçki keçirilməsi üçün kifayət qədər şərait yaradılsa da, lakin müəyyən siyasi dairələr ölkədə normal seçki mühitinin olmamasını iddia edərək bu mühüm siyasi mübarizədən kənarda dayanıblar.
XİN: "Azərbaycan Səudiyyə Ərəbistanının şəhərlərinə raket hücumlarını qınayır"
“Səudiyyə Ərəbistanının şəhərlərinə edilən raket hücumlarını qınayırıq”. Bunu açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Yəmən ərazisindən Səudiyyə Ərəbistanına raketlərin atılması məsələsinə münasibət bildirərkən deyib.
Respondentlərin 84,1%-i İlham Əliyevə səs verəcək - SORĞU
“ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi Azərbaycanda prezident seçkiləri ərəfəsində ölkədəki mövcud ictimai-siyasi və sosial-iqtisadi durumun qiymətləndirilməsi, seçici fəallığı, aktual məsələlərə əhalinin münasibətinin müəyyənləşdirilməsi məqsədilə cari ilin fevral-mart aylarında ölkənin 68 rayonunda (Naxçıvan Muxtar Respublikasının ərazisi və işğal olunmuş rayonlar istisna olunmaqla) 1580 respondentin rəy sorğusunu keçirib.
Ruhani Bakı səfərində müzakirə edəcəyi məsələləri açıqladı
Türkmənistan və Azərbaycana səfərim zamanı ikitərəfli əlaqələri, regional və beynəlxalq məsələləri, iqtisadi və mədəni əməkdaşlığın genişləndirilməsini müzakirə edəcəm.
Mərkəz sədri: “Hakimiyyət ehtirası Sərkisyanın yalançı olduğunu sübut etdi”
“Ermənistan prezidenti Serj Sərkisyan “Tert” qəzetinə verdiyi müsahibəsində özünün konstitusiya islahatlarına başlamazdan öncə verdiyi bəyanatları tamamilə yeni məzmunda təqdim etdi”. Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Rusiyaya qarşı ittifaqda 24 ölkə birləşdi - SİYAHI
Deputatımız Türkmənistanda parlament seçkisini izləyib
Milli Məclisin deputatı Astan Şahverdiyev Türkmənistanda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün bu ölkənin paytaxtı Aşqabadda səfər edib. MM-dən “Olaylar”a verilən məlumata görə, deputatımız MDB İcraiyyə Komitəsinin beynəlxalq müşahidəçilər missiyasının tərkibində səsvermə günü müxtəlif məntəqələrdə seçkinin gedişini izləyəcək.
Niderlandda azərbaycanlıların soyqırımı ilə bağlı yürüş keçirilib
Niderland Krallığının Rotterdam şəhərində Avropa Azərbaycanlıları Konqresinin (AAK) və Benilüks Azərbaycanlıları Konqresinin (BAK) təşkilatçılığı ilə 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş “Səssiz yürüş” aksiyası keçirilib. “OLAYLAR” xəbər verir ki, aksiya iştirakçıları təkcə erməni terrorçularına yox, eyni zamanda onlara dəstək verən bəzi Avropa dövlətlərinə də etirazlarını bildiriblər. Onlar həmçinin, Niderland Parlamentinin alt palatasında, qondarma “erməni soyqırımını” qəbul etdikləri sənədə görə öz qəti etirazlarını bildirərək bundan sonra da hər zaman Türkiyənin yanında olacaqlarını bildiriblər.
Əhəd Abıyevdən sensasion və qalmaqallı müsahibə
Azərbaycan generalından müharibə anonsu – Bakı kritik hazırlıq içində
Ekspert: “Seçkilərdən sonra onlar "qış yuxusuna" gedəcəklər"
“Ümumiyyətlə anti-azərbaycan qüvvələr hər zaman ölkədə çox vacib olan ictimai-siyasi proseslərdən öncə süni şəkildə aktivləşdirilir. Seçkilərdən sonra onlara ayrılan maliyyə dayanacaq və beləliklə yenidən onlar "qış yuxusuna" gedəcəklər. Bu birmənalı şəkildə belə olacaq. Çünki onların fəaliyyəti birbaşa maliyyə ilə bağlıdır”. Bunu internet-media eksperti Səbuhi Abbasov deyib.
Azər Həsrət: “Onların məqsədi vətəndaş qarşıdurması yaratmaqdır”
“Azərbaycana, dövlət başçısına və məmurlara və s. qarşı anti-təbliğat aparanraq xaricdə fəaliyyət göstərən bəzi ünsürlər belə əməlləri ilə insanları özündən çıxarıb sərt hərəkətlərə sövq etmək istəyirlər”. Bunu siyasi şərhçi Azər Həsrət deyib.
Ermənilər 84 dəfə atəşkəsi pozub
“OLAYLAR” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki,Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 84 dəfə pozub.








.jpg)





