Siyasət

MSK sədri: “İndiyədək 545 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib”

28 Mart 2018 13:09

"İndiyə qədər 545 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib".  Məlumata görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib. 

İran prezidentinin Azərbaycana rəsmi səfəri başlayıb

28 Mart 2018 13:08

İran prezidenti Həsən Ruhaninin Azərbaycana rəsmi səfəri başlayıb. İran nümayəndə heyətinə İran xarici işlər naziri, neft naziri, sənaye, mədən və ticarət naziri, idman və gənclər naziri, İran prezident aparatının rəhbəri və nəqliyyat naziri daxildir.  İkigünlük səfər çərçivəsində İran və Azərbaycan prezidentləri arasında təkbətək və geniş tərkibdə görüş keçiriləcək. Səfər zamanı iki ölkə arasında sənaye, kənd təsərrüfatı, səhiyyə və turizm sahələrində sənədlərin imzalanacağı gözlənilir. 

Mübariz Qurbanlı: "Ermənilərin azərbaycanlılara qarşı soyqırımı siyasəti 200 il əvvəldən başlayıb"

28 Mart 2018 12:19

Ermənilərin azərbaycanlılara qarşı soyqırımı siyasəti 200 il əvvəldən başlayıb. Məlumata görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Deputat: "Zatulinin erməni siyasi maraqlarına xidmət etməsi Rusiya-Azərbaycan münasibətlərinə kölgə salan haldır"

28 Mart 2018 12:16

Rusiya Dövlət Dumasının MDB, Avrasiyaya inteqrasiya və həmvətənlərlə əlaqələr komitəsinin sədr müavini Konstantin Zatulinin bu günlərdə Ermənistana rəsmi səfəri çərçivəsində səsləndirdiyi fikirlər onun Ermənistan siyasi hakimiyyətinin əlində Azərbaycana qarşı istifadə edilən alət olduğunu növbəti dəfə təsdiqlədi.

Əli Həsənov: "Mənim Hafiz Hacıyevlə telefon əlaqəmə dair yayılan məlumatlar spekulyasiya xarakterlidir"

28 Mart 2018 12:06

Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov son günlər prezidentliyə namizəd Hafiz Hacıyevlə telefon əlaqəsinə dair sosial şəbəkələrdə irəli sürülən iddialara münasibət bildirib.

QMİ sədri: "Allahın 200 il əvvəl bizə qonşu göndərdiyi ermənilər mənfur çıxdı"

28 Mart 2018 12:03

"Allah 200 il əvvəl erməniləri bizə qonşu olaraq göndərdi, amma təəssüf ki, bu qonşu mənfur çıxdı". Məlumata görə bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə 31 Mart - Azərbaycanlıların Soyqırımının 100 illiyinə həsr olunmuş tədbirdə bildirib.

SORĞU: Əhali İlham Əliyevin siyasi xəttini dəstəkləyir

28 Mart 2018 11:54

Azərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə bağlı ABŞ-ın "AJF & Associates Inc." təşkilatı və "Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası" tərəfindən birgə təşkil ediləcək "exit-poll" öncəsi keçirilmiş sosioloji sorğunun nəticələri açıqlanıb.

Üslubi “mühacir”lərin söyüş “bumeranq”ı...

28 Mart 2018 11:51

İctimaiyyətin nifrətini qazanmış muzdlu “söyüşçü”lər qrupunun üzvləri, söyüşü özlərinə silah hesab edənlər bilməlidirlər ki, bu yalnız bumeranq silahıdır. Ya həqiqətən bunu bilmirlər (ki, bu mümkün deyil), ya da həqiqətən bunlar vətəninə, dövlətinə, ailəsinə dəyər verməyən məxluqlardır. Əxlaqi çərçivələri söyüşlə sərhədləşmiş bu məxluqlar pulu özlərinə əsas dəyər, maliyə mənbəsi olan ocaqları isə özlərinə vətən bəlləmişlər.

Rusiyanın Azərbaycandakı səfirliyində dövlət bayrağı endirilib, başsağlığı kitabı açılıb

28 Mart 2018 11:39

Rusiyanın Kemerovo şəhərində martın 25-də ticarət-əyləncə mərkəzində baş vermiş yanğın nəticəsində çoxlu sayda insanın ölümü ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində başsağlığı kitabı açılıb. Bu barədə səfirlikdən məlumat verilib.

Müdafiə naziri Türkiyəyə gedib

28 Mart 2018 11:28

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli müdafiə naziri Nurəddin Caniklinin dəvəti ilə martın 28-də Ankaraya rəsmi səfərə yola düşüb.

Dövlət Departamentindən Saakyanın ABŞ-a səfəri ilə bağlı AÇIQLAMA

28 Mart 2018 11:21

ABŞ Dağlıq Qarabağda yaradılmış de-fakto rejimi tanımır. Bunu ABŞ Dövlət Departamentindən Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin "rəhbəri" kimi özünü təqdim edən Bako Saakyanın bu yaxınlarda Birləşmiş Ştatlara səfərini şərh edərkən deyiblər.

Makron Ermənistanın  Fransaya münasibətindəki disbalansı  gücləndirmək niyyətindədir

28 Mart 2018 11:12

Ermənistan prezidenti S. Sərkisyan  uzun müddətdir öz ölkəsinin ərazisində 3 beynəlxalq tədbiri keçirmək məqsədilə fəaliyyət göstərir. Bunlardan ən vacibi Ermənistanda Frankofoniya sammitinin keçirilməsidir. Çünki Frankofoniyanın Ermənistandakı sammitində bir neçə dövlət başçısının iştirakı gözlənilir.