Siyasət

“Bu, İran-Azərbaycan münasibətləri tarixində ilkdir”

28 Mart 2018 16:57

“İran prezidenti Həsən Ruhani Bakıya siyasi məsələləri, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə etməyə gəlməyib. İranın bu istiqamətdəki mövqeyində dəyişiklik yoxdur. Bakıda əsas müzakirə mövzusu şimal-cənub nəqliyyat xətti və Astara-Rəşt dəmiryolunun tikintisi üçün Azərbaycanın İrana ayıracağı 500 milyon dollar krediti rəsmiləşdirməkdir”. Bunu politoloq Elxan Şahinoğlu deyib.

Elçin Mirzəbəyli: “Soyqırımı günahkarlarını məhkəməyə cəlb edə bilərik”

28 Mart 2018 16:50

“Ümumiyyətlə nəzərə almaq lazımdır ki, erməni diasporu dünyanın müxtəlif ölkələrinə səpələnib”. Bunu siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

“Seçkilərdən sonra böyük stimulla AXC-nin 100 illiyini qeyd edəcəyik"

28 Mart 2018 16:35

“Azərbaycan şərqdə və müsəlman dünyasında Cümhuriyyət elan etmiş ilk respublika, dövlət kimi dünya tarixinə düşüb. Bunu bizim babalarımız və Azərbaycan xalqının o dövrdə yaşayan dəyərli ziyalıları, millət ataları ediblər. Çox təəssüflər olsun ki, həmin dövrdəki hərbi, siyasi və iqtisadi şərait I Dünya müharibəsindən sonra dünya güclərinin təmərküzləşməsi, o cümlədən Rusiyadakı inqilablar bizim müstəqil Cümhuriyyətin ömrünün uzun olmasına imkan vermədi”. Bunu millət vəkili Musa Quliyev deyib.

Müdafiə Nazirliyi: "Belə məlumatların yayılması düşmənin maraqlarına xidmət edir"

28 Mart 2018 16:12

Azərbaycan Müdafiə Nazirliyi vətəndaşlara müraciət edib. Məlumata görə, müraciətdə qeyd edilir: "Aprelin 1-dən Azərbaycan vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırılması ilə əlaqədar bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən mövzu ilə bağlı müzakirələr aparılır və müxtəlif şərhlər paylaşılır.

Hikmət Babaoğlu: "Zatulin MDB ölkələri ilə əməkdaşlığın inkişafına deyil, korlanmasına xidmət edir"

28 Mart 2018 15:51

"Konstantin Zatulin Rusiya Federasiyası Dövlət Dumasında MDB, Avrasiyaya inteqrasiya və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavinidir. Ancaq bu şəxsin fəaliyyəti tam əksinə, MDB ölkələri ilə, eyni zamanda, postsovet məkanında yaşayan rusiyalılarla əlaqələri korlamaqdan ibarətdir. Bu isə onun üzvü olduğu "Vahid Rusiya" fraksiyasının siyasi məqsədləri ilə izah edilə biləcək fəaliyyət deyil".

Avropada xalqımız əleyhinə anti-təbliğatla məşğul olan bu canli “ölülər”

28 Mart 2018 15:28

Azərbaycana qarşı çirkin kampaniya davam edir. Hər dəfə ölkə ciddi siyasi hadisə, mühüm əhəmiyyət kəsb edən beynəlxalq tədbirlərə, forumlara evsahibliyi edən ərəfədə bu kampaniya işə düşür. Hər dəfə də Azərbaycan əleyhinə təşkil edilən bu kampaniya zamanı Azərbaycanı sevməyən xarici dairələr, xüsusilə də erməni lobbisi bizi sapı özümüzdən olan baltalarla vurmağa çalışırlar. Bu dəfə də belə oldu. Ölkədə keçirilən prezident seçkiləri ərəfəsində Azərbaycana qarşı açılan cəbhəyə Avropada özünə müxtəlif adlar altında sığınacaq tapmış bəzi antimilli ünsürləri də cəlb edə bildilər. Artıq bir xeyli müddətdir ki, başda erməni lobbisi olmaqla Azərbaycanın uğuru, inkişafını istəməyən xarici dairələr ölkəmizə qarşı birləşiblər.

Azərbaycan inkişaf etmiş dövlətlər sırasında inamla irəliləyir

28 Mart 2018 14:41

Dünyanı iqtisadi böhran bürüdüyü bir şəraitdə, bir çox ölkələrdə daxili sabitliyin pozulması və bunun nəticəsində çox böyük insan itkisi ilə nəticələnən münaqişələrin yaranması, dünyanın müxtəlif nöqtələrində siyasi və iqtisadi mühitin böhrana uğradığı dövrdə müstəqil Azərbaycanımızın dinamik inkişaf etməsi, əhalinin maddi rifahının günü gündən yaxşılaşması çox fərəhləndiricidir.

Azərbaycan vətəndaşının seçimi birmənalı şəkildə inkişaf və sabitlikdir

28 Mart 2018 14:34

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət başçısı kimi ötən 15 il ərzindəki fəaliyyəti, ölkəmizin inkişafı istiqamətində atdığı addımlar və bu illər ərzində əldə edilən uğurlu nəticələr cəmiyyət tərəfindən Ona olan inam və etimadı daha artırıb. Məhz bu inam və etimadın nəticəsidir ki, ölkə vətəndaşlarının mütləq əksəriyyəti Prezident İlham Əliyevi dəstəkləyir və aprelin 11-də keçiriləcək növbəti prezident seçkilərində ona səs verəcəklərini açıq şəkildə bəyan edirlər.

Ermənistanın və ona dəstək verən güclərin Qarabağı erməniləşdirmək cəhdləri

28 Mart 2018 14:09

Azərbaycanın ərazilərini işğala məruz qoymuş Ermənistanın işğalçılıq siyasətinə haqq qazandırmaq, tarixi Azərbaycan torpaqlarının erməniləşdirmək üçün beynəlxalq aləm dəridən-qabıqdan çıxır. Münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin müntəzəm olaraq gündəmə gətirdikləri həll variantları da bir qayda olaraq Azərbaycanın maraqlarına zidd olur.

Azərbaycanlılara qarşı kütləvi soyqırım faktları

28 Mart 2018 14:01

Azərbaycanlıların erməni şovinistləri tərəfindən kütləvi surətdə qırğını, represiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir. Azərbaycan xalqının bu faciəli tarixində "Böyük Ermənistan" xülyasına çatmaq üçün hər cür vasitələrə əl atan erməni şovinistlərinin izləri aydın görünür.

Azərbaycanda seçki məntəqələrinin 20 faizində veb-kameralar quraşdırılıb

28 Mart 2018 13:32

Bu gün Mərkəzi Seçki Komissiyasında (MSK) yaradılan veb-kameralara texniki nəzarət mərkəzi ilə tanışlıq olub. Məlumata görə, tədbirdə MSK sədri Məzahir Pənahov, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə iştirak ediblər. M.Pənahov bildirib ki, aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar ölkə üzrə fəaliyyət göstərəcək seçki məntəqələrinin 20 faizində veb-kameralar quraşdırılıb.

İctimai qınaq kütləviliyi...

28 Mart 2018 13:20

Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun sosial şəbəkədə bir sıra avropalı "siyasi mühacirlər" barədə irəli sürdüyü fikirləri növbəti dəfə sübut etdi ki, əslində, söyüş və təhqir etmək yolu ilə heç bir siyasi uğur, yaxud üstünlük əldə etmək olmaz.

MSK sədri seçkiqabağı təşviqat prosesini dəyərləndirib

28 Mart 2018 13:11

"Sosial şəbəkələrdə küçə səviyyəsində olan 5-6 şəxsi nəzərə almasaq, seçkiqabağı təşviqatla bağlı hər hansı xoşagəlməz hala rast gəlinmir". Məlumata görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

MSK sədri: “İndiyədək 545 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib”

28 Mart 2018 13:09

"İndiyə qədər 545 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib".  Məlumata görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib. 

İran prezidentinin Azərbaycana rəsmi səfəri başlayıb

28 Mart 2018 13:08

İran prezidenti Həsən Ruhaninin Azərbaycana rəsmi səfəri başlayıb. İran nümayəndə heyətinə İran xarici işlər naziri, neft naziri, sənaye, mədən və ticarət naziri, idman və gənclər naziri, İran prezident aparatının rəhbəri və nəqliyyat naziri daxildir.  İkigünlük səfər çərçivəsində İran və Azərbaycan prezidentləri arasında təkbətək və geniş tərkibdə görüş keçiriləcək. Səfər zamanı iki ölkə arasında sənaye, kənd təsərrüfatı, səhiyyə və turizm sahələrində sənədlərin imzalanacağı gözlənilir.