Siyasət

MSK seçkilərdə vebkameralardan istifadəni təsdiqlədi

30 Mart 2018 17:11

2008-ci ildən etibarən Azərbaycanda seçkilərədə vebkameraların tətbiqinə başlanılıb. Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Natiq Məmmədov MSK-da seçkilərdə vebkameralardan istifadə edilməsi ilə bağlı məsələnin müzakirəsi zaman deyib.

Ağsaqqallar Şurası prezident seçkiləri ilə bağlı toplantı keçirib

30 Mart 2018 16:45

Azərbaycan Ağsaqqallar Şurası 11 aprel prezident seçkiləri ilə bağlı yığıncaq keçirib. Məlumata görə, iclasda çıxış edən Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov Azərbaycanda seçkilərin nümunəvi keçirildiyini, demokratiyanın, insan haqlarının qorunduğunu deyib: "Əminəm ki, seçkilər uğurla keçiriləcək. Bu gün ağsaqqalların yığışmasının məqsədi ölkədə sabitlik, insanların dinc, xoşbəxt həyat sürməsi və Heydər Əliyev yolunun davam etdirilməsinin zəruriliyini gənclərə, əhaliyə ağsaqqal sözü ilə çatdırmaqdan ibarətdir. Ölkə inkişaf edirsə, bu,  gənclər üçündür.  Ölkənin gələcəyi gənclərin gələcəyidir".

Gürcü politoloq: “31 mart soyqırımını törədənlərin cəzalandırılmaması Xocalı və Abxaziyada qətliamlara gətirib çıxarıb”

30 Mart 2018 16:43

“1918-ci il 31 mart soyqırımını törədənlərin cəzalandırılmamasıXocalı və Abxaziyada qətliamlara gətirib çıxarıb”. Məlumata əsasən, bunu Suxumi Dövlət Universitetinin professoru, gürcü politoloq Quram Marxuliya Azərbaycanın Gürcüstandakı səfirliyində 31 mart – Azərbaycanlıların soyqırımı gününün 100-cü ildönümünə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.

Hüquq pozan ən böyük "hüquq müdafiəçisi"

30 Mart 2018 16:22

Azərbaycan xalqının adından danışmağa cəhd edən, arqumentsiz, əsassız, sərsəm fikirləri ilə yalnız söyüş və təhqirlər yağdıran bir ovuc ruhi xəstənin virtual tamaşaları, əxlaqsız hərəkətlərlə müşayiət olunan şouları ictimaiyyətin diqqətindən kənarda qala bilməz və cəmiyyət tərəfindən qınanılır. Avropada məskunlaşan virtual "qəhrəman"lardan bəziləri valideyinlərindən, ana-bacılarından alət kimi istifadə edərək, siyasi arenaya qoşulmaq və məşhurlaşmaq niyyətindədirlər. Xalqın nifrətini qazanmaqla məhşurlaşmağa çalışanlar görünür, bunun ikrahdoğurucu olduğunu anlamaqda çətinlik çəkirlər.

Hərbi hissəyə baxış keçirilib

30 Mart 2018 15:56

Ombudsman Aparatının əməkdaşları Daxili Qoşunların və Mülki Müdafiə Qoşunlarının Bakı şəhərindəki “N” saylı hərbi hissələrinə plan üzrə baxışlar keçiriblər. Ombudsman Aparatının mətbuat xidmətindən verilən məlumata görə, əməkdaşlar tərəfindən hərbi hissələrin bütün obyektlərinə baxış keçirilib, hərbi qulluqçular üçün yaradılmış xidmət şəraiti, komandirlərin şəxsi heyətə münasibəti, həmçinin qidanın keyfiyyəti və müalicə işinin təşkili müsbət qiymətləndirilib.

Region üçün nümunəvi olan İran-Azərbaycan əməkdaşlığı

30 Mart 2018 15:54

Azərbaycanın xarici siyasətdə yürütdüyü balanslı siyasət həm Bakının yaxın, həm də uzaq qonşuları tərəfindən yüksək dəyərləndirilir, təqdir olunur. Məhz bu mövqeyinə görə, əksəriyyət ölkələr Cənubi Qafqaz regionunda Azərbaycanla daha yaxın əlaqələr qurmaq, Bakı ilə münasibətləri daha da inkişaf etdirmək istəyirlər.

Ölkədə sabitliyi Azərbaycan iqtidarı qoruyur

30 Mart 2018 15:50

Martın 30 –da Beynəlxalq Mətbuat Mərkəzində Mətbuat Şurasının təşkilatçılığı ilə “İnternet mediada və sosial şəbəkələrdə milli-mənəvi dəyərlərin qorunması: neqativ meyllərə qarşı jurnalist həmrəyliyi” mövzusunda tədbir keçirilib.

Rauf Arifoğlu: "Prezidentə və ölkəyə qarşı aparılan gözdənsalma kampaniyası seçkilərə görədir"

30 Mart 2018 15:37

Xəbər verdiyimiz kimi,"İnternet mediada və sosial şəbəkələrdə milli-mənəvi dəyərlərin qorunması: neqativ meyllərə qarşı jurnalist həmrəyliyi” mövzusunda tədbir keçirilib.  Tədbirdə çıxış edən "Yeni Müsavat” media qrupunun rəhbəri Rauf Arifoğlu deyib ki, media təmsilçilərinin diqqətini bir az əvvəl Azərbaycan dövlətinin əsas sözçülərindən birinin açıqladığı mühüm məlumata çəkmək istəyir: "Prezidentin köməkçisi Əli Həsənov burada detallarla çıxış edərək, olduqca zəngin məlumatlar verdi.

Əli Hüseynli: “Qafqaz İslam Ordusuna qədər Bakıya Şimali Qafqaz müsəlmanları köməyə gəlib”

30 Mart 2018 15:36

“Əsrin əvvəlində Azərbaycanda məhz Bakıda hakimiyyət uğrunda mübarizə getməsinə baxmayaraq, bu gün biz bunu ona görə soyqırımı kimi dəyərləndirə bilirik ki, Azərbaycanın müxtəlif partiyalardan - istər Müsavat istərsə də, bolşevik partiyalarından olan ziyalıları bu məsələyə vahid mövqedən yanaşdılar. Həm Nəriman Nərimanov, həm Məhəmməd Əmin Rəsulzadə bu hadisələri soyqırımı kimi dəyərləndirdilər”.

Cavanşir Feyziyev: “Azərbaycan həqiqətlərinin yayılması istiqamətində çox iş aparılmalıdır”

30 Mart 2018 15:27

“100 il bundan əvvəl, 1918-ci ilin martında minlərcə azərbaycanlı əvvəlcədən düşünülmüş soyqrımı hadisələrinin qurbanlarına çevrilib. 1918-ci ildə regionda sülh yaratmaq naminə Azərbaycan torpaqlarının bir hissəsində tarixdə ilk erməni dövlətinin yaradılması da təəssüflər olsun ki, bunun qarşısını ala bilmədi. XX əsr boyunca azərbaycanlıların öz torpaqlarından sıxışdırılması, kütləvi surətdə deportasiyası, qətlə yetirilməsi davam edib. Torpaqlarımızın 20 faizi işğal edilib. Bu gün 1 milyondan çox vətəndaşımız öz ata-baba yurdlarına dönməyi səbirsizliklə gözləyir”.

Komitə sədrindən etiraz: “Cəmiyyətdə Sovet İttifaqından ötrü sinov gedənləri görürük”

30 Mart 2018 15:26

"Azərbaycan dövlətinin ən böyük qazancı onun müstəqilliyidir. Burada bəzi fikirlər səsləndi ki, bolşeviklərin, kommunistlərin bu hadisələrdə əli yoxdur. Amma birmənalı olaraq deməliyik ki, azərbaycanlıların başına gələn , soyqırımılar, işğallar bolşevik, kommunistlər və ermənilərin əlbirliyi ilə həyata keçriilib.

Parlament soyqırımı ilə bağlı bəyanat qəbul etdi

30 Mart 2018 15:24

Milli Məclisdə keçirilən ermənilərin azərbaycanlılara qarşı soyqırımının 100 illiyi ilə bağlı xüsusi iclasda bəyanat qəbul olunub. “Olaylar”ın məlumatına görə, bəyanatı Milli Məclisin sədr müavini Bahar Muradova oxuyub. Bəyanatda deyilir: “1918-ci ilin mart-aprel aylarında Bakı sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən Azərbaycan xalqına qarşı xüsusi qəddarlıqla törədilmiş soyqırım cinayətlərindən 100 il keçir.

Vüqar Rəhimzadə: “Azərbaycan-İran münasibətləri yeni mərhələyə qədəm qoyur”

30 Mart 2018 15:20

“Ümumiyyətlə İranla Azərbaycanın tarixi qonşuluq münasibətləri var”. Bunu  “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

100 minlərlə azərbaycanlı erməni şovinistlərinin vəhşilik əməllərinin qurbanı olub

30 Mart 2018 15:16

Martın 30-da Milli Məclis ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımının 100 illiyi ilə bağlı xüsusi iclas keçirib. Əvvəlcə millət vəkilləri erməni soyqırımına məruz qalmış azərbaycanlıların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Ardınca spiker Oqtay Əsədov bildirib ki, erməni işğalçılarını dəstəkləyən qüvvələrin Azərbaycan xalqına qarşı düşmənçilik siyasətinin 200 ilə yaxın tarixi var.

İstanbulda 31 mart soyqırımı qurbanlarının xatirəsi anılıb

30 Mart 2018 15:00

İstanbul Türkiyə Azərbaycan Həmrəylik və Kültür Dərnəyinin (İSTAD) təşkilatçılığı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar dərnəyin mərkəzində tədbirı keçirilib. “OLAYLAR” xəbər verir ki, tədbirdə Azərbaycan-Türk Qadınlar Birliyinin, “Azərbaycan-Türkiyə Evi”nin sədri, Avropa Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvü Tənzilə Rüstəmxanlı, Avropa Azərbaycanlıları Konqresinin (AAK) sədri Sahil Qasımov, KİV və ictimaiyyət nümayəndələri iştirak ediblər.