Siyasət

Azərbaycanlıların soyqırımından 100 il ötür

31 Mart 2018 09:55

Erməni daşnakların bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımından 100 il ötür.  Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilib. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır.

Xızıda top mərmisi aşkarlandı

31 Mart 2018 09:46

Martın 30-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Xızı rayonu, Sitalçay kəndi ərazisində mərminin tapılması barədə məlumatlar daxil olub. ANAMA-dan verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Azərbaycan Prezidenti Kürdəmirdə xalça istehsalı emalatxanasının tikintisi ilə bağlı sərəncam imzalayıb

30 Mart 2018 18:42

Prezident İlham Əliyev Kürdəmir rayonunda xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Prezident İlham Əliyev Tovuz şəhərinin su təchizatının yaxşılaşdırılması üçün maliyyə vəsaiti ayırıb

30 Mart 2018 18:41

Prezident İlham Əliyev Tovuz şəhərinin su təchizatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Əflatun Amaşov: "Rəhim Namazov adlı jurnalist olmayıb, bu ad media ictimaiyyətində hər hansı təsəvvür formalaşdırmır"

30 Mart 2018 17:25

Rəhim Namazov adlı jurnalist olmayıb, bu ad media ictimaiyyətində hər hansı təsəvvür formalaşdırmır. Məlumata görə, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov Rəhim Şəkinski olaraq göstərilən Rəhim Namazov adlı şəxsin Fransada güllələndiyinə və həmin şəxsin guya jurnalist olduğuna dair yayılan məlumatlara münasibət bildirərkən deyib.

Azərbaycanla İran arasında münasibətlər yeni müstəviyə daxil olur

30 Mart 2018 17:23

Azərbaycanla İran arasında münasibətlər yeni müstəviyə daxil olur. Bunu  Milli Məclisin deputatı, iqtisadiyyat elmləri doktoru Rüfət Quliyev deyib. İran Prezidenti Həsən Ruhaninin Azərbaycana səfərini şərh edən deputat qeyd edib ki, ölkələr arasındakı iqtisadi və siyasi münasibətlər uğurla inkişaf etməkdədir: “Mən son illərdə iki dövlət başçısı arasındakı görüşlərin müntəzəmliyini qeyd etmək istərdim. Bu və digər amillər onu göstərir ki, Azərbaycanla İran arasında münasibətlər yeni müstəviyə daxil olur. Prezidentlər arasındakı görüş, Bakıda keçirilmiş biznes forum, ölkələr arasında imzalanmış sənədlər həm siyasi, həm də iqtisadi münasibətlərin möhkəmlənməsini ifadə edir”.

MSK: "İndiyədək 543 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib"

30 Mart 2018 17:12

Azərbaycanda seçkilərdə respublika üzrə müşahidə aparmaq üçün 1285 müşahidəçi Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçib. Bunu MSK sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib.

MSK seçkilərdə vebkameralardan istifadəni təsdiqlədi

30 Mart 2018 17:11

2008-ci ildən etibarən Azərbaycanda seçkilərədə vebkameraların tətbiqinə başlanılıb. Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Natiq Məmmədov MSK-da seçkilərdə vebkameralardan istifadə edilməsi ilə bağlı məsələnin müzakirəsi zaman deyib.