Siyasət

31 mart Soyrımının ildönümü Avropanın bir sıra ölkələrində qeyd edilib

31 Mart 2018 19:36

2018-ci il 31 mart tarixində azərbaycanlıların soyqırımının 100-cü ildönümü ilə əlaqədar Azərbaycanın Serbiyadakı Səfirliyində anım mərasimi keçirilib. Səfirlikdən verilən məlumata görə, tədbirdə Səfirliyin əməkdaşları ilə yanaşı Serbiyada, o cümlədən Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin, Serbiya-Azərbaycan Ticarət Palatasının üzvləri, Serbiyada yaşayan və təhsil alan azərbaycanlılar, Serbiya ictimaiyyətinin nümayəndələri və Belqrad şəhərinin müsəlman icmasının nümayəndələri iştirak ediblər.

Aydın Mirzəzadə: "Ermənistanda şovinizm siyasəti dövlət siyasəti səviyyəsindədir"

31 Mart 2018 19:07

Ermənistanda qatı millətçilik siyasəti dövlət siyasəti səviyyəsindədir. Bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Siyasi şərhçi: “Sosial şəbəkələri qanuniləşdirmək lazımdır"

31 Mart 2018 19:00

“Ümumiyyətlə sosial şəbəkələrdən istifadə bütün dünyada mövcuddur. Hesab edirəm ki, bunu müəyyən mənada qanuniləşdirmək lazımdır”. Bunu siyasi şərhçi Arzu Nağıyev deyib.

Baş redaktor: “Hər bir vətəndaşın qəti mövqeyi olmalıdır”

31 Mart 2018 18:53

"Ümumiyyətlə sosial şəbəkələrdə insanların şərəf və ləyaqətini təhqir edən bəzi anti-ünsürlər öz xarakterlərinə uyğun olaraq da hərəkət edirlər”. Bunu  “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

“Cəmiyyət nə baş verdiyinin fərqindədir"

31 Mart 2018 18:50

“Sosial şəbəkələrdə bəzi anti-ünsür dairələrin Azərbaycan hakimiyyətinə, dövlətinə və insanlarına qarşı təhqiramiz ifadələr səsləndirməsi yeni deyil. Ümumiyyətlə bu yeni başlamış bir proses deyil. Sadəcə olaraq burada forma dəyişib”. Bunu Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.

Novruz Məmmədov: "Soyqırımı siyasətinə beynəlxalq birlik hələ də göz yumur"

31 Mart 2018 18:47

“Ermənilərin XIX əsrdən Azərbaycan xalqına qaşı başlatdıqları soyqırım siyasəti 1918 və 1992-ci illərdə öz kulminasiyasına çatdı”. Məlumata görə, bunu Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədov özünün “twitter” səhifəsində yazıb.

Millət vəkili: “Şəbəkələrdən sui-istifadə halları yolverilməzdir"

31 Mart 2018 18:45

“Ümumiyyətlə sosial şəbəkələrdən sui-istifadə hallarına yol verilməsi heç də düzgün hal sayılmır. Bu insanlar başa düşməlidirlər ki, aparılan anti-kampaniya bir prezidentə qarşı deyil əksinə bütöv ölkəyə, millətə qarşıdır”. Bunu  millət vəkili Rauf Əliyev deyib.

“Əli Kərimli və onun komandası olan-qalan müxalif ruhunu da dəfn edib”

31 Mart 2018 18:42

“Milli Şura artıq bütün proseslərdə özünü biabır edib. Əslində Əli Kərimli və onun komandası Azərbaycanda olan-qalan müxalif ruhunu da dəfn edib”. Bunu  internet-media eksperti Səbuhi Abbasov deyib.

Siyavuş Novruzov: “Milli Şuranın mitinqi ancaq pozuculuq fəaliyyətinə xidmət edir”

31 Mart 2018 18:40

“Ümumiyyətlə, bu cür mitinqlərin keçirilməsi Azərbaycanda ancaq pozuculuq fəaliyyətinin göstəricisidir. Niyə? Birincisi, kifayət qədər yerlər ayrılmışdı. Əgər mitinq keçirmək və yaxud da hansısa tədbir keçirmək iqtidarına malik idinsə, o zaman seçkidə iştirak edərdin. Bütün regionlarda, rayonlarda görüşlər keçirərdin və insanlara öz fikirlərini, rəylərini çatdırardın. Amma ayda bir dəfə iki min və yaxud iki min beş yüz adam toplamaqla hər hansı bir mitinq keçirməyin heç bir əhəmiyyəti yoxdur”. Bunu  Yeni Azərbaycan Partiyasından (YAP) prezidentliyə namizəd cənab İlham Əliyevin səlahiyyətli nümayəndəsi, YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.

Nazir Misir səfiri ilə görüşdü

31 Mart 2018 14:48

İqtisadiyyat naziri, Azərbaycan Respublikası və Misir Ərəb Respublikası arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın həmsədri Şahin Mustafayev Misir Ərəb Respublikasının Azərbaycanda yeni təyin olunmuş səfiri Adel İbrahimlə görüşüb. Səfirlikdən Olaylar.az -a bildirilib ki, səfir təyin olunması münasibəti ilə Adel İbrahimi təbrik edən İqtisadiyyat naziri ona Azərbaycanda dilomatik fəaliyyətində uğurlar arzulayıb.

Azərbaycanda Venesuelanın səfirliyi açıldı

31 Mart 2018 14:43

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Dövlət Protokol İdarəsinin rəisi Səfir Pərvin Mirzəzadə Venesuelanın Azərbaycandakı Səfirliyinin müvəqqəti işlər vəkili Pedro Argenis Sançes Floresi qəbul edib. Görüşdə Venesuela səfirliyinin müvəqqəti işlər vəkili Venesuela xarici işlər naziri Jorje Arreaza Monzerrat tərəfindən Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarova Venesuelanın Bakıda Səfirliyinin açılması və Pedro Argenis Sançes Floresin müvəqqəti işlər vəkili təyin olunması barədə məktubunu təqdim edib.