MSK sədri: "Sosial şəbəkələrdə seçkilərlə bağlı yayılan videolar araşdırılıb və təsdiqini tapmayıb"

"Sosial şəbəkələrdə seçkilərlə bağlı yayılan videolar araşdırıldı və onlar öz təsdiqini tapmadı". Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov seçkilərin yekunlarına dair mətbuat konfransında deyib. M.Pənahov bildirib ki, MSK hər bir məsələyə dərhal reaksiya verib: "Həmin video da dərhal araşdırıldı və həqiqəti əks etdirmədiyi aşkar olundu".

O qeyd edib ki, ümumilikdə MSK-ya sorğu xarakterli 300-ə yaxın müraciət daxil olub, şikayət xarakterli müraciət daxil olmayıb. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31