Politoloq: “Azərbaycan xalqı ən düzgün seçimi edib”

“Azərbaycan xalqının seçimini müsbət qiymətləndirirəm”. Bunu açıqlamasında politoloq Qabil Hüseynli deyib. O bildirib ki, prezident seçkiləri azad, şəffaf və ədalətli bir şəkildə həyata keçirildi: “Bunun nəticəsidir ki, haqlı olaraq, İlham Əliyev cənabları ən yüksək səs faizini toplayaraq seçkilərdə qələbə qazandı və prezident seçildi.

"Azərbaycan xalqının seçimini müsbət qiymətləndirirəm". Bunu açıqlamasında politoloq Qabil Hüseynli deyib. O bildirib ki, prezident seçkiləri azad, şəffaf və ədalətli bir şəkildə həyata keçirildi: "Bunun nəticəsidir ki, haqlı olaraq, İlham Əliyev cənabları ən yüksək səs faizini toplayaraq seçkilərdə qələbə qazandı və prezident seçildi. Buna görə həm Azərbaycan xalqını, həm də prezident İlham Əliyevi təbrik edirəm. Çünki xalq bu qədər namizədlərin içərisindən ən düzgün seçimi edib, layiqli olana dəstək olub və prezident İlham Əliyevi yenidən ölkə başçısı təyin edib". Azadinform.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31